Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

 aylıq əmək haqqıAzərbaycanda orta aylıq əmək haqqı artıb.


2018-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5% artaraq 538,8 manat olub.

Report bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2018-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 1538,2 min nəfər olub, onlardan 887,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 651,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,6%-i təhsil, 19,0%-zi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,7%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmlak vergisinə cəlb edilən nəqliyyat vasitələri hansılardır?

posted in: Vergi, Xəbər | 0

nəqliyyat vasitələri Əmlak vergisinə cəlb edilən nəqliyyat vasitələri hansılardır?


Sual: Şirkətin balansında avtokar mexaniki nəqliyyat vasitəsi vardır. Avtokarın qalıq dəyəri əmlak vergisindən azaddırmı?

Cavab: Bildiririk ki, əmlak vergisinin vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri mexaniki nəqliyyat vasitələrinin dəyəri qədər azaldılır. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli 517-IQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsi dedikdə asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsi, özügedən maşınlar dedikdə isə tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsi başa düşülür. Qeyd edilənlərə əsasən avtokarlar mexaniki nəqliyyat vasitələrinə aid edilir və onların dəyəri əmlak vergisinə cəlb edilmir.

Bax: Vergi Məcəlləsinin 199.4.3-cü maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqlarının müdafiəsi üçün hər bir işçinin mütləq bilməli olduqları

posted in: Xəbər | 0

işçiHər bir işçi bunları mütləq bilməlidir (gizli yardım)

Bu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri silsilə yazı şəklində təqdim edəcəyik.

1) Heç bir işəgötürən işçiyə qadağan edilməyən əlavə fəaliyyətlə məşğul olub əlavə qazanc əldə etməsinə məhdudiyyət qoya bilməz. (İstinad Əmək Məcəlləsi maddə 9c)

2) İşçinin hansısa ünvanda (misal Bakı şəhərində) qeydiyyatda olmamasına görə əmək müqaviləsinin bağlanmasından imtina etmək qadağan edilir. (maddə 48.2)

3) Əmək müqaviləsində sınaq müddəti barədə qeyd yoxdursa, sınaq müddəti barədə heç bir norma tətbiq edilmir. (maddə 51.3)

4) İşdən azad olmaq barədə ərizə verilibsə və 1 ay (xəbərdarlıq müddəti) tamam olmadan həmin ərizə geri götürülə və işə yenidən davam edilə bilər. Bir şərtlə ki, həmin vəzifəyə başqa işçi götürülmüş yaxud işçiyə bu barədə yazılı bildiriş göndərilmiş olmasın.(maddə 69.4)

5) İxtisar zamanı heç vaxt ərizəni bu başdan yazıb kompensasiya almaqla işdən uzaqlaşmayın. Ona görə ki, bu başdan ərizəni yazanda həm əlavə kompensasiyadan, həm də işsizlikdən sığorta ödənişi almaqdan məhrum olursunuz. (maddə 77)

Misalla izah. Müəssisədə 1 il 3 ay iş stajı olan işçi ixtisara düşdükdə

variant a) özü ərizə yazıb çıxırsa, yalnız orta aylıq əmək haqqının 0.9 mislini almaqla müqaviləsinə xitam veriləcək.

variant b) ixtisar müddətini gözləyib işdən çıxarsa, ona veriləcək xəbərdarlıq müddətinin əmək haqqını, orta aylıq əmək haqqının 1.4 mislini almaqla müqaviləsinə xitam veriləcək.

Yeni əlavələr hər həftə qeyd olunacaq.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Məcəlləsinin 133.4-cü maddəsinin misalla izahı

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 133.4-cü maddəsiSual: VM-nin 133.4-cü maddəsinə açıq şəkildə izah verməyinizi xahiş edirəm. Bu maddədə göstərilən hallarda müqavilənin və ya borc öhdəliyinin vaxtı bir neçə hesabat dövrünə düşərsə, xərc hansı qaydada çəkilmiş sayılır?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 133.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir. Buradan başa düşülür ki, borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, faizlərin (icarə haqqının) əvvəlcədən və ya sonradan ödənilməsindən asılı olmayaraq hesabat ilində gəlirdən çıxılmalı olan faiz (icarə haqqı) kredit və ya icarə müqaviləsində göstərilmiş və müvafiq hesabat ilinə aid edilən hədlərdə gəlirdən çıxılır.

Misal. Kassa metodu ilə uçot aparan vergi ödəyicisi cari ilin yanvar ayının 1-dən 3 il müddətinə ofis icarəyə götürmüşdür. İllik icarə haqqı 7.500 manat olmaqla 3 il üzrə 22.500 manat icarə haqqı vergi ödəyicisi tərəfindən həmin ilin yanvar ayında ödənilmişdir. Bu halda, 7.500 manat icarə haqqı cari ildə, 15.000 manat ödənilmiş icarə haqqı isə hər il üzrə 7.500 manat olmaqla növbəti 2 ildə gəlirdən çıxılan xərcə aid edilir.

Bax: Vergi Məcəlləsinin 133.4-cü maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.