3000 manat məvaciblə Maliyyə Meneceri tələb olunur

posted in: İş elanı, Maliyyə, muhasibat, Xəbər | 0

Maliyyə MeneceriVəzifə: Maliyyə meneceri (Baş mühasib)

İşəgötürən: İnternational Company

Əmək haqqı: 2500-3000 AZN

İş saatı: 09:00-18:00

Aydın Kərimovla mühasibat uçotu kursu

Vəzifə təlimatları:

  • Həvalə edilmiş şöbənin idarə edilməsinin planlaşdırılması;
  • Həvalə edilmiş şöbənin nəzarət və müşahidə altında saxlanılması;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil edilməsi və nəzarətin həyata keçirilməsi;
  • Kapital və investisiya qoyuluşlarının – Mühasibat reystrlərinə əsasən hesabatlar üçün məlumatların təsnifləşdirilməsi;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə nəzarət edilməsi;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaların tərtib edilməsinə nəzarətin həyata keçirilməsi;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi;
  • İllik hesabatların daxili və xarici audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi;
  • Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, Forma 2, Forma 4, Forma 5);
  • Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işləmlərin aparılması;
  • Beynəlxalq mühasibat uçotuna uyğun hesablar planının tərtibi, idarəetmə uçotunun qurulması;
  • Rəhbərliyin göstərişlərinə əməl edilməsi və lazımi hesabatların rəhbərliyə təqdim edilməsi.

Bax: 1500 manat məvaciblə Auditor tələb olunur

Təhsil

  • İqtisadi ali təhsil (Maliyyə, Mühasibat Uçotu və oxşar fakultə).

Təcrübə

  • Mühasibat və maliyyə sahəsində ən azı 7 il-10 il təcrübəsi olmalı.

Texniki səriştələr:

  • Dil bilikləri: Azərbaycan dili, Rus dili əla səviyyədə, İngilis dili yaxşı səviyyədə;
  • MS Office -Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı;
  • 1C proqramı 8.2 və ya 8.3, Logo Unity, ERP proqramlarında işləməyi bacarmalı;
  • ACCA , CIMA, CFA üzrə sertifikatlar;
  • Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
  • Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
  • Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
  • Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtlərini, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydalarını;
  • Pul vəsaitlərin və əmtəə-material dəyərlilərin inventarizasiyanın keçirilmə qaydalarını bilməli;
  • Mülki, malliyyə, vergi və təsərrüfat qanunvericiliyin bilməli;
  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununu, A.R Vergi Məcəlləsini, A.R Mülki Məcəlləsini və A.R. Əmək Məcəlləsini bilməli.

Bax: 700 manat məvaciblə İnsan Resursları üzrə mütəxəssis tələb olunur

İdarəetmə səriştələri:

  • Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlik qabiliyyəti, birgə iş/ komandada işləmə qabiliyyəti, yeni ideyaları qəbul etmə qabiliyyəti olmalıdır.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu yerində (subject) “ Maliyyə meneceri (Baş Mühasib)” qeyd edərək hr.shopsaz@gmail.com /  ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün vergi güzəştləri uzadılacaq

posted in: Vergi, Xəbər | 0

vergi güzəştləri2019-cu ildən etibarən ölkənin müəyyən edilmiş iqtisadi və sosial inkişaf hədəflərini özündə əks etdirən ortamüddətli xərclər çərçivəsinin hazırlanmasına başlanılacaq.

“Report” bu barədə 2019-cu il dövlət büdcəsi zərfində əks olunan büdcə-vergi siyasətinin əsas istiqamətlərinə istinadən xəbər verir.

Aydın Kərimovla mühasibat uçotu kursu

Nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə pərakəndə ticarət və ictimai iaşədə nağdsız ödənişlər üzrə (POS-terminal vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərinin verilməsi büdcə vergi siyasətinin əsas istiqamətlərindəndir. Bundan başqa, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların iştirakının təmin etmək üçün neft və qaz məhsullları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsinin istehlakçılara geri qaytarılması prinsiplərinin tətbiqi nəzərdə tutulur.

Ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiq edilməsi (2%), əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi (topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətləri, işçi sayı 3 nəfərdən çox olan istehsal fəaliyyəti və s.) və bu sahədə mövcud olan vergi güzəştlərinin azaldılması istiqamətində müvafiq tədbirlərin görülməsi vergi siyasətinin istiqamətləridir.

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub

Həmçinin qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılması, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi və kiçik sahibkarlıq subyektinin təsisçisinin dividend gəlirlərinin vergidən azad olması nəzərdə tutulur.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xüsusi mülkiyyətdə olan mənzilə görə ödənməli olan əmlak vergisi

posted in: Vergi, Xəbər | 0

Sənədi olmayan evlərə görə əmlak vergisiSual: Gəncə şəhərində yerləşən və xüsusi mülkiyyətimdə olan mənzilə görə nə qədər əmlak vergisi ödəməliyəm?

Aydın Kərimovla mühasibat uçotu kursu

Cavab: Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən, rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyektidir.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinin müddəalarına uyğun ola­raq, fiziki şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə, bina Gəncə şəhərində yerləşdikdə, 0,3 manat tətbiq edilməklə hesablanır.

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub

Vergi Məcəlləsinin  200.1-ci maddəsinin müddəalarına əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Qeyd olunanlara əsasən:

Fiziki şəxsin xüsusi mülkiyyətində olan və Gəncə şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,3 manat tətbiq edilməklə yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahəsi 30 kvadratmetrədək olduqda, əmlak vergisi hesablanmır.

Mənbə: vergiler.az

Bax: Bəzi vergi ödəyicilərinə gəlir vergisi üzrə güzəştlər ediləcək


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Naziri Rusiya Federal Vergi Xidmətinin rəhbəri ilə görüşüb

posted in: Vergi, Xəbər | 0

Vergilər NaziriOktyabrın 22-də vergilər naziri Mikayıl Cabbarov Moskva şəhərində Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşüb. Görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində hər iki ölkədə son illər həyata keçirilmiş islahatlar barədə fikir mübadiləsi aparıblar.

Aydın Kərimovla mühasibat uçotu kursu

Qeyd olunub ki, hazırda dünya vergi orqanlarının prioritet fəaliyyət istiqamətlərindən biri vergi inzibatçılığında informasiya texnologiyalarının daha geniş tətbiqinə nail olmaqdır. Bu mənada, hər iki ölkədə rəqəmsal texnologiyaların tətbiqi sahəsinə xüsusi diqqət yetirilir.

Görüşdə Federal Vergi Xidmətinin yüksək vəzifəli şəxsləri Rusiyanın vergi inzibatçılığında rəqəmsal texnologiyalar sahəsində tətbiq olunan son yeniliklərlə bağlı təqdimatlarla çıxış ediblər.

Azərbaycanın Vergilər Nazirliyi və Rusiya Federal Vergi Xidmətinin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Mənbə: taxes.gov.az

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.