1C üzrə mühasib-operator tələb olunur

posted in: 1C, İş elanı, muhasibat, Xəbər | 0

1CVəzifə: 1C 8.3 üzrə mühasib operator

Şirkət: Dəvəli ASC

İş barədə məlumat:

  • Mühasibat 1C proqramını bilmək və hesabatların 1C-də aparılması
  • E-qaimə və E-faktura tərtib olunması və göndərilməsi
  • Vergi, DSMF, Statistika aylıq illik rüblük hesabatların hazırlanması
  • Mal materiallların uçotunun aparılması
  • Balansın çıxarılması
  • Əmək haqqı və məzuniyyətlərin hesablanması
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İş qrafiki:

  • 6 gün: 09:00-18:00
  • İstirahət günü: Bazar

Tələblər:

  • Ali təhsil
  • Mühasib kimi ən az 2 il təcrübə
  • Kompüterlə işləmə bacarığı, MC office və 1C
  • İşdə dəqiqlik

Əmək haqqı: İlkin 600 azndən başlayaraq. İşin aparılma bacarığından asılı olaraq artım olacaq.

Telefon: (012) 430-83-52 / (050) 295-370-67

Əlaqədar şəxs: Kəmalə xanım

Həmçinin bax: Gilan Holding təcrübə proqramı elan edir


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“ASAN İmza” xidmətinin abunə haqqının artırılması etirazla qarşılanıb

posted in: Xəbər | 0

Asan İmzaAçıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması “ASAN İmza” xidmətinin abunə haqqının artırılması ilə bağlı bəyanat verib.

“ASAN İmza”nın operatoru “Best Solutions”   MMC və üç mobil operator bu xidmət  üzrə aylıq abunə haqqının 2.5 dəfə artırıldığını açıqlayıb.

Avqustun 15-dən etibarən “Asan İmza” xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları əməkdaşları olan abunəçilər üçün hər faktura dövrünə görə abunə haqqı ƏDV daxil 2.50 manat məbləğində təyin edilib. Hazırda aylıq abunə haqqı 1 AZN təşkil edir: “Aylıq abunə haqqının artırılmasını   mobil operatorlar “Asan İmza” xidmətinin birbaşa təminatçısı   “Best Solutions” MMC-nin təklifi ilə baş verdiyini açıqlayıb. “Best Solutions” MMC isə bu təklifini xidmətin maya dəyərini təşkil edən zəruri xərclərin əhəmiyyətli artmasıyla izah edib.

Həmçinin bax: “Asan İmza” nömrəsinin aylıq abunə haqqı artırıldı

“ASAN İmza”  dövlət layihəsidir. Bu xidmət Vergilər Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) “Best Solutions” şirkətinin mobil operatorlarla birgə əməkdaşlığı ilə yaradılıb. Bu dövlət qurumları qiymət artımından məlumatsız və prosesdən xəbərsiz olduqlarını bildirblər. Buradan belə qənaətə gəlmək olur ki, kifayət qədər ictimai əhəmiyyət kəsb edən, kütləvi xarakterli bir xidmətin qiymətinin artırılması yalnız “Best Solutions” MMC-nin təkidi, mobil operatorların razılığı ilə həyata keçirilib. Nəzərə almaq lazımdır ki, mobil “ASAN imza   xidməti ölkədə yalnız bir qurum tərəfindən təklif olunur.  Bu sahədə rəqabət yoxdur. Məhz bu səbəbdən hər üç mobil operator da qiymətləri eyni anda qaldırdıqlarını bildiriblər”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Platforma bəyan edir ki, “ASAN imza” operatorunun qiymət artımı ilə bağlı irəli sürdüyü arqumentlərin heç bir əsası yoxdur: “Bu xidmətlərin hazırlanması və istismarı üçün hökumət tərəfindən də xeyli vəsait ödənilib. İlkin dövrlərdə yalnız “Azercell”  şirkəti ilə birgə istifadəyə verilən xidmət üçün kifayət qədər yüksək abunə haqları müəyyən edilib və çəkilən xərclərin ödənilməsi üçün hökumət tərəfindən yetərli imkanlar yaradılıb. Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması hesab edir ki,  minlərlə hüquqi və fiziki şəxslərin mənafeyinə toxunan, dövlət layihəsi çərçivəsində yaradılan bir ictimai xidmətin  haqqının kəskin artması ilə bağlı bu cür açıqlama yetərli ola bilməz. Bu cür qərarın verilməsinin bir cümlə izah edilməsinə cəhd göstərilməsi, ətraflı məlumat açıqlanmaması yolverilməzdir. Mütəxəssislərin və ekspertlərin rəyləri də göstərir ki, artıq qurulmuş və işə salınmış bir platformada bu tip xidmətlərin göstərilməsi hər hansı əlavə xərclər yaratmır. Platforma bəyan edir ki, əsassız formada qaldırılan aylıq abunə haqları ölkədə elektron hökumət quruculuğunun, elektron xidmətlərin inkişafına mənfi təsir göstərir, vətəndaşların elektron mühitə marağının azalmasına gətirib çıxarır. Platforma yuxarıda qeyd olunanları nəzərə alaraq, bu məsələyə müvafiq dövlət orqanlarının münasibət bildirməsini, abunə haqlarının artırılması prosesinin dərhal dayandırılmasını vacib hesab edir. Platforma müvafiq dövlət orqanlarını bu məsələnin araşdırılmasına, qanunvericilik çərçivəsində, ictimai maraqlar əsas götürülməklə tədbirlər görülməsinə çağırır. Platforma hesab edir ki, adı çəkilən xidmətin ictimai əhəmiyyət kəsb etməsi, hələlik bu sahədə rəqabətsiz mühitin mövcudluğunu, dövlət  layihəsi olması, minlərlə sahibkarın və dövlət qurumlarının bu imzadan istifadə etməsi nəzərə alınaraq, “ASAN İmza” xidmətlərindən istifadə ilə bağlı tariflər, digər məsələlər hökumət tərəfindən müəyyən olunmalıdır”.

Mənbə: apa.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gilan Holding təcrübə proqramı elan edir

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

təcrübə proqramıVəzifə: Maliyyə Departamentində Təcrübəçi

Kateqoriya: Maliyyə

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: İş təcrübəsi tələb olunmur

İş yeri: Azərbaycan / Bakı

Təhsil: Bakalavr

Dillər:

Azərbaycan: Ana dili

İngilis: Əla

Rus: Əla

Həmçinin bax: Vergilər üzrə 2500 manat məvaciblə mühasib tələb olunur

Öhdəliklər:

  • Biznes vahidlərindən aylıq maliyyə hesabatlarının toplanması və hesablanması;
  • Holding üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında köməkliyin göstərilməsi;
  • Tələb olunduğu halda maliyyə təhlili və digər maliyyə layihələri ilə bağlı rəhbərliyə köməkliyin göstərilməsi;
  • Maliyyə təhlili və biznes vahidləri hesabat imkanlarını artırmaq üçün bölmə rəhbərliyi ilə sıx əməkdaşlığın qurulması;
  • Hesabat üzrə Aparıcı Mütəxəssislər və Maliyyə Menecerləri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizəddə tələblər:

  • Maliyyə ixtisaslı 4 illik ali təhsilli tələbələr və ya ali təhsilini bitirmiş şəxslər
  • Yüksək səviyyədə Azərbaycan və ingilis dilləri biliyi
  • MS ofis proqramlarının istifadəçisi
  • ACCA F2,F3 və ya CIMA C01, C02 və yaxud CFA (1-ci dərəcə) arzuolunandır
  • Qısa müddətdə öyrənmək bacarığı
Həmçinin bax: 2000 manat məvaciblə Baş mühasib axtarılır

Sön müraciət tarixi: 20.08.2018

Mənbə: gilanholding.com

Müraciət etmək üçün bu linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

İşçiyə borc verilən zaman vergi yaranırmı?

posted in: Vergi, Xəbər | 0

borc

Sual: Müəssisə öz işçisinə borc verirsə, vergi qanunvericiliyi bu məsələyə necə yanaşır?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, işçiyə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq muzdlu işdən gəlir kimi gəlir vergisinə cəlb olunmalıdır.

Mənbə: taxes.gov.az

Həmçinin oxu: Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.