Azərbaycan əhalisinin nominal gəlirləri artıb

posted in: Xəbər | 0

Azərbaycan əhalisinin nominal gəlirləriBu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 39 690,3 mln. manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.

Son 1 ildə adambaşına nominal gəlir isə 8,5% artaraq 4 046,7 manat olub.

Mənbə: report.az

Bax: Azərbaycan valyuta ehtiyatlarını artırıb


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycan valyuta ehtiyatlarını artırıb

posted in: Xəbər | 0

valyuta ehtiyatlarıAzərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 44 522,2 mln. ABŞ dolları təşkil edib.

Bunun 87,57%-i və yaxud 38 987,7 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,43%-i və yaxud 5 534,5 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 973,4 mln. dollar və yaxud 2,24% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 951,6 mln. dollar və yaxud 2,5%, AMB-nin valyuta ehtiyatlarında isə 21,8 mln. dollar və yaxud 0,4% artım olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 3 334,7 mln. dollar və yaxud 8,1% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 2 967,7 mln. dollar və yaxud 8,24%, AMB-nin valyuta ehtiyatlarında isə 367 mln. dollar və yaxud 7,1% artım olub.

ARDNF-in valyuta ehtiyatları
(mln. ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları
(mln. ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatları
(mln. ABŞ dolları)
01.10.2018 38 987,7 5 534,5 44 522,2
01.07.2018 38 036,1 5 512,7 43 548,8
01.04.2018 37 631,7 5 508,0 43 139,7
01.01.2018 35 806,5 5 334,6 41 141,1
01.10.2017 36 020,0 5 167,5 41 187,5
Mənbə: report.az