Vergi bəyannaməsinin formaları sadələşdiriləcək

posted in: Vergi, Xəbər | 0
Vergi bəyannaməsinin formalarıYeni dəyişikliklərlə əlaqədar vergi bəyannaməsinin formalarının tərtibi vergiödəyiciləri üçün çətinlik yaratmayacaq, əksinə, tərtibedilməni sadələşdirəcək.
Bunu nazirliyin Vergi risklərinin təhlili və nəzarət departamentinin bəyannamələr idarəsinin direktoru Vüqar Əliyev deyib.
Həmçinin oxu: Vergi bəyannamələrinə dəyişikliklər nədən ibarətdir?
O, vurğulayıb ki, əsas məsələlərdən biri bəyannamələrin asan və informativ, məlumatlarla zəngin olması və vergi ödəyiciləri ilə lüzumsuz yazışmaların aradan qaldırılmasıdır. “Bundan sonra bəyannamələr elə formada tərtib olunacaq ki, vergi ödəyiciləri əməliyyatlarının vergidən azad olunan, güzəşt edilən və digər məsələlərlə bağlı məlumatları, Vergi Məcəlləsi ilə yanaşı, bəyannamə vasitəsilə də ayırd edə biləcək və bu hal gələcəkdə vergiödəyicisini vergi təqibinə məruz qalmaqdan azad edəcək”, -deyə V.Əliyev qeyd edib.
Mənbə: azertag.az

Bank of Baku’da Yay Təcrübə Proqramı

posted in: Xəbər | 0

TəcrübəBank of Baku böyük məmnuniyyət hissi ilə 2018-ci il üzrə Yay Təcrübə Proqramını açıq elan edir!

Aşağıda göstərilən istiqamətlər üzrə təhsil alan və ya məzun olmuş və gələcəkdə bu istiqamətlərdən hər hansı biri üzrə karyera qurmaq niyyətində olan şəxslər proqrama müraciət edə bilərlər:

  • Müştərilərə xidmət və kredit əməliyyatları;
  • Məlumat mərkəzi və kommunikasiya;
  • Biznesin inkişafı, partnyorluq və layihələr;
  • İnsan resurslarının idarə edilməsi;
  • Risklərin idarə edilməsi;
  • İnformasiya texnologiyaları.
Həmçinin bax: Bank Respublika’da “Yay Təcrübə Proqramı”
Kimlər müraciət edə bilər?
  • Ali məktəbi bu il bitirən, hal-hazırda magistraturada təhsil alan və ya məzun olmuş şəxslər;
  • Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyəti bacarığı olanlar (Rus dili arzuolunandır);
  • MS Office proqramları ilə işləmək bacarığı olanlar;
  • Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər;
  • Öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan şəxslər.
Təcrübə proqramının şərtləri
  • Müddət: 1-3 ay
  • Təcrübə vaxtı: 5 iş günü, 09.00-18.00
  • Təcrübə yeri: Baş Ofis və filiallar
  • Müraciət üçün son tarix: 20/06/2018
Həmçinin bax: Mühasibat uçotu üzrə “Yay təcrübə proqramı”

Yuxarıdakı tələblərə uyğun namizədlər “Müraciət et” düyməsindən istifadə edərək CV formamızı doldura və ya öz CV-lərini " target="_blank" rel="noopener"> ünvanına göndərə bilərlər. Məktubun mövzu (subject) hissəsində Təcrübə proqramı sözünü qeyd etməyi unutmayın! Əks halda namizədləyiniz bu sahələr üzrə dəyərləndirilməyəcəkdir. Yalnız ilkin seçimdən keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır.

Mənbə: www.bankofbaku.com

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ezamiyyə ilə bağlı Vergilər Nazirliyindən izahlı məlumat

posted in: Xəbər | 0

EzamiyyəSual. Xaricə ezamiyyə ilə bağlı sualımız var idi. Bizim şirkət MMC-dir. Şirkətin Direktoru ilə Müşahidə Şurasının sədri Qazaxıstanın paytaxtı Astana şəhərinə xidməti ezamiyyətə getmək istəyirlər. Qaydalara görə Astana şəhərinə 1 nəfər üçün 1 günlük norma 200 USD təşkil edir. Sizdən bununla bağlı aşağıdakı sualların cavablandırılmasına köməklik etməyinizi xahiş edirik:

Həmçinin bax: Ezamiyyət nədir və işçilərin ezamiyyət qaydaları.
  1. Müşahidə şurasının sədri şirkətin əmək müqaviləsi ilə işçisi deyilsə, vergi məqsədləri üçün gəlirdən çıxılmasına görə ona 1 günlük norma şamil edilə bilər? Əgər edilmirsə onun xərcini şirkət adından direktor ödəsə xalis mənfəətdən çıxıla bilər? Bunun üçün sənədlə necə rəsmiləşmə aparılmalıdır?
  2. AR Maliyyə Nazirliyinin 18.01.2012 tarixli Q-01 №-li qərarında yazılıb ki, nəqliyyat xərcləri təsdiqedici sənədlər əsasında ödənilir. Buradan belə çıxır ki, 1 günlük normanın digər xərcləri üçün işçidən sənəd tələb etməyə ehtiyac yoxdur?
  3. Qaydalarda yazılıb ki, xarici ezamiyyə xərclərinin 1 günlük normasının 40%-ni gündəlik yemək xərcləri təşkil edir. Məsələn, işçi 40 % deyil normanın 30%-ni və ya 50%-ni yeməyə xərcləsə, hər iki halda digər xərclər üçün bölgü necə olacaq?
  4. Təyyarə bileti normadan kənar ödənildiyinə görə vergi məqsədləri üçün gəlirdən çıxılması üçün bilet xərcinin ekonom və ya biznes klass olmasının fərqi var?
Həmçinin bax: Ezamiyyətdəki mehmanxana xərci necə rəsmiləşdirilməlidir?

Cavab: Bildiririk ki, Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “İşçilərin ezamiyyə Qaydaları”na əsasən ezamiyyə haqqı əmək müqaviləsinə əsasən işləyən muzdlu işçiyə ödənilir. Odur ki, müşahidə şurasının sədri hüquqi şəxsin işçisi sayılmadığından bu qaydalar və Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı ona şamil edilmir. Bu halda hüquqi şəxs tərəfindən müşahidə şurasının sədrinin xərclərinin ödənilməsi sərbəst mənfəəti hesabına maliyyələşdirilə bilər. Eyni zamanda bildiririk ki, faktiki ezamiyyə xərclərinin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində olan hissəsi (əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği daxil olmaqla) mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Bununla yanaşı, ezamiyyətə göndərilən işçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda isə, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir. Ezamiyyə xərclərinin norması və verilməsi qaydası barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Həmçinin bax: Respublika ərazisi daxilində ezamiyyələr

Bax: Vergi Məcəlləsinin 98.3-cü və 109.7-ci maddələri, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”.

Həmçinin bax: Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xarici borclara görə dünya ölkələrinin reytinqi

posted in: Məqalə, Xəbər | 0

Dünya bank sistemində çalışan ekspertlər hər il bütün dünya ölkələri üzrə xarici borcların qaytarılması perspektivini hesablayırlar. Həm də onların fəaliyyəti daxilində xarici borc üçün reytinq cədvəllərinin tərtibi, bu cür borc faizinin nominal ÜDM-ə nisbəti də hesablanır. 2018-ci ildə ən az xarici borcu olan ölkələrin ilk onluğu tərtib edilib:

Həmçinin bax: Bir iş saatına görə ən çox ödəniş edən ölkələrin reytinqi.

 

Ölkənin adı Xarici borc (mln. dollar) Xarici borc ÜDM-ə nisbətdə (%)
Bruney sultanlığı 0 0
Макао 0 0
Palau Respublikası 0 0
Ekvatorial Qvineya 174 1
Əlcəzair 3 389 2
İran 15 640 4
Nigeriya 15 730 5
Fici 127 5
Haiti 428 7
Аzərbaycan 6 059 8,2

Belə bir reytinq cədvəli ən böyük xarici borcu olan ölkələr üzrə də tərtib edilib. Lakin, həmin cədvəl 2017-ci ilin göstəricilərinə əsasən tərtib olunub:

Ölkənin adı Xarici borc (mln. dollar) ÜDM-ə nisbətdə (%)
ABŞ 16 trilyon 893 mlrd 000 101
Böyük Pritaniya 9 836 000 396
Almaniya 5 624 000 159
Fransa 5 633 000 188
Niderland 3 733 000 309
Yaponiya 2 719 000 46
İspaniya 2 570 000 165
İtaliya 2 684 000 101
İrlandiya 2 357 000 1060
Lüksemburq 2 146 000 3411

Cədvəllərin təhlilindən belə nəticə çıxarmaq olar ki, xarici borcu olmayan ölkələrin sayı cəmi üçdür, Digər ölkələrin isə demək olar ki, bütün dünyaya borcu var.

Həmçinin bax: İllik əmək haqqı üzrə ölkələrin reytinqi.

Elə ölkələr də vardır ki, eyni zamanda bir-birlərindən həm borc alıblar, həm də borc veriblər. Bəs, niyə bu cür ölkələr öz aralarında maliyyə borclarını həyata keçirmirlər? Bax, burada məsələ təkcə qarşılıqlı siyasi əlaqələrdən asılı deyil, həm də kredit şərtlərindən, borcun qaytarılma müddətindən, faizlərdən, ödənişlərdən və digər şərtlərdən asılıdır. Borcların bu cür qarşılıqlı silinməsi, yəni sıfırlanması dövlətin maliyyə şirkətlərinin vəsaitlərinin dövriyyəsinə ciddi təsir göstərə bilər. Belə bir vəziyyət isə öz növbəsində hər iki dövlətin iqtisadiyyatını böhrana gətirib çıxara bilər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.