Böyük Britaniyada vergi islahatları

posted in: Vergi, Xəbər | 0

vergi islahatlarıHökumət ştatdankənar işlərə aid qaydaların (IR35) təkmilləşdirilməsi ilə bağlı ictimaiyyətlə məsləhətləşməyə başlamışdır. Bu addımın atılmasında əsas məqsəd öz şirkətləri vasitəsilə işləyən podratçıların vergiləri düzgün ödəməsinə təminat yaratmaqdır.

Payızda təsdiqlənmiş büdcədə bildirilmişdi ki, ictimai məsləhətləşmənin gedişində uçotu aparılmayan zəhmət haqqı ilə bağlı mövcud qaydalara riayətetmə səviyyəsinin yüksəldilməsi nəzərə alınacaq. Bu qaydalara əsasən, informasiya texnologiyaları və idarəetmə üzrə məsləhətçilər kimi öz şirkətlərində işləyən podratçıları faktiki olaraq üçüncü tərəf işə cəlb edir və onlar əməkdaş qismində vergi ödəyirlər.

Əldə olan məlumatlara əsasən, özünüməşğul vergi ödəyiciləri vergi ödənilməsi qaydalarının düzgün istifafə olunmaması ucbatından, 2003-cü ilə qədər 21,2 milyard funt sterlinqə qədər vəsait itirə bilərlər. Komissiya qaydaları təkmilləşdirmək imkanlarına baxacaq.

Xəzinədarlığın maliyyə katibi Mel Strayd demişdir: “İnkişaf edən iqtisadiyyatımıza öz töhfələrini verən podratçıların bütün sektorlarda böyük iş gördüklərini etiraf etmək çox mühümdür. Bizim ədalətli vergi sistemimiz var, bu sistem vergi ödəyiciləri üçün vergilərin ödənilməsində bərabər səmərəliliyi və sadəliyi təmin edir, eləcə də bizim üçün həyati əhəmiyyət daşıyan ictimai xidmətləri dəstəkləyir. Buna görə də biz ictimaiyyətlə məsləhətləşmələr aparır və geniş spektrli fikirlərin irəli sürülməsini alqışlayırıq. Bu, vergi qanunvericiliyin pozulmasına qarşı mübarizənin necə aparldığını təsdiqləyir”

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət orqanı tərəfindən verilən ən qısa cavab

posted in: Xəbər | 0

cavab

 

Sual: Daimi iş yerim yoxdur, mən özüm hər ay DSMF-yə pul köçürə bilərəmmi? Əgər bu mümkündürsə, aylıq qazancımın hansı hissəsini keçirməliyəm və neçə il ərzində? Misal üçün aylıq qazancım 500 AZN təşkil edir və mən istəyərdim ki, pensiyaya çıxdığım zaman pensiyam 300 AZN təşkil etsin. Hal-hazırda 32 yaşım var.

Cavab: Yox

Mənbə: www.soft.sspf.gov.az

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Qoç Ət” MMC mühasib-operator axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Qoç Ət” Qoç Ət ” MMC mühasib-operator axtarır

Tələblər:

– Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi olmalı
– 1 C,Akinsoft proqramlarından hər hansı birində işləməyi bacarmalı
– Ofis proqamlarını bilməli-MS office (Word,Excel,Outlook)
– Problem həll etmək bacarığına malik
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Ünsiyyət qurma və komandada işləmək bacarığı
– Analitik təhlil və operativlik bacarığı

Həmçinin bax: Baş mühasib tələb olunur.

Vəzifələr:

– Müdriyyət tərəfindən verilən tapşırıqları dəqiq və cəld yerinə yetirmək.
-Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır.
-Əmək və nizam-intizam qaydalarına riayət etməlidir.

İş şəraiti:

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-Həftədə 6 iş günü ( 9:00-18:30)
-Nahar şirkət tərəfindən verilir.

Qrafik: Tam iş günü

Əlaqələndirici şəxs: Həsənov Rəşad Mahir / +994(50) 200-04-95

Əmək haqqı: 300-500 AZN

Həmçinin bax: Ticarət mərkəzinə Mühasib köməkçisi tələb olunur
Mənbə: rabota.az

Həyatın yığım sığortası barədə bilmədiklərimiz

posted in: Xəbər | 0

Həyatın yığım sığortası Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdikdə sığortaolunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortaolunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğ fiziki şəxslərin gəlir vergisindən azaddır.

Bu sığorta insanları ölüm, müəyyən yaşa çatma, ailə başçısının və əmək qabiliyyətinin itirilməsinə görə gəlirlərin azalması və s. kimi hallardan sığortalayaraq, həmin hallar baş verən zaman maliyyə vəsaiti ilə təmin edir. Yığım tərkibli həyat sığortasının özəlliyi bundadır ki, o, təkcə həyatımızı sığortalamır, həmçinin bəzi vergi güzəştlərindən və yığılmış vəsaitlərin investisiya faizlərindən gəlir əldə etməyə şərait yaradır. Həyatın yığım sığortası – bank depozitlərinə yaxşı alternativdir. Mövzunu «AtaSığorta»nın idarə heyətinin sədri Müseyib Əliyev şərh edir.

Həmçinin oxu: Həyatın yığım sığortasına qoşulan işçinin əmək haqqısının hansı hissəsi xərcə silinə bilər?

Azərbaycanda həyat sığortası xidmətləri ölkənin sığorta bazarının yeni bir sahəsi kimi xarakterizə olunur. Həyatın yığım sığortası sığorta olunanın müqavilə müddətinin sonuna qədər yaşaması və ya bu müddət ərzində ölməsi halında müqavilədə nəzərdə tutulmuş məbləğin sığorta şirkəti tərəfindən sığorta olunana ödənilməsini nəzərdə tutur. Müqavilə müvafiq lisenziyaya malik həyat sığortası şirkəti ilə, əsasən, işəgötürənlə əmək müqaviləsi əsasında işləyən şəxslər arasında bağlanılır. Adətən, həyat sığortası üzrə müqavilə iki yolla bağlanılır. Birinci halda istənilən müəssisə, idarə və təşkilatda çalışan şəxs sığorta şirkətinə birbaşa müraciət edərək həyatın yığım sığortası üzrə müqavilə bağlayır. Bu müqavilə ikitərəfli qaydada (sığortaçı ilə sığortalı arasında) bağlanılır. Həmin müqaviləni işçi işəgötürənə təqdim edir və təşkilat hər ay müqavilədə qeyd olunan məbləği işçinin əməkhaqqından çıxır və göstərilmiş məbləğə uyğun gəlir vergisi və məcburi dövlət sosial sığorta haqlarını həmin məbləğə əlavə edərək həmin sığorta şirkətinin hesabına köçürür. İkinci halda isə müqavilə üçtərəfli qaydada (sığorta şirkəti, işəgötürən və sığorta olunan arasında) bağlanılır.

Bu sığorta məhsulunun əhəmiyyəti, ilk növbədə, əmək müqavilələrinin rəsmiləşdirilməsi, əmək müqavilələrinin (kontraktının) bağlanmasının zəruriliyi və tətbiq edilən vergilərin, məcburi dövlət sosial sığorta haqlarının işçilərin xeyrinə işlədiyi barədə onları maarifləndirməkdir. Bu sığorta növünün tətbiqi ilə əmək müqaviləsinin bağlanmasında və gəlirlərinin rəsmiləşdirilməsində işçinin marağı əhəmiyyətli dərəcədə artır. Vətəndaş anlayır ki, onun gəlirləri rəsmiləşərsə, dövlətin bu sahədə tətbiq etdiyi vergi və digər güzəştlərdən istifadə imkanı olacaq və daha çox gəlir əldə edəcəkdir. Əsas üstünlüklərdən biri də işçilərin müqavilədə göstərilmiş məbləğ üzrə məcburi dövlət sosial sığorta haqlarından və vergidən azad olunmasının onların iş yerində qalmasına stimul verməsidir. Bundan başqa, bu sığorta növü təkcə yığım xarakteri daşımır, həm də ölüm riskindən sığortalayır. Qanunvericiliyə uyğun olaraq  həyatın yığım sığortası üzrə şəxs iki sığorta riskindən (ölüm və müəyyən yaşa, müddətə qədər yaşamaq) sığortalanır. Minimum 3 illik bağlanılan həyatın yığım sığortası müqavilələrində qanunvericiliklə vergi və məcburi dövlət sosial sığorta haqları üzrə güzəştlər nəzərdə tutulduğundan, bu sığorta növü üzrə müqavilələr adətən 3 illik və əmək münasibətlərində olan şəxslər tərəfindən bağlanılır.

Vergi Məcəlləsinin 116.2-ci maddəsinə əsasən, fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.

İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.