Bu ilin 7 ayında 3450 vətəndaş müraciəti araşdırılıb

posted in: Xəbər | 1

vətəndaşDövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu ilin 7 ayında 3450 vətəndaş müraciəti araşdırılıb.

Müraciətlər daha çox emal və tikinti sahələrinə aid olub.

Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 3450 vətəndaş müraciətini araşdırıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Müraciətlər daha çox, emal, tikinti, topdan və pərakəndə  ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrə aid olub. Xidmət tərəfindən vətəndaş müraciətləri araşdırılaraq, işçilərin əmək hüquqlarının müdafiəsi üçün aidiyyəti işlər görülüb.

Araşdırmalar zamanı aşkar edilən hüquq pozuntularının 45 faizini əmək haqlarının ödənilməməsi və işçilərin məzuniyyət hüquqlarının pozulması, 39 faizini əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, 16 faizini isə digər hallar təşkil edib. Hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Aradan qaldırılması müəyyən müddət tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə göstərişlər verilib.

Törədilmiş inzibati xətalara görə vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək qanunvericiliyə uyğun qaydada və məbləğlərdə inzibati cərimələr tətbiq olunub.

Mənbə: www.mlspp.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

VÖEN-i necə bağlamalı??

posted in: Xəbər | 13

VÖENSahibkarlıq fəaliyyətinə xitam verildikdə VÖEN əsasında açılan bank hesabı da bağlanmalır.

Azərbaycanda «Elektron hökümət»in qurulması yaşadığı ərazidən və qeydiyyatda olduqları ünvanlardan asılı olmayaraq, hər kəsin dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən bəhrələnməsi üçün geniş imkanlar yaranıb. Sistemin təkmilləşdirilməsi və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi həm də sahibkarların işgüzar fəaliyyətinin artırılmasını stimullaşdıran əsas faktorlardandır.

Vergilər Nazirliyinin elektron qeydiyyat sisteminə xüsusi önəm verməsi də ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, məmur-vətəndaş münasibətlərində birbaşa təmasların minimuma endirilməsinə xidmət edir. Məhz bunun nəticəsidir ki, respublikanın istənilən regionunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, habelə biznesə yenicə başlamaq istəyənlər, yaxud fəaliyyətini dayandıranlar uçot-qeydiyyat prosedurlarını aidiyyəti dövlət orqanına gəlmədən rəsmiləşdirə bilər. Hazırda Azərbaycanda vergi xidmətlərinin əksəriyyəti məhz elektron formada təqdim edilir ki, bu da sahibkarların işini xeyli asanlaşdırır, vaxt itkisinin və əlavə xərclərin qarşısını alır. Məsələn, bu gün istənilən vətəndaş, hüquqi və fiziki şəxsöz adına elektron formada VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi)əldə edə və ya ləğv etdirə bilər.

Fəaliyyətin dayandırılması elektron qaydada bəyan edildikdə istifadəçi Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə «İnternet vergi idarəsi» Portalının «Onlayn Kargüzarlıq» və «E-VHF» bölməsinə daxil olmalıdır. Bundan sonra «Yeni müraciət» düyməsi sıxılır, «Kimə» siyahısından «Vergilər Nazirliyi», «Müraciətin növü» siyahısından «Ərizə», «Sənədin növü» siyahısından isə «Fiziki şəxsin fəaliyyətinin dayandırılması» seçilir və «Qəbul» düyməsi vulurur. Sonra istifadəçi açılan ekranda ərizə üzrə tələb olunan məlumatları daxil edir. Məlumatların doğruluğuna əmin olunduqda «Qəbul» düyməsi sıxılır, əks halda, imtina etmək üçün «İmtina» düyməsi vurulur.

Təqdim edilən sənəddə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Bəs, vergi ödəyicisi olan fiziki şəxslər sahibkarlıq fəaliyyətinə xitam verdikdəbu barədə vergi orqanlarını necə məlumatlandırmalıdır. Bu zaman onlar hansı prosedurlardan keçməlidirlər?

Bəri başdan deyək ki, sahibkarlıq fəaliyyətini müvəqqəti və ya həmişəlik dayandıran şəxslər bu barədə vergi orqanlarını məlumatlandırmağa borcludurlar. Fiziki şəxs vergi uçotundan çıxarılması üçün uçota alındığı vergi orqanına ərizə ilə müraciət etməlidir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Dövlət rüsumu haqqında” Qanunda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

Dövlət rüsumu“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12, I kitab, maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647) 10.19-cu maddəsində “10 manat” sözləri “20 manat” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Maddə 10.19. İcra qeydlərinin aparılması üçün – 10 manat

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2018-ci il.

Mənbə: president.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mal-material uçotu üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mal-material uçotuBaku BusMMC  “ Mal-material uçotu üzrə mühasib ” vakansiyası üzrə işçi qəbulunu elan edir.

Tələblər:

– İqtisadiyyat və maliyyə sahəsində ali təhsil
– Minimum 3 il müvafiq sahədə iş təcrübəsi
– Kompüterdə sərbəst işləmək bacarığı
– Yaş həddi 25-35;
– Cinsi- Kişi

Həmçinin bax: 500 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

Vəzifələr:

– 1C (8.2) proqramında işləmə bacarığı
– Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında
mühasibat uçotunda əks etdirilməsini təmin etmək ;
– Mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiya işlərini aparmaq
– Material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və düzgün tərtib olunduğuna, sistemə işlənildiyinə nəzarət edilməsi;
– Hesabat ayı bitdikdə nəqliyyat vasitələri üzrə yürüş məsafələrinin, yanacaq paylama cədvəllərinin yerində yoxlanılması və əsas xammal-materiallar üzrə faktiki miqdarın qeydiyyata alınması və sonradan təqdim olunan hesabatla tutuşdurulması;
– Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
– Hesabat ayı bitdikdən sonra 3 gün müddətində material anbarı, hazır məhsul anbarı və yanacaq anbarı üzrə hesabatın və müvafiq təsdiqedici sənədlərin (GPS məlumatı, YD şirkətinin plastik kartlar üzrə hesabatı) alınması və ilkin sənədlər üzrə təhlil edilib yoxlanılması;
– Hesabat ayı bitdikdən sonra 3 gün müddətində digər bölmə (şöbə) üzrə ( istehsal, nəqliyyat, marketinq və s.) mal-materialların hesabatının, lazımı ilkin sənədlərin (silinmə akti, quraşdırma aktı və s.) alınması;
– Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq material silinməsinin yoxlanılması və bunun üzərində nəzarət edilməsi;
– Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
– Sahəyə hər ay gedib malların qalıqlarına nəzarət edilməsi

Həmçinin bax: Mühasib köməkçisi tələb olunur

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi)  cv@bakubus.az / info@finstaff.az elektron ünvanına Subject/Mövzu hissəsində “Mal-material uçotu üzrə mühasib”qeyd etməklə göndərə bilərsiniz.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.