Normadan artıq ezamiyyə xərci vergiyə cəlb edilməlidir?

posted in: Xəbər | 0

ezamiyyə xərciSual: Normadan artıq ezamiyyə xərci hansı növ vergiyə cəlb olunur və hansı dərəcə ilə? Hansı halda? Ölkədaxili və xarici ezamiyyəni nəzərə almaqla.

Cavab: Bildiririk ki, qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir və Vergi Məcəlləsinin 101-ci maddəsində qeyd edilən dərəcələrlə gəlir vergisinə cəlb edilir.

Bax: Vergi Məcəlləsinin 98.3-cü və 109.7-ci maddələri, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gilan Holding 1 illik iş təcrübəsi olan Kiçik Auditor axtarır

posted in: Audit, İş elanı, Xəbər | 0

Kiçik AuditorVəzifə: Kiçik Auditor

Kateqoriya: Audit

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: 1 ilə qədər

İş yeri: Azərbaycan / Bakı

Təhsil: Bakalavr

Tələb olunan ixtisas: Maliyyə, Mühasibat uçotu, Audit

Dillər –  Səviyyə

Azərbaycan: Ana dili

İngilis: Əla

Öhdəliklər:

  • Komanda üzvü kimi efektiv işləmək, təcrübə mübadiləsi aparmaq, təcrübəli komanda üzvlərinə dəstək olmaq;
  • Yoxlanılan biznes vahidlərinin iqtisadi dövriyyəsi barədə anlayış əldə etmək, hərtərəfli audit yoxlamalarında iştirak etmək;
  • Aşağı və orta risk səviyyəsinə malik sahələrdə səhvlərin mövcudluğuna əsaslanan audit yoxlaması prosedurlarını həyata keçirmək, başa çatmış işi müvafiq olaraq sənədləşdirmək;
  • Audit yoxlaması nəticələrini təcrübəli komanda üzvlərinə təqdim etmək üçün sənədləşdirmək;
  • Yüksək vəzifəli heyət üzvlərinin müəyyən etdiyi digər tapşırıqları yerinə yetirmək.

Namizəddə tələblər:

  • Maliyyə, mühasibat və ya audit sahəsində bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi. Beynəlxalq audit firmasında iş təcrübəsi üstünlük hesab olunur;
  • Audit və mühasibatla bağlı ilkin biliklərlə malik olmaq;
  • Azərbaycan və ingilis dillərini səlis bilmək;
  • MS Office Excel proqramını yüksək səviyyədə bilmək;
  • İşin təfsilatı və düzgünlüyünə diqqəti yönəldərək müəyyən olunmuş zaman çərçivəsində işləmək bacarığına malik olmaq;
  • Zərurət yarandıqda və tələb olunduqda səyəhət etmək imkanına malik olmaq və hər zamana buna hazır olmaq;
  • İş yoldaşları ilə düzgün şifahi və yazılı ünsiyyət qurmaq bacarığına malik olmaq.

Müraciət üçün keçidə daxil olun.

Elanın bitmə tarixi: 30.09.2018

Mənbə: gilanholding.com

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Avropa İttifaqı vergi sistemini modernləşdirir

posted in: Vergi, Xəbər | 0

Avropa İttifaqıAvropa İttifaqının (Aİ) iqtisadiyyat və maliyyə nazirlərinin Avstriyanın Vyana şəhərində keçirilmiş qeyri-rəsmi yığıncağının əsas mövzusu elektron ticarət sahəsində daha ədalətli vergi tənzimlənməsi məsələsinin müzakirəsi olmuşdur. Avropa Komissiyası sədrinin müavini Valdis Dombroviskis Avropanın daha modern vergi sisteminə ehtiyac duyduğunu, tədbir iştirakçılarının rəqəmsal əməliyyatların vergi sisteminə ədalətli töhfələr verdiyi barədə həmfikir olduqlarını bildirmişdir. O, mətbuat konfransında verdiyi açıqlamada görüşlər çərçivəsində Avropa ərazisində iqtisadi islahatlarla bərabər, Aİ-nin büdcəsi və Avropaya investisiyaların qoyulmasının təşviqi istiqamətində rəy və təkliflərin müzakirə olunduğunu qeyd etmişdir.

Xüsusilə «Avropaya sərmayə qoy!» şüarı ilə bağlı fikir mübadiləsinin aparıldığı haqqında məlumat verən sədr müavini investisiyaların təşviq edilməsi üçün Avropa Strateji İnvestisiyalar Fondu tərəfindən 650 milyard avro məbləğində vəsaitin sərbəst buraxıldığını demişdir.

V.Dombroviskis komissiyanın innovasiyalar, araşdırmalar və infrastruktur sahələrində qoyulacaq sərmayələrə ciddi şəkildə dəstək göstərəcəyini bildirmişdir. Avropanın modern vergi sisteminə ehtiyacı olduğunu vurğulayan V.Dombroviskis diqqəti elektron ticarətin həcminin gündən-günə artdığına yönəltmişdir: «Yığıncaqda nitq söyləyənlərin hamısı elektron əməliyyatların vergi sisteminə ədalətli töhfə verdiyi barədə həmfikirdir. Məsələnin davamlı həlli üçün həm İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD), həm də G20 səviyyəsində elektron vergi sisteminin tənzimlənməsi üzərində işləyirik».

Avstriyanın maliyyə naziri Hartviq Löger də Aİ-yə üzv olan bütün ölkələrin rəqəmsal sahədə vergi tənzimləməsi barədə həmfikir olduqlarına diqqət çəkərək, bu ilin sonuna qədər elektron ticarətə yönəldilmiş ədalətli vergi tənzimlənməsi üzərində texniki işlərin aparılacağını, komissiyanın mart ayında təqdim etdiyi elektron vergi tənzimləməsi ilə əlaqədar mətnin əsas götürülməklə bütün üzv ölkələrdə müvafiq qərar çıxarılacağını bildirmişdir. Elektron vergi tənzimləməsi sayəsində əməliyyatların vergi ödəməkdən yayınmaya şərait yaradacaq yollara əl atılmasının qarşısının alınacağını ifadə edən H.Löger demişdir: «Aİ-yə üzv olan 27 ölkənin bu məsələ ilə bağlı ümumi mövqeyi var. OECD ilə keçiriləcək görüşlərlə bağlı beynəlxalq miqyasda da qəbul edilə biləcək ortaq bir qərarın həyata keçirilməsinə çalışacağıq».

H.Löger Aİ-də bu ilin sonunda elektron vergi sisteminin qəbul ediləcəyini, bu sistemin Aİ üzvü olmayan tərəfdaşlarla görüşmələr nəticəsində əldə ediləcək beynəlxalq səviyyədə məqbul elektron vergi tənzimləməsinə qədər qüvvədə qalacağını qeyd etmişdir.

Özbəkistanda daha bir sərbəst iqtisadi zona yaradılır

posted in: Xəbər | 0

iqtisadi zonaPrezident Şavkat Mirziyoyev ölkənin Fərqanə vadisindəki Namanqan vilayətində «Namanqan» sərbəst iqtisadi zonasının yaradılmasına dair sərəncam imzalamışdır. Sərəncama görə, həmin zonada əkinçilik və meyvə məhsullarının emalı və ixracı, tekstil və dəri, avtomobil, elektrotexnika və inşaat məhsulları istehsal etmək məqsədilə aparılacaq əməliyyatlar 10 ilə qədər vergi və gömrükdən azad ediləcək. Sərbəst iqtisadi zonada qurulacaq müəssisələr idxal edəcəkləri xammal, ləvazimatlar və köməkçi hissələr üçün də gömrük vergisi ödəməyəcəklər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Sərəncamda qeyd edilmişdir ki, 3 milyon ABŞ dollarına qədər sərmayə qoyacaq şirkətlər 3 il, beş milyon dollara qədər sərmayə qoyan şirkətlər 5 il, 10 milyon dollardan artıq sərmayə qoyacaq şirkətlər isə 10 il ərzində vergi və gömrük ödəmələrindən azad ediləcək. Hazırda ölkənin Nəvai, Anqren, Buxara, Səmərqənd, Xarəzm, Daşkənd, Sırdərya və Fərqanə vilayətlərində xüsusi vergi və gömrük rejiminin tətbiq edildiyi 15 sərbəst iqtisadi zona fəaliyyət göstərir.

Mənbə: vergiler.az