Minimum tələblə və 1 il iş təcrübəsi olan Xəzinədar axtarılır

Xəzinədarİşəgötürən: Aztech and Tegeta Motors MMC
Vəzifə: Xəzinədar

Namizədə tələblər

• Ali (iqtisad, riyaziyyat)
• Yaş: 23-30
• İş təcrübəsi : 1 il
• Ofis proqramları, 1C
• Azərərbaycan dili, rus və ya ingilis arzu olunandır
• Analitik düşüncəyə malik, yüksək diqqətli, səbirli

Həmçinin baxın: Sumqayıt Texnologiyalar Parkı Baş mühasibin müavini axtarır.
Vəzifələr

• Müştərilərdən nəğd ödənişlərin alınması
• Ödəniş hesablarının tərtibi, gündəlik dövriyyə hesabatının rəhbərliyə təqdim edilməsi

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV  elektron ünvana təqdim edə bilərlər.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Daha 9 yerli şirkət ləğv edildi

posted in: Xəbər | 0

yerli şirkət

  • “TİBET SERVİS” MMC (VÖEN: 1100482971) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Alim Şəbiyev küçəsi, ev 17, mənzil 30 ünvanına bildirə bilərlər.
  • “POLAD SERVİS” MMC (VÖEN: 1100482711) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Alim Şəbiyev küçəsi, ev 17, mənzil 30 ünvanına bildirə bilərlər.
  • “SİMUS SERVİS” MMC (VÖEN: 1100482431) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Alim Şəbiyev küçəsi, ev 17, mənzil 30 ünvanına bildirə bilərlər.
  • “ARTEMİS” MMC (VÖEN: 1501800781) ) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 57, mənzil 5 ünvanına bildirə bilərlər.
Həmçinin oxu: 3 böyük xarici şirkət Azərbaycandan getdi.
  • “ADA” MMC (VÖEN: 1700442691) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Ə.Cavad küçəsi, ev 22, mənzil 66 ünvanına bildirə bilərlər.
  • “FORBOOM” MMC (VÖEN: 1701339551) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 18, mənzil 107 ünvanına bildirə bilərlər.
  • “XƏZƏR İXTİSASLAŞMIŞ HÖVZƏ QƏZA-XİLASETMƏ” ASC (VÖEN: 1700190811) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Sahil buxtası 3 ünvanına bildirə bilərlər.
  • “KƏPƏZ-M” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1003614621) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül şossesi, ev 3105 ünvanına bildirə bilərlər.
  • “EXPRESS ASSİST” MMC (VÖEN: 1303256191) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 55 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında razılaşma protokolu imzalandı

posted in: Vergi, Xəbər | 0

razılaşma protokoluVergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında imzalanan razılaşma protokoları ilə bağlı birgə press-reliz


13 iyun tarixində “17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika” və “8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgiləri çərçivəsində  Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  arasında iki razılaşma protokolu imzalanıb.

Vergilər naziri Mikayıl Cabbarov və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin imzaladığı protokollar avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar istisna olmaqla sərnişin və yük daşımaları sahəsində vergilərin yığılması və  mobil cihazların qeydiyyata alınması ilə bağlı əməkdaşlığı müəyyən edir.

Avtomobil nəqliyyatına aid razılaşma protokolunun imzalanmasında əsas məqsəd müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda vergilərin tam həcmdə və vaxtında yığılmasının təmin olunması sahəsində iki dövlət orqanı arasında əməkdaşlığın genişlərdirilməsidir.

Digər protokol isə fərdi qaydada və gömrük bəyannaməsini təqdim etmədən fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasını və bu prosesə birgə nəzarət mexanizmlərini, habelə bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini müəyyən edir.

Protokolların imzalanması mərasimində bildirilib ki, qeyd olunan sahələr üzrə birgə əməkdaşlıq səmərəliliyin artırılmasına xidmət edəcək.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərdən ödəmə mənbəyində vergi tutulurmu?

posted in: Vergi, Xəbər | 0
ödəmə mənbəyində vergiÖdəmə mənbəyində vergi

Banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərdən ödəmə mənbəyində vergi tutulurmu?

Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsəsən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən yeddi il müddətinə gəlir vergisindən azaddır.

Həmçinin oxu: İcarəyə götürülmüş bələdiyyə torpaqlarına görə ÖMV tutulurmu?

Qeyd olunanlara əsasən:

Yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə hesablanmış faizlərdən vergi tutulmur.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

Həmçinin oxu: Qeyri-rezidentə ödənişlər ödəmə mənbəyində hansı vergilərə cəlb olunur?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.