Mühasib fırıldaqları (16-cı sxem)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasib fırıldaqlarıMühasib fırıldaqları (16-cı sxem)

Yoxlayıcı orqanlarla ünsiyyət zamanı mühasib necə fayda götürə bilir?

Bəzən mühasib vergi müfəttişliyi və digər fiskal orqanlarala qarşılıqlı münasibətlərdən də faydalanmaq imkanı tapa bilir. Çox vaxt mühasib bu orqanların əməkdaşları ilə sövdələşməyə də gedə bilir.

Təcrübədə bu necə baş verir? Mühasib müəssisənin rəhbərinə xəbər verə bilər ki, “vergidəki öz adamı” ona müəssisədə kompleks yoxlama keçiriləcəyi barədə məlumat ötürüb. Bu yoxlama isə heç yerinə düşməyib, belə ki, qısa vaxt ərzində müəyyən şeyləri səhmana salmaq real deyil: bütün sənədlərin təftişi, şübhəli görünən sövdələşmələri sənədlərlə təsdiq etmək (bunları etmək isə çox zəruridir), vergi orqanları ilə sənədləri tutuşdurmaq və lazım gəldikdə vergini və peniyaları ödəmək və s.

Mühasib vergi orqanında olan tanış şəxslə hətta görüş belə təşkil edə bilər və hansı ki, o bunları təsdiq də edə bilər. Mühasib həmçinin deyə bilər ki, müəyyən məbləğ qarşılığında həmin “yaxşı şəxs” yoxlamanı ertələyə bilər. Müəssisə rəhbərinin bu təklifi faydalı hesab edib, müəyyən məbləğdən keçməklə buna razılaşacağı ehtimalı çox yüksəkdir, amma o, özünə hesabat belə vermir ki, heç bir yoxlama planlaşdırılmır və bütün bunları mühasib özünün faydalanması üçün uydurub.

Mühasib bu zaman vergilərlə bütün problemləri qanunvericiliyin təkmil olmaması, müfəttişlik əməkdaşlarının bəhanə tapmaları və hər şeylə maraqlanmaları üzərinə yıxa bilər. Əgər direktor vergi məsələlərindən elə də yaxşı baş çıxarmırsa və təcrübəsi azdırsa, ona bu “problemi” yoluna qoymaq üçün mühasibə müəyyən miqdar pul verməsi, daha sadə görünə bilər. Planlı vergi yoxlanışı zamanı isə mühasib direktora yoxlamanın uğurlu başa çatdırılması üçün zəmanət kimi yoxlayanlara müvafiq miqdarda pul verilməsini təklif edə bilər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasib həmçinin direktora onu da işarə edə bilər ki, prinsipcə vergidən gələnlərlə ünsiyyət qurmaqdan ötrü hər ay “vergidəki adamına” zərfdə pul da göndərmək olar. Vergilərdə belə bir adamın olması da istisna deyil və həmin pulların bir hissəsi, məhz, ona da çatdırıla bilər.  Amma, problemlər yaranarkən, həmin şəxs həqiqətənmi real olaraq kömək edə biləcəkmi? Çox güman ki, yox – o, sadəcə deyəcək ki, “bağışlayın, yoxlamanı başqa şöbənin əməkdaşları həyata keçirəcək və mən heç nə ilə kömək edə bilməyəcəyəm”. Buna baxmayaraq, külli miqdarda pul isə mühasibin cibində qalacaq.

O səbəbdən, belə bir “kömək” təklif edən mühasibin sözlərinə tənqidi yanaşmaq lazımdır, məsələn, vergilərdəki həmin şəxsin kimliyi və hansı vəzifə tutması, neçə il iş stajının olması, müəssisənin problemlərinə həmin şəxsin real olaraq necə kömək edə biləcəyi maraqlanmaq lazımdır.

Onu da nəzərə almaq lazımdır ki, mühasib vergilərdən olan həmkarı ilə birlikdə müəssisədə “qəfil yoxlama” da həyata keçirə bilər. Bu zaman mümkün ola bilər ki, müəssisədə hansısa qeyri-qanuni əməliyyat həyata keçirilir (məsələn, zəruri sənədləşdirmə həyata keçirilmədən mal qəbul edilərkən). Bu yoxlama prosesinin əsas məqsədi pul əldə etməkdən ibarət olur. Öz mühasibinin qurbanı olmasından şübhələnməyən direktor iri miqdarda cərimə ödəməsin deyə, müəyyən məbləğ rüşvət verməyə razılaşır.

Amma, bu aldadılmanın üstünü açmaq çox asandır.  Hər şeydən əvvəl düşünmək lazımdır ki, əgər yoxlama bu cür qəfil gəlibsə, deməli, içəridən xəbər ötürən var, yəni, öyrənmək lazımdır ki, bunu etməkdə hansı əməkdaş maraqlı ola bilər? Ardınca da yoxlamaya gələn şəxslərdən vergi müfəttişliyinin vəsiqələrini göstərməyi xahiş edin, eləcə də yoxlamanın həyata keçirilməsinə icazə verən qərarı göstərməyi tələb edin. Çünki həmin bildirşdə yoxlamanın keçiriləcəyi tarix, yer və yoxlamanı həyata keçirəcək əməkdaşların rekvizitləri olmalıdır. Əgər, məsələn, berlə bir qərar yoxdursa və ya onun tərtib olunmasında qeyri-dəqiqliklər varsa, əmin olun ki, qarşınızdakılar müfəttiş –  “qulyabanılardır”.

15-ci sxemi bu linkə daxil olaraq oxuya bilərsiniz


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasiblərlə bağlı maraqlı faktlar

posted in: muhasibat, Məqalə, Xəbər | 0
  • MühasiblərMühasiblər Federal Təhqiqat Bürosunda (FTB) da işləyə bilərlər!! 2000-dən çox mütəxəssis-mühasib FTB-də çalışır.
  • Mühasib sözü fransız sözü “compter”dən təşəkkül tapıb. “Uçot” və “mühasibat uçotu” sözlərindən Böyük Britaniyada 1800-cü illərin ortalarında istifadə olunub və “accompting” və “accountantship” sözlərindən yaranıb.
  • Uçot yüksək riyaziyyat səviyyəsini tələb edir – düzdür, mühasiblərin əksəriyyəti əsasən arifmetik və sadə tənliklərdən istifadə edirlər. İşlərin böyük hissəsini kompüterlər görür. Sonra da mühasiblər nəticələri təhlil və izah edirlər.
  • Mühasibat uçotu öz kökləri ilə çox qədim sivilizasiyalara, min illərlə bundan əvvələ gedib çıxır. Erkən audit sisteminin qədim misirlilərdə və ikili mühasibatlığın isə orta əsrlər Avropasında aparılmasına dair məlumatlar var.
  • Mühasiblər öz hamiləri hesablarla bağlı Müqəddəslərinə, müqəddəs Yevangelist Matveyə, ilk Müjdənin müəllifinə dua edə bilərlər. O, həmçinin vergi müfəttişləri, mühasiblər, birja brokerləri və bank işçilərinin də hamisi hesab olunur.
  • Mühasiblərin hər on nəfərindən yeddisi öz uçot vəziyyətlərindən razı olduqlarını bildiriblər. Özü də bu zaman onların böyük əksəriyyəti keçmişə səyahət etmək və yenidən başlamağa imkan verildiyi təqdirdə karyeralarına sadiq qalacaqlarını söyləyiblər.

Həmçinin bax: Sıfır təcrübə ilə necə mühasib olmalı?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda real sektoru daha çox maliyyələşdirən banklara vergi güzəştlərinin edilməsi təklif olunur

posted in: bank, Xəbər | 0

bankKredit portfelində real sektora qoyulan kreditlərin xüsusi çəkisinin üstünlük (təqribən 70%-dən yuxarı) təşkil etdiyi bankların real sektora orta faiz dərəcəsindən aşağı olmaqla verdiyi kreditlər üzrə əldə etdikləri gəlirlərinin müddətli mənfəət vergisindən azad edilməsi təklif olunur.

Belə bir təkliflə Hesablama Palatasının aqrar, ekologiya və yanacaq-enerji sahələrinin auditi sektorunun müdiri Siyavuş Müstafayev iqtisadiyyatın real sektoruna yönəldilən resursların artırılması və nəticəliliyinin yüksəldilməsi ilə bağlı məqaləsində çıxış edib.

Həmçinin kənd təsərrüfatında risklərin yüksək olduğu nəzərə alınaraq bu sahənin kreditləşməsi üçün xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, o cümlədən kənd təsərrüfatına verilən kreditlərin sığortalanması mexanizminin tətbiqi, iqtisadiyyata kredit qoyuluşları üzrə regional tarazlığın təmin olunmasına və kredit qoyuluşlarında aqrar sektorun payının kifayət qədər artmasına müsbət təsir göstərə biləcəyini nəzərə alaraq kənd təsərrüfatına xidmət edən ixtisaslaşmış bankın yaradılması və bankın vəsaitləri hesabına kreditləşmə müqabilində girov predmetinin daha geniş dairəsinin kredit öhdəliklərinin təminatı kimi çıxış etməsi, habelə əhalinin aztəminatlı qruplarına kreditlərin verilməsi zamanı öhdəliyin təminatı kimi zaminlik üsuluna yer verilməsi imkanlarının yaradılması təklif olunur.

Bundan başqa, bankların real sektorun müxtəlif sahələrində kredit əməliyyatlarını genişləndirmək məqsədilə kredit istifadəçilərinin maliyyə göstəricilərinin şəffaflığının artırılması, kredit təşkilatları tərəfindən konsaltinq xidmətlərinin göstərilməsi, o cümlədən müştərilərin investisiya təşəbbüsləri üzrə inkişaf strategiyalarının müəyyən edilməsi və həyata keçirilməsində yardım göstərilməsi, müştərilər üçün biznes-planların hazırlanması və s. tövsiyə olunur.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hesabatlar üzrə köməkçi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Hesabatlar üzrə köməkçi Vəzifə: Hesabatlar üzrə köməkçi

İşəgötürən: SIR Group Security

  • Şəhər: Bakı
  • Yaş: minimum 23 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Ruqiyyə xanım

Həmçinin bax: “Ati and Partners” Baş mühasib axtarır

İş barədə məlumat
– Azərbaycan, ingilis və rus dillərində e-mail yazışmaların həyata keçirilməsi, raportların, həftəlik və aylıq hesabatların hazırlanması.
– Məktubların, daxili yazılan sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı
– Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması
– Karguzar işinin təşkili və ofis daxili işlər
– Birbaşa rəhbərinin tapşırıq və göstərişlərini yerinə yetirilməsi
– İş qrafiki: 09:00-dan 18:00-dək, həftənin 5 iş günü (şənbə və bazar istirahət günləri)
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Namizədə tələblər

– 23 yaşdan yuxarı Qadın namizədlər
– Ali təhsil
– Azərbaycan, ingilis və rus dillərini mükəmməl səviyyədə bilmək. İngilis və rus dillərində telefon vasitəsilə danışıqlar və yazışmalar apara bilmək.
– Word, Excel, E-mail və digər Microsoft Office proqramlarını bilməlidir
– Ofis avadanlığı ilə işləmək bacarığı
– Ən azı 1ildən 3 ilə qədər iş təcrübəsi
– Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı, diqqətli və işinə qarşı məsuliyyətli olmalı

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi hr@sirgroup.az /  e-mail ünvanına göndərə bilərsiniz (şəkilsiz CV-lərə baxılmayacaq).Elektron ünvana CV göndərən zaman, mütləq mövzu hissəsində “Hesabatlar üzrə köməkçi” yazılsın və vəzifə qeyd olunsun. Əks halda CV-nizə baxılmayacaq.

Mənbə: boss.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.