Azərbaycanda riskli vergi ödəyicilərinin sayı azalıb

posted in: Xəbər | 0

2024-cü idə Azərbaycanda riskli vergi ödəyiciləri siyahısına daxil edilmə halları 2023-cü illə müqayisədə 62 % azalaraq 2,4 minə düşüb

Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Bundan başqa, sənədə əsasən, ötən il 145,9 min vergi ödəyicisinin alış olmadan 263 min sayda 1 milyard 123,4 milyon manat məbləğində elektron qaimə-faktura təqdim etdiyi aşkar edilib. Əvvəlki il bunu etmiş vergi ödəyicilərinin sayı 187,7 min olub, 333,3 min sayda 1 milyard 330,5 milyon manat məbləğində elektron qaimə-faktura təqdim olunub.

Nəticədə bu əməliyyatlarda vergi ödəyicisi üzrə 22 %, elektron qaimə-faktura sayı üzrə 21 %, elektron qaimə-faktura məbləği üzrə isə 16 % azalma olub.

İdxal-ixrac əməliyyatları zamanı üstünlük əldə etmək məqsədilə müxtəlif yayınma sxemlərinin iştirakçısı olmaqla riskli əməliyyatlar aparan vergi ödəyiciləri barədə aparılan araşdırmalar nəticəsində Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən 37 vergi ödəyicisinin riskli hesab edilməsi barədə qərar çıxarılıb.

Bundan əlavə digər strukturlardan daxil olmuş riskli əməliyyatlar aparması ehtimal olunan 1 670 vergi ödəyicisinin fəaliyyətinə münasibət bildirilib, onlardan 1 572-si Nazirlər Kabinetinin meyarlarına əsasən riskli hesab edilmiş və barələrində qərar çıxarılıb.

Mənbə: report.az

Hansı hallarda işçinin orta əməkhaqqı saxlanılır?

Hansı hallarda işçinin orta əməkhaqqısı saxlanılır?

posted in: Xəbər | 0

Mövzunu insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova şərh edir.

Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir.

Aşağıdakı hallarda işçinin iş yeri və orta əməkhaqqı saxlanılır:

  • şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırıldıqda;
  • İctimai ittihamçı və müdafiəçi, ictimai təşkilatların və əmək kollektivlərinin, habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmək üçün cəlb edildikdə;
  • seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda;
  • müvafiq dövlət hakimiyyəti orqanlarının, ictimai təşkilatların keçirdiyi forumlarda, müşavirələrdə, iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən və ya onun razılığı ilə cəlb olunduqda;
  • kollektiv danışıqların aparılmasında, kollektiv müqavilələrin, sazişlərin hazırlanması və bağlanmasında iştirak etməyə, kollektiv əmək mübahisələrinin həlli üçün barışdırıcı, vasitəçi, arbitr və digər nümayəndə qismində cəlb edildikdə;
  • fərdi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etdikdə;
  • mülkiyyətçinin maraqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəmələrdə iqtisadi mübahisələrin həllində iştirak etmək üçün cəlb olunduqda;
  • hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda;
  • hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda;
  • işəgötürən tərəfindən istehsalatdan tam və ya qismən ayrılmaqla əlavə təhsil müəssisələrinə göndərildikdə;
  • yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə;
  • müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelərini müdafiə etmək və işəgötürəni təmsil etmək zəruriyyəti ilə bağlı iş yerindən kənara göndərildikdə;
  • kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda;
  • donor kimi tibbi müayinədən keçdikdə, qan və qan komponentləri verdikdə;
  • tibbi müayinədən keçən zaman tibb müəssisəsində olduqları vaxt ərzində;
  • öz ixtiralarını və səmərələşdirmə təkliflərini əsas iş yerindən kənarda tətbiqi işlərində iştirak etdikdə;
  • bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən müəyyən edilən digər hallarda;
  • hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə.

Əmək Məcəlləsinin 224-cü maddəsinə əsasən, əsasən işçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə mənbəyi olan işə qəbul edilərkən belə xəstəliyə tutulmağın ehtimal olunan müddəti barədə işəgötürən onu hökmən xəbərdar etməlidir. Bu halda yalnız həmin müddətlə məhdudlaşan müddətli əmək müqaviləsi bağlanmalı və onun müddəti bitdikdən sonra işçiyə əvvəlki orta əməkhaqqı saxlanılmaq şərtilə başqa iş verməlidir.

Əmək Məcəlləsinin 230-cu maddəsində isə göstərilib ki, işçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə onların iş yeri, vəzifəsi (peşəsi) və orta əməkhaqqı saxlanılır.

Eləcə də yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda, hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əməkhaqqı saxlanılır.

Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Misal: İşçi müəssisədə anbardar vəzifəsində çalışır. Mart ayında 10 günlük hərbi toplanışa çağırılıb. Bu halda həmin günlər üçün onun orta əməkhaqqını hesablamaq üçün əvvəlki 2 ayda gəlirlərini iş günlərinin sayına bölməklə hesablamaq lazımdır. Tutaq ki, fevral ayında 20 iş günü və 500 manat gəliri, yanvar ayında isə 18 iş günü və 500 manat gəliri olub. Bu şərtlərlə hesablama aşağıdakı kimi aparılacaq:

500 + 500 = 1.000 manat;
18 + 20 = 38 gün;
1.000 : 38 = 26.31 (1 günlük orta əməkhaqqı məbləği);
26,31 x 10 = 263,1 manat.

Mənbə: vergiler.az

Məkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri

Məkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri

posted in: Xəbər | 0

Məkləbli ləvazimatlarının satışı ilə məşğul olan şirkətin 2024-cü ildə gəlirləri təqribi 115.000 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri isə təqribi 60.000 manat təşkil edib. Şirkət bəzi alınan məhsulları satılan malların yanında ödənişsiz təqdim edir. Məsələn, alıcıya salafan torba, dəftər alana üstündə qələm və s. verilir. Bunun təqribi 3.000 manat hissəsini adi mağazadan almışıq. Bu halda həmin 3.000 manat məbləğ gəlirdən çıxıla bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddəsi

Mənbə: vergiler.az

Nikahın qadağan olunduğu şəxslər kimlərdir?

801-ci “Ümumi mənfəət (zərər)” hesabı üzrə uçot

posted in: Xəbər | 0

“Ümumi mənfəət (zərər)” hesabı

Müəssisənin iqtisadi fəaliyyətinin əsas göstəricisi olan mənfəət gəlir və xərc arasında fərqdir. Bu fərq mənfidə ola bilər- bu, artıq zərərdir. İqtisadi ədəbiyyatda mənfəətin ümumi mənfəət, satışdan mənfəət, xalis mənfəət və sair bu kimi növləri fərqləndirilir.

Hesabat dövrünün ümumi mənfəəti (zərəri) mühasibat uçotunun hesablar planın 801-ci “Ümumi mənfəət (zərər)” adlı hesabı üzrə uçota alınır. Bu hesab 8-ci “Mənfəətlər (Zərərlər)” bölməsinə aid olan hesabdan biridir.

“Mənfəətlər (zərərlər)” bölməsi mühasibat uçotu subyektinin hesabat dövrü ərzində əldə etdiyi ümumi mənfəətin (zərərin), habelə asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) payın uçota alınmasına dair ümumiləşdirilmiş məlumatları əks etdirir.

801-ci hesab üzrə tənzimləmələr

801-ci “Ümumi mənfəət (zərər)” hesabı köməkçi hesabdır. Digər köməkçi hesablar kimi ilin sonunda xalis mənfəət hesabına (341 nömrəli hesab)  bağlanır. O isə öz növbəsində əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) hesabına  bağlanır.

Hesab üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

801 №-li “Ümumi mənfəət (zərər) ” hesabında mühasibat uçotu subyektinin hesabat dövrü ərzində maliyyə-təsərrüfat fəaliyyəti üzrə ümumi mənfəəti (zərəri) barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir.

Yaranan gəlirlər üzrə məbləğlərə hesabat dövrünün mənfəəti kimi uyğun mühasibat yazılışı sözügedən qaydaların 60.2-ci bəndinə əsasında verilir.

Xərclər üzrə yaranan məbləğə hesabat dövrünün zərəri kimi uyğun mühasibat yazılışı həmin qaydalardakı 60.3-cü bəndinə uyğun tənzimlənir.

Qeyri maddi aktivlər əvəzsiz alındıqda ümumi mənfəət (zərər) üzrə müxabirləşmələr

“A” MMC “B” MMC-dən əvəzsiz olaraq, yəni hər hansı ödəniş etmədən Qeyri-maddi aktiv əldə etmişdir. Qeyri-maddi aktiv quraşdırılarkən “A” MMC digər “C” MMC-ə 750 manat ödəniş etmişdir. Həmin Qeyri-maddi aktivə bazar qiyməti tətbiq edilmiş və 3100 manat olaraq dəyərləndirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əvəzsiz əldə edilən Qeyri-maddi aktiv gəlir kimi tanındıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 611 – Sair əməliyyat gəlirləri 3100.00
2 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 750.00
3 Kapitallaşdırılmış Qeyri-maddi aktiv istismara verildikdə 101 – Qeyri-maddi aktivlərin dəyəri 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 3850.00
4 Gəlir kimi tanınan Qeyri-maddi aktiv Ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 3100.00

Qeyri-maddi aktivlər əvəzsiz verildikdə ümumi mənfəət (zərər)

“A” MMC qalıq dəyəri 1500 AZN olan qeyri-maddi aktivi “D” MMC-ə əvəzsiz olaraq, yəni qarşılığında hər hansı ödəniş almadan təqdim etmişdir. Yığılmış amortizasiya məbləği 250 AZN olmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əvəzsiz təqdim edilən Qeyri-maddi aktiv müəssisənin balansından çıxarıldıqda 731 – Sair əməliyyat xərcləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 1500.00
2 Yığılmış amortizasiya silindikdə 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 250.00
3 Əvəzsiz təqdim edilən Qeyri-maddi aktiv zərərə aid edildikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 1250.00

Fövqəladə hal nəticəsində balansdan amortizasiya çıxarıldıqda ümumi mənfəət (zərər)

“A” MMC-nin fəaliyyət göstərdiyi inzibati binada yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı müəssisəyə məxsus digər qiymətlilərlə yanaşı, qeyri-maddi aktivləri də yararsız vəziyyətə düşmüşdür. İlkin dəyəri 1200 AZN olan qeyri-maddi aktivin yığılan amortizasiya məbləği 220 AZN olmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Fövqəladə hal nəticəsində Qeyri-maddi aktiv balansdan silindikdə 761 – Fövqəladə xərclər 101 – Qeyri-maddi aktivlərin dəyəri 1200.00
2 Yığılmış amortizasiya silindikdə 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 761 – Fövqəladə xərclər 220.00
3 Qeyri-maddi aktivin qalıq dəyəri mənfəətdən silindikdə 801 – Ümumi mənfəət (zərər) 761 – Fövqəladə xərclər 980.00

Malların satışı həyata keçirildikdə ümumi mənfəət (zərər)

“A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 84000 manatlıq malları 96000 manata satmışdır. Malların ödənişi qəbul edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 84000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 96000.00
3 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 17280.00
4 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 96000.00
5 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 17280.00
6 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 17280.00
7 Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə 601 – Satış 801 – Ümumi mənfəət (zərər) 96000.00
8 Maya dəyəri xərci ümumi mənfəətə silindikdə 801 – Ümumi mənfəət (zərər) 701 – Satışın maya dəyəri üzrə xərclər 84000.00

Müəssisənin ümumi mənfəətinə (zərərlərə) torpaq, tikili, avadanlıqların maliyyə icarəsinə verilməsi, habelə bankdan uzunmüddətli kredit alınması və qaytarılması da təsir edir. Belə əməliyyatlar üzrə məbləğlərin 801-ci “Ümumi mənfəət (zərər)” hesabı üzrə qeydiyyatı ilə bağlı nümunələrlə buradan daha ətraflı tanış olmaq olar.

233 saylı “Verilmiş qısamüddətli borclar” hesabı üzrə uçot

1 232 233 234 235 236 237 238 2. 700