341 saylı “Hesabat dövründə xalis mənfəət (zərər)” hesabı üzrə uçot

posted in: Xəbər | 0

“Hesabat dövründə xalis mənfəət (zərər)” hesabı üzrə tənzimləmələr

Hesablar Planının 3-cü bölməsinin 34-cü maddəsi (“Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”) üzrə açılmış hesablar müəssisənin mənfəət və zərəri üzrə əməliyyatların uçotu üçün nəzərdə tutulub.

Əgər müəssisələr hesabat dövrünü mənfəətlə bağlayarsa  xüsusi kapitalda artma, zərərlə bağlayarsa azalma baş verəcəkdir. Hesabat dövründə xalis mənfəət (zərər)  hesabat dövrünə uyğun hesablanan vergi çıxıldıqdan sonra qalan xalis mənfəəti (zərər) ifadə edir və uçotu 341 saylı eyni adlı hesab üzrə aparılır.

341 saylı “Hesabat dövründə alis mənfəət (zərər)” hesabı üzrə mühasibat AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

“Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” maddəsi üzrə aşağıdakı hesablar açılır (Qaydalar: 32.1):

Biznes hesabi

“Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” maddəsi üzrə açılan hesablardan biri “Hesabat dövründə xalis mənfəət (zərər)” adlı 341 saylı hesabdır.

341 №-li “Hesabat dövründə xalis mənfəət (zərər)” hesabında mühasibat uçotu subyektinin hesabat dövrü ərzində əldə olunmuş xalis mənfəəti (zərəri) barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Hesabat dövrü ərzində xalis mənfəət əldə edildikdə həmin qaydaların 32.2.-ci bəndilə nizamlanır.

341 saylı “Hesabat dövründə xalis mənfəət (zərər)” hesabı kapital hesabıdır.

Aşağıda bu hesab üzrə müxabirləşmə nümunələri verilib.

341 saylı hesabda dividend ödənişindən xalis mənfəətin uçotu  

“A” MMC-nin təsisçiləri hesabat ilinin sonunda Dividend götürülməsi ilə bağlı qərar qəbul etmişdir. Qərara əsasən təsisçilərə 26000 AZN Dividend ödənilib.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Dividend elan edildikdə 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 344 – Elan edilmiş dividendlər 26000.00
2 Elan edilmiş dividend üzrə təsisçilər qarşısında kreditor borcu yarandıqda 344 – Elan edilmiş dividendlər 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 26000.00
3 Dividend ödənildikdə 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 223 – Bank hesablaşma hesabları 26000.00

İşçilərə müavinət ödənilməsinin xalis mənfəətə təsiri

“A” MMC-nin 5 işçisi şaxtada yeraltı işlərin aparılması zamanı təhlükəszilik qaydalarına əməl edilmədiyi üçün iş zamanı baş verən qəzada dağıntlar altında qalaraq həlak olmuşdur. Baş verən hadisəyə görə “A” MMC həmin işçilərin ailələlərinə müavinət ödəməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Həlak olan işçilərə görə ümumi müavinət hesablandıqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 511 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” 10000.00
2 Həlak olan işçilərə müavinət təqdim olunduqda 511 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” 223 – Bank hesablaşma hesabları 1000.00

Nizamnamə kapitalı xalis mənfəət hesabına artırıldıqda əldə olunan xalis mənfəət

Məlum olmuşdur ki müəssisənin ilin sonunda xalis mənfəəti 250000 AZN-dir olmuşdur. Xalis mənfəətin 30%-lik hissəsi nizamnamə kapitalının artırılmasına yönəldilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xalis mənfəət formalaşdıqda 801 – Ümumi mənfəət (zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 250000.00
2 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 75000.00
3 Nizamnamə kapitalı xalis mənfəət hesabına artırıldıqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 75000.00

Hesabat ilinin sonunda bir çox müəssisələr kimi “A” MMC də il ərzində qazandığı gəlirləri və xərclərini müəyyənləşdirdikdən sonra mənfəətini hesablamışdır. Büdcə ilə hesablaşdıqdan sonra 260000 manat xalis mənfəəti formalaşmışdır. Həmin xalis mənfəətin 150000 manatlıq hissəsi iki nəfər təsisçi arasında bölüşdürülmüşdür. Təsisçi qərarı hazırlandıqdan sonra məlum oldu ki, təsisçilərdən biri payına düşən hissəsindən 40000 manatını dividend kimi götürməkdən imtina etmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xalis mənfəət əldə edildikdə 801 – Ümumi mənfəət (zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 260000.00
2 Dividend elan olunduqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 344 – Elan edilmiş dividendlər 150000.00
3 Dividend üzrə təsisçilər qarşısında öhdəlik yarandıqda 344 – Elan edilmiş dividendlər 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 150000.00
4 Dividend üzrə təsisçilər qarşısında öhdəlik azaldıqda 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 344 – Elan edilmiş dividendlər 40000.00
5 Elan olunmuş dividenddən imtina edildikdə 344 – Elan edilmiş dividendlər 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 40000.00

Faizin hesablanmasının xalis mənfəətə təsiri

“A” MMC tərəfindən may ayının sonunda işçilərin əməkhaqqıları ödənilmişdir. Lakin hesablanmış sosial sığorta haqları müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən faiz hesablanmışdır.

İşçi hesabına sosial sığorta haqqına (məcburi dövlət sosial sığortası) görə hesablanan faiz – 25 AZN

İşəgötürən hesabına sosial sığorta haqqına (məcburi dövlət sosial sığortası) görə hesablanan faiz – 48 AZN

Faizin uçotu aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə faiz hesablandıqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 522-5 – Sosial sığorta və təminat üzrə öhdəliklər 73.00
2 Faizin ödənişi həyata keçirildikdə 522-5 – Sosial sığorta və təminat üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 73.00

Qanunvericilik üzrə ehtiyatların yaranmasının xalis mənfəətə təsiri

Müəyyən olmuşdur ki, hesabat ilinin sonunda “A” MMC-nin formalaşan xalis mənfəəti 80000 manatdır. “A” MMC-nin direktoru tərəfindən alınan qərara əsasən mövcud xalis mənfəətin 20000 manatı Nizamnamə üzrə ehtiyyatlar üçün, 20000 manatı Qanunvericilik üzrə ehtiyatlara və 20000 manat isə Digər ehtiyatlara ödənilməlidir.  Geriyə qalan 20000 manat  Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəətə (ödənilməmiş zərərə) görə ayrılmalıdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Mallar xaricdən idxal edildikdə 801 – Ümumi mənfəət (Zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 80000.00
2 Mövcud xalis mənfəətin 20000 manatı Nizamnamə üzrə ehtiyat hesabına ödənildikdə  341 – Hesabat dövründə xalis mənfəət (zərər) 334 – Nizamnamə üzrə ehtiyat 20000.00
3 Mövcud xalis mənfəətin 20000 manatı Qanunvericilik üzrə ehtiyat hesabına ödənildikdə 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 333 – Qanunvericilik üzrə ehtiyat 20000.00
4 Mövcud xalis mənfəətin 20000 manatı Digər ehtiyatlar hesabına ödənildikdə 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 335- Digər ehtiyatlar 20000.00
5 Geridə qalan 20000 manat Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəətə (ödənilməmiş zərərə) görə ayrıldıqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 343 – Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəətə (ödənilməmiş zərər) 20000.00

İş vaxtından artıq işləməyə yol verilən hallar hansılardır?