1 xarici şirkət Azərbaycandan getdi

posted in: Vergi, Xəbər | 0

şirkət“Chemonics International INC.” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1303677671) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, ev 8, mənzil 105 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xaricdə qazandığımız pullardan Vergilər Nazirliyinin xəbəri olacaq

posted in: Vergi, Xəbər | 0

pul“Azərbaycan tərəfdaş ölkələrə emal olunmuş maliyyə məlumatlarını bu ilin sentyabrında təqdim edəcək”.

Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov Tbilisidə vergilər sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş regional forumda çıxışında deyib.

O bildirib ki, Maliyyə Nazirliyi 2017-ci ilin iyununda maliyyə hesabatları barədə  məlumatların avtomatik mübadiləsi barədə deklarasiya imzalayıb: “Sənədin imzalanmasından sonra bir il ərzində maliyyə məlumatları ilə mübadilənin aktivləşdirilməsi istiqamətində lazımı mərhələlərdən keçilib. Prosedurları başa çatdırmaq və məlumat mübadiləsinin 2019-cu ildə həyata keçirilməsi imkanı olsa da, mübadilə artıq 2018-ci ilin sentyabrında həyata keçiriləcək”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycan yalnız ABŞ-la maliyyə məlumatlarının avtomatik mübadiləsi həyata keçirilir və bu sahədə müsbət nəticələr əldə olunub.

S. Ələkbərov vurğulayıb ki, bir ölkə rezidentləri tərəfindən digər ölkə ərazisində əldə etdiyi bütün növ gəlirlər barədə avtomatik mübadilə üzrə yeni standartların hazırlanması barədə düşünmək zamanı yetişib: “Bu, dövlət tərəfindən idarə olunan ərazilərdə qeyri-qanuni gəlirlərin əldə olunmasının qarşısını ala bilər”.

Qeyd edək ki, ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard – CRS) vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanması və həmin şəxslərin rezident olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standart 2014-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanıb.

Maliyyə məlumatlarının mübadiləsi Avropa Şurası və OECD-nin “Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında” çoxtərəfli Konvensiya əsasında aparılır. Azərbaycan bu Konvensiyanı 2003-cü ildə, ona düzəlişlər edilməsi haqqında Protokolu isə 2014-cü ildə imzalayıb. Konvensiya 105 ölkə ilə vergi məqsədləri üçün məlumat mübadiləsinin aparılmasına imkan verir.

Konvensiyanın 6-cı maddəsi avtomatik məlumat mübadiləsinin aparılmasını, yəni vergi ili bitdikdən sonra konvensiyanın üzvü olan bir dövlət tərəfindən digər üzv dövlətin fiziki və hüquqi şəxslərinin həmin dövlətdəki maliyyə institutlarında olan hesabları və əməliyyatları haqqında məlumatların ümumiləşdirilərək digər dövlətə göndərilməsini nəzərdə tutur.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

500 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasibİşəgötürən: Piramida – F.R

Vəzifə: Mühasib

Əmək haqqı: 500 AZN

İş qrafiki: 9.00-18.00 (həftədə 5 gün)

Cins: Qadın

Yaş: 35-dən artıq

Dil bilikləri: Rus və Azərbaycan dilləri əla səviyyədə

Təcrübə: 5 ildən az olmayaraq

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İş barədə:

  • Müqavilələrin yoxlanılması;
  • Məktubların yazılması;
  • Müəssisə daxili mühasib uçotu;
  • Kompüter proqramlarını bilməli;
  • Azərbaycan və rus dilində məktubların düzgün yazılması.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri-hökümət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

maliyyə hesabatıAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 301
Bakı şəhəri, 13 iyul 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyrihökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1076; 2010, № 6, maddə 548; 2013, № 6, maddə 771; 2014, № 6, maddə 740; 2015, № 1, maddə 68; 2016, № 4, maddə 794) ilə təsdiq edilmiş “Qeyrihökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 2 nömrəli əlavəsi – “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”a aşağıdakı məzmunda 2.8-1-ci bənd əlavə edilsin:

2.8-1. Xaricdən maliyyələşdirilən elmi tədqiqat işləri üzrə xərclər

Azərbaycan Respublikasının
Baş naziri                                       Novruz Məmmədov


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.