Azərbaycanda lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilir

posted in: Xəbər | 0

lotereya“Lotereyalar haqqında” qanunda dəyişikliklər Milli Məclisin 5 oktyabrda keçirilən plenar iclasında I oxunuşda müzakirə olunub.

Dəyişikliyə əsasən, qanuna “Elektron lotereya” anlayışı əlavə olunub.

Elektron lotereya – lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsilə həyata keçirdiyi lotereyadır.

Bax: Dövlət Xəzinədarlığı Agentliyinin bəzi rekvizitləri yenilənmişdir

Həmçinin dəyişikliklə, lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilib. Belə ki, lotereya iştirakçısı 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən, lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibidir.

Digər dəyişikliyə əsasən, lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılması tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanına daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazənin verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar qəbul edir.

Lotereyanın şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Hazırda qüvvədə olan qanun aəsasən lotereyanın şərtlərinə əlavə və dəyişikliklər uduş fondunun oynanılması tarixinə azı 10 iş günü qalana qədər edilə bilər.

Mənbə: report.az

Bax: Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə kollegiya iclası keçirilib


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə kollegiya iclası keçirilib

posted in: Vergi, Xəbər | 0

kollegiya iclasıOktyabrın 5-də Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2018-ci il tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın icra vəziyyətinin müzakirə edilməsi ilə bağlı Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə kollegiya iclası keçirilib. İclasda Azəzbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, eləcə də müvafiq strukturların rəhbərləri iştirak edib.

Bax: Dövlət Xəzinədarlığı Agentliyinin bəzi rekvizitləri yenilənmişdir

İclası açan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, hər iki qurumun əməkdaşlarından ibarət işçi qrupunun yaradıldığını və kollegiya iclasında görülən işlərin, qarşıda duran vəzifələrin müzakirə olunacağını bildirib. Dövlət başçısı tərəfindən hər iki qurum qarşısında qoyulan tapşırıqların qısa zaman kəsiyində qüsursuz həyata keçirilməsinin vacibliyinə toxunan Komitə sədri onu da qeyd edib ki, artıq Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlığın müsbət faydalarını bütün sahibkarlar və biznes subyektləri gündəlik fəaliyyətlərində hiss edəcəklər.

Kollegiya iclasında çıxış edən vergilər naziri Mikayıl Cabbarov geniş formatda görüşün keçirilməsinin qurumlar arasındakı əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla icrası üçün birgə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. M.Cabbarov Tədbirlər Planında nəzərdə tutulmuş işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından həyata keçirilən tədbirlərin müsbət fiskal nəticələri olacağını qeyd edib.

Daha sonra hər iki qurumun nümayəndələri Tədbirlər Planının icrası ilə bağlı görülən işlərə dair hesabatla çıxış edərək, qarşılıqlı məlumat mübadiləsinin, vahid risk platformasının təşkili, qanunvericilikdə həyata keçirilən dəyişikliklər və digər məsələlər barədə məlumat veriblər.

Sonda Tədbirlər Planında nəzərdə tutulan işlərin icrasının daha da sürətləndirilməsi üçün aidiyyatı strukturlara müvafiq tapşırıqlar verilib.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Dövlət Xəzinədarlığı Agentliyinin bəzi rekvizitləri yenilənmişdir

posted in: Xəbər | 0

Dövlət Xəzinədarlığı AgentliyiVergi ödəyicilərinin məlumatlandırılması haqqında

B İ L D İ R İ Ş

 

Hörmətli vergi ödəyicisi!

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti bildirir ki, Dövlət Gömrük Komitəsinin strukturunda edilmiş dəyişikliklərlə bağlı Maliyyə Nazirliyinin saytında Dövlət Xəzinədarlığı Agentliyinin məlumat bazası yenilənmişdir.

Xarici ticarət fəaliyyətinin iştirakçıları tərəfindən Agentliyə ünvanlanmış bütün ödənişlərin təyinatı üzrə ödənilməsi məqsədi ilə həmin məlumat bazasında gömrük ödənişləri ilə bağlı edilmiş dəyişikliklər barədə məlumatları Sizə təqdim edirik.

Əlavə məlumat almaq üçün Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinə – Ağa Nemətulla küçəsi 44 və 195-1 nömrəli telefonla Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinə müraciət edə bilərsiniz.

 

Vergilər Nazirliyi yanında

                                                                                              Bakı şəhəri Lokal Gəlirlər Departamenti

 

Dövlət Xəzinadarlığı Agentliyinin məlumat bazasında yenilənmiş məlumatlar

 

Sıra nömrəsi Gömrük idarəsinin adı Hesab nömrəsi VÖEN
1 Şimal Ərazi BGİ (Gömrük daxil.) AZ32CTRE00000000000002244610 7700116921
2 Cənub Ərazi BGİ (Gömrük daxil.) AZ73CTRE00000000000002242611 4100019441
3 Qərb Ərazi BGİ (Gömrük daxil.) AZ71CTRE00000000000002240610 2300360991
4 Enerji Resur. DNBGİ (Göm.daxil) AZ52CTRE00000000000002248421 1300377781
5 Aksizli mallar BGİ (Göm.daxil) AZ25CTRE00000000000002248422 1000287951

 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.