Böyük Britaniyanın Aİ-nin ƏDV zonasını tərk etməsi təsdiqlənib

posted in: Vergi, Xəbər | 0

ƏDVBöyük Britaniya qanunvericilərinin qəbul etdikləri qanun layihəsinə əsasən, ölkə Avropa İttifaqını (Aİ) tərk edəndən sonra Aİ-nin əlavə dəyər vergisi (ƏDV) zonasından da çıxmalı və özünün ayrıca ƏDV rejimini formalaşdırmalıdır. Deputatlar hesab edirlər ki, belə bir addımın atılması keçid dövrünün şərtlərinin razılaşdırılması ilə bağlı hökumətin göstərdiyi səyləri dəstəkləməklə  «Breksit»in şirkətlərə təsirini yumşalda bilər.

Böyük Britaniyanın Aİ-nin ƏDV zonasında iştirakını istisna etməsi parlamentin aşağı palatasında qəbul edilmiş dörd düzəlişdən biridir. Aİ-yə edilmiş təklifə görə, ən müstəsna halda İrlandiya əvvəlki kimi Aİ-nin ƏDV zonasında iştirak edə bilər ki, İrlandiya Respublikası ilə Şimali İrlandiya arasında sərt sərhədin yaranmasının qarşısı alınsın. İrlandiyada sərhəd məsələsinin razılaşdırılmasının mümkün olmaması isə Aİ üçün məhək daşına çevriləcək.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Gözlənilir ki, 303 səs lehinə, 300 səs əleyhinə olmaqla qəbul edilmiş düşəliş sərt sərhəd çəkməkdən yan keçmək üçün Aİ hökumətinin işini xeyli çətinləşdirəcək və beləliklə, «Breksit»in ən sərt variantına gətirib çıxaracaq.

Ekspertlərin qiymətləndirməsinə əsasən, hökumət qanunvericiliyə dörd düzəlişi təsdiqləməklə hazırda «Breksit»dən sonra ƏDV sistemini yaratmağa səy göstərir. Böyük Britaniya Aİ-nin ƏDV zonasından çıxdığı halda, başqa məsələlərlə yanaşı, öz qanunlarını  Aİ-nin ƏDV ilə bağlı qanunvericiliyinə uyğunlaşdırmalı  və ƏDV məsələlərinə aid Avropa Məhkəməsinin qərarları ilə hesablaşmalı olacaq.  Bu isə Britaniyanın Aİ müəssisələri ilə maliyyə əməliyyatları aparan şirkətləri üçün ƏDV yükünün ağırlaşmasına səbəb olacaq.

Ümumilikdə bu dəyişiklikəri belə qiymətləndirmək mümkündür ki, Breksit sazişi ilə bağlı keçid dövrünə aid daşınışıqlar razılaşma ilə nəticələnməyə bilər, başqa sözlə, Böyük Britaniya Aİ-ni keçid dövrü olmadan 2019-cu il mart ayının 29-da tərk edə bilər.

Parlamentin aşağı palatası qeyd edilən düzşəlişlərlə vergitutma və transsərhəd ticarət barədə qanun layihəsini qəbul etmişdir. Layihə növbəti mərhələdə Lordlar Palatasına  təqdim ediləcək.

Mənbə: vergiler.az

Vergi güzəşti və azadolmalarına yeni yanaşma

posted in: Vergi, Xəbər | 0

Vergi güzəştiHazırda vergi sistemində aparılan islahatların əsas prioritetlərindən biri güzəşt və azadolmalarla bağlı siyasətə yenidən baxılması, bu sahədə ünvanlılığın təmin edilməsidir. Aparılan monitorinqlər  zamanı meydana çıxan bir sıra məqamlar güzəştlərin səmərəliliyinin təmin edilməsini daha da aktuallaşdırıb. Xüsusilə bəzi iqtisadi sahələrdə nəzərdə tutulan hədəflərə xidmət etmədiyindən, güzəştlərə yeni baxış zəruri məsələyə çevrilib.

Təhlillər və araşdırmalar göstərir ki, güzəştlər heç də həmişə iqtisadi inkişafı, ictimai və dövlət maraqlarını gözlənilən səviyyədə təmin etmir. Bəzən verilən güzəştlərdən sui-istifadə hallarına rast gəlinir. Vergi güzəştlərinin «itirilməsi» onun ünvanlı olmamasından, vergitutmanın ədalətlilik prinsipinin pozulmasından və verilmiş güzəştdən təyinatı üzrə istifadə edilməməsindən yaranır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Güzəşt hüququ olan sosial kateqoriya adından sui-istifadə edilir

Bir sıra hallarda güzəştlər istehsalçı və ya ixracatçı şəxslərin maddi vəziyyətinin yaxşılaşmasına gətirib çıxarsa da ölkənin əsas istehlakçıları, aztəminatlı təbəqələr və dövlət bundan fayda görmür. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalçıları vergidən azad olunduğundan, bəzi hallarda emalla məşğul olan sahibkarlar da istehsal təyinatı adı altında vergidən yayınmağa çalışırlar. 2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə edilmiş əlavə dəyişikliklərlə həmin məsələ ilə bağlı konkretlik təmin olunsa da, bəzi emalçılar yenə də sui-istifadəyə cəhd edirlər.

Bundan başqa, investisiya məqsədləri üçün tətbiq olunan vergi güzəştləri də təyinatı üzrə istifadə edilmir, investor həmin vəsaiti təkrar istehsal və iqtisadi layihələr üçün deyil, digər məqsədlərə yönəldir. Müşahidələr göstərir ki, bəzi hallarda güzəşt nəticəsində əldə edilən dövriyyə vəsaitinin təxminən 70%-i mənimsənilir və yalnız 30%-i təyinatı üzrə istifadə olunur.

Güzəştlərdən sui-istifadə hallarına sosial məqsədli vergilərdə də rast gəlinir. Vergi güzəştləri – məqsədlərinə görə həm də sosial xarakterlidir: vergi ödəyicilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Son illərdə tələbələrin, əlillərin və əhalinin digər aztəminatlı təbəqələrinin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğinin 2 dəfəyədək artırılması, 2016-cı il yanvarın 1-dən fiziki şəxslərin aylıq əməkhaqqından tutulan gəlir vergisi üzrə güzəştləri də qeyd etmək mümkündür. Ticarət, xidmət, ictimai iaşə və digər sahələrdə həmin kateqoriyadan olan şəxslərin adları rəsmiləşdirilir ki, bu da həm hüquqi, həm iqtisadi, həm də mənəvi cəhətdən yolverilməzdir. 2017-ci ildə vergi güzəşti və azadolmalarının strukturuna diqqət yetirsək, birinci yeri gəlir vergisinin tutduğunu görmək olar (ümumi azadolmaların 35%-i). Yaxud vergi güzəşti və azadolmalarından istifadə edənlərin 92,2%-ni fiziki şəxslərin təşkil etməsi qeyd olunan sahələrdə bu rəqəmin kifayət qədər böyüklüyündən xəbər verir və şübhələrə yol açır.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin güzəşt və azadolmaların həcmini müəyyən etmək məqsədilə apardığı monitorinqin nəticələri göstərir ki, itirilmiş vergi məbləğinin həcmi son 5 ildə 13 dəfədən çox artıb. Bu fakt bir daha güzəştlərdən bəzi hallarda məqsədsiz və ünvansız istifadə olunduğunu təsdiqləyir.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Güzəştlər ələbaxımlılıq və tənbəllik yaratmamalıdır

«İqtisadi resursların öyrənilməsi» İctimai Birliyinin rəhbəri Ruslan Atakişiyev hesab edir ki, vergi güzəştləri istehsal və xidmət sahələrinin genişləndirilməsi, yeni sahibkarlıq subyektləri  və iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Dövlət bu və ya digər sahənin dirçəldilməsinə kömək etmək, onun regional və beynəlxalq səviyyədə rəqabətədavamlı olmasını təmin etmək məqsədilə öz büdcə gəlirlərindən imtina edir. Bir çox ölkələrin təcrübəsindən də göründüyü kimi, vergi güzəşti və azadolmaları müəyyən dövr üçün həmin sahənin «ayağa qaldırılmasına» və inkişaf etdirilməsinə kömək məqsədilə verilir. Yəni bu güzəştlər əbədi deyil və müəssisənin normal gəlir əldə etmək imkanları yarandıqdan sonra dayandırılır. Ona görə də sahibkarlar güzəşt tətbiq olunduğu dövrdə yaradılmış bu fürsətdən sərfəli istifadə etməli, istehsal və xidmət sahələrini genişləndirməli, vergi güzəşti sayəsində əldə olunan vəsaitləri təkrar investisiya mənbəyi kimi istifadə etməlidirlər.

Təəssüf ki, bəzi üzdəniraq sahibkarlar güzəştləri həyat tərzinə çevirir və tənbəlləşir, vergi ödəmək vərdişindən uzaqlaşırlar. Vergi azadolmaları dövrü başa çatdıqdan sonra onlar vergi ödəməyi sanki ağır yük kimi qəbul edirlər, vergi intizamına əməl etməkdə çətinlik çəkirlər.

Dünya təcrübəsindən də göründüyü kimi, sahibkarlığı stimullaşdırmağın ən yaxşı vasitəsi vergi inzibatçılığının təkmilləşdirilməsi, optimal vergi mexanizminin yaradılmasıdır. Bu siyasət özünü daha yaxşı doğruldur və bütün sahibkarların fəaliyyəti üçün əlverişli və bərabər imkanlar yaradır.

Əsas hədəf vergi dərəcələrinin optimallaşdırılmasıdır

Vergi orqanları ilə bərabər digər iqtisadi strukturlar, maliyyə orqanları da ölkədə həyata keçirilən büdcə-fiskal siyasətin əsas hədəflərindən biri kimi iqtisadi səmərəlilik baxımından vergi-gömrük rejiminin təkmilləşdirilməsini məqsədəuyğun hesab edir. Maliyyə və İqtisadiyyat nazirliklərinin ölkəmizin 2018-2020-ci illərə dair hazırladıqları iqtisadi inkişaf proqnozlarında bəzi sahələrdə vergi və gömrük güzəştlərinə yenidən baxılması, güzəştlərin məhdudlaşdırılması, bir sıra sahələrdə vergi dərəcələrinin optimallaşdırılması, sadələşdirilməsi ilə əlaqədar istiqamətlər öz əksini tapıb. Hökumət müasir mərhələdə vergi güzəştlərinin əsas etibarilə kiçik və orta sahibkarlığın həvəsləndirilməsinə və fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət etməli olduğunu vacib sayır. Proqnozlara görə, həmin hədəflərin gerçəkləşdirilməsi sahibkarlığın inkişafına əlavə təkan verəcək.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nurgun Holding’də vakansiya

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Nurgun HoldingMaliyyə  meneceri

Əmək haqqı: 600 Azn

Tələblər:

• Ali təhsil (maliyyə, iqtisadi)
• Beynəlxalq Maliyyə Standartları üzrə biliklər;
• Kompüter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C mühasibatlıq);
• Maliyyə sahəsi üzrə analitik biliklər;
• İş təcrübəsi;
• Yaş həddi:  25– 35.

Həmçinin bax: 500 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

Vəzifə öhdəlikləri:

• Şirкətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
• Mal realizəsinin pul istifadəsi planının hazırlanmasında iştirak;
• Mənfəətin illik, rüblük planlarının və rentabellik göstəricilərinin müəyyən edilməsi;
• Dövriyyə vəsaitlərinin elementlər üzrə ehtiyaclarının müəyyən edilməsində iştirak və dövriyyə vəsaitlərinin normativlərinin hesablanması;
• Mаliyyə аnаlizi məlumаtlаrının dəqiqliyinin təmini, оnlаrın nоrmаtiv və büdcə göstəricilərindən аyrılmаlаrının izаhı, həmçinin vахtı-vахtındа şirкət rəhbərliyini əhəmiyyətli кənаr çıхmаlаr bаrədə məlumаtlаndırmаq
• Rüblük maliyyə göstəricilərinin aylar üzrə bölüşdürülməsi;
• Növbəti ay və ay daxili dövrlər üçün səyyar maliyyə planlarının hazırlanması;
• Normativdən artıq ehtiyatların toplanmasının qarşısını almaq məqsədi ilə mal-material dəyərlərinin gətirilməsinə nəzarət edilməsi;
• Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Digər məlumatlar:

• yüksək karyera imkanları;
• iş saatları: 09:00-dan 18:00-dək;
• 5 günlük iş qrafiki;

Qeyd: Vakansiya Xanım namizədlər üçün nəzərdə tutulmuşdur.

Email : hr@nurgün.az /

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
 

Azərbaycanın gömrük sistemində yeni pilot layihənin tətbiqinə başlanılıb

posted in: Xəbər | 0

gömrükDövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Qoşatəpə Gömrük Postuna mediatur təşkil olunub.

Mediatur zamanı jurnalistləri Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji innovasiyalar idarəsinin rəisi gömrük xidməti polkovniki Azər Abbasov məlumatlandırıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

O, təmsil etdiyi qurumun ilk dəfə bu gömrük postunda tətbiq etdiyi pilot layihə barədə danışıb: “Layihə “1 inspektor – 1 nəqliyyat vasitəsi” adlanır. Bütün mal və müşayiət sənədləri bir pəncərədən inspektora təhvil verilir və o inspektor bütün prosedurları axıra qədər aparır. Bunlar sənədləriə baxış, nəqliyyat vasitələrinin, malların, yol vəsiqələrinin və icarə blankının qeydiyyatıdır. Əgər əvvəllər bu mərhələləri 15 dəqiqəyə keçmək olurdusa, hazırda 11 dəqiqədir. Əgər bu layihə müsbət nəticə verərsə, bütün sərhəd-buraxılış məntəqələrində tətbiq ediləcək. Bu da nəqliyyat vasitələrinin, malların və sərnişinlərin sürətli keçidini təmin edəcək”.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.