Rusiyada ticarət mərkəzinin mühasibi pul mənimsəməkdə təqsirləndirilir

posted in: muhasibat, Xəbər | 0

mühasibRyazan ticarət mərkəzinin mühasibi 2 milyon rubl mənimsəyib.

2018-ci ilin avqust ayında Ryazan şəhərinin Jeleznodorojnı rayon polis şöbəsinin müstəntiqi ticarət mərkəzinin vəzifəli şəxsinə qarşı mənimsəmə faktı ilə cinayət işi qaldırıb. Hadisə barədə vilayət prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı məlum olub ki, şəhərdəki nəhəng ticarət mərkəzlərindən birinin baş mühasibinin müavini 2,5 il ərzində ticarət mərkəzində yerin icarəsi üçün ödəniş haqqını özünə götürüb, hansı ki, ticarət nöqtəsini icarəyə verən – fərdi sahibkar olub və o, 2015-ci il noyabrın 1-dən, 2018-ci il martın 31-ə kimi  icarə haqqını nağd şəkildə ödəyib.

Beləliklə, mühasibatlığın əməkdaşı ümumilikdə 1 milyon 985 771 rubl vəsait oğurlayıb və öz sahibkarına xüsusilə külli miqdarda zərər vurub.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İnsan resursları üzrə assistent tələb olunur

posted in: İş elanı, Xəbər | 0

İnsan resurslarıVəzifə: İnsan resursları üzrə assistent

İşəgötürən:  “AZM Trading” MMC

Əmək haqqı: 400 AZN

İşin təsviri:

  • İş elanlarının hazırlanması və müvafiq səhifələrdə yerləşdirilməsi;
  • CV-lərin toplanması və şöbələr üzrə bazalaşdırılması;
  • Müsahibələrin təşkil edilməsi,  namizədlərin dəvət edilməsi və nəticələrin məlumat bazasına daxil edilməsi;
  • CV və anketlərin arxivləşdirilməsi;
  • Yeni işçilərin rəsmiləşdirilməsi üçün lazımi sənədlərin toplanılması.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tələblər:

  • Ali təhsil;
  • AR Əmək Məcəlləsi üzrə biliklər;
  • MS Word, Excel işləməyi bilməli;
  • 1C proqramında işləmə bacarığı olanlara üstünlük verilir;
  • Müvafiq sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
  • Azərbaycan və Rus dilini mükəmməl bilməli;

İş qrafiki:

  • Bazar ertəsi: Cümə: 09:00 – 18:00
  • Şənbə: 09:00 – 13:00

Maraqlanan  namizədlər mövzu yerində “İnsan  resursları üzrə assistent” yazmaqla şəkilli CV-lərini   / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

xarici hüquqi şəxsXidmətin göstərilməsi üçün tələb olunanlar:

– “VM-nin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə ərizə”

– idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması (1.2.2. nömrəli xidmət) zamanı təqdim edilmiş sənədlərdə məlumat dəyişikliyini təsdiq edən sənədlər

– “VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 34-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti:

-Sənədlər daxil olduğu gündən sonra 2 iş günü

– ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin uçot məlumatlarının  dəyişdirilməsi haqqında bildiriş (e-qutuya  göndərilir)

– VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə (dəyişikliyə zərurət yarandıqda)

Elektronlaşdırma səviyyəsi:

Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb

Mənbə: taxes.gov.az

Həmçinin bax:


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası

posted in: muhasibat, Xəbər | 0

maddi ziyanAzərbaycan Respublikası Əmək Məcəlləsinin 196-cı maddəsinə əsasən bu məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir.

İşçinin şəxsi əşyalarına və digər əmlakına vurulan ziyanın məbləği ziyan dəyən anda mövcud olan bazar qiymətləri ilə müəyyən edilir. Bu halda tərəflərin razılığı ilə əmlakına dəyən ziyan işçiyə natura şəklində də ödənilə bilər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əgər işəgötürən əmək müqaviləsi bağlayarkən və ya sonralar işçinin öz əmək funksiyasını yerinə yetirmək üçün ona məxsus əmək alətlərindən, vasitələrindən və digər əşyalardan istifadə edilməsi barədə razılığa gəlmişdirsə, onda o, işçinin şəxsi əşyalarına vurulan ziyana görə maddi məsuliyyət daşıyır.

İşəgötürən müvafiq əmək şəraiti yaradaraq işçiyə öz şəxsi əmək alətlərini və digər əşyaları müəssisəyə gətirməyə icazə verməyibsə, lakin işçi bunun əksinə olaraq əmək funksiyasının icrası üçün həmin əşyaları gətirib onlardan istifadə edibsə, bu halda işəgötürən yalnız işçinin əmlakına qəsdən vurduğu ziyana görə müəyyən olunmuş qaydada maddi məsuliyyət daşıyır.

İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. (maddə 190. 3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.)

Qeyd: Bu maddədə «əmək alətləri, vasitələri və digər əşyalar» dedikdə, işçinin şəxsi mülkiyyətində olan və öz əmək funksiyasını yerinə yetirmək üçün işəgötürənin razılığı ilə iş yerinə gətirdiyi maşın və mexanizmlər, elektron və mexaniki cihazları, rabitə və nəqliyyat vasitələri, qurğuları, habelə dəyəri minimum əmək haqqının iki mislindən çox olan əl əməyi vasitələri başa düşülməlidir.

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.