Əməliyyatçı-Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
əməliyyatçı-mühasibİşəgötürən: R-ANGEL MMC
Vəzifə: Əməliyyatçı-Mühasib

Email:  

Telefon: (012) 533-09-26

Əlaqədar şəxs: Sevinc xanım

İş barədə məlumat:
  • Müdiriyyətin tapşırdığı işləri və hesabatları vaxtında yerinə yetirmək;
  • İlkin hesabat sənədlərinin, hesablaşmaların əmək haqlarının hesablanması, əmtəə mal qiymətlilərin təyin edilməsi;
  • Təşkilat daxili mühasibat uçotunun aparılması;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək;
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
  • Əsas vəsaitlər, mal-materialların uçotunun aparılması;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
  • Rəhbərliyə lazımi məlumatları hazırlayıb təhvil vermək;
  • İş saatı: 09:00-dan 18:00-dək;
  • Bazar günü istirahət.
Namizədə tələblər:
  • Punktuallıq;
  • Səliqəli və işində dəqiq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Analitik təhlil bacarığı;
  • Mükəmməl ünsiyyət qurmaq bacarığı ;
  • Stressli şəraitdə işləmə bacarığı ;
  • Azərbaycan , rus və inglis dilləri (arzu olunandır);
  • Mühasibatlıq sahəsində təcrübəsi olan şəxslər müraciət etsinlər (uygun olmayan CV–e baxilmayacaq);
  • Ofis proqramları mükəmməl bilmək(Excel,Word,Outlook,Micro).
Namizədlər zəng ilə deyil yalnız CV-yə baxıdlıqdan sonra müsahibəyə çağırılacaq. Vakansiya ilə maraqlanan şəxslər öz şəkilli CV-lərini  ünvanına “Əməliyyatçı -Mühasib  / www.azerjobs.com” başlığı ilə göndərə bilərlər.
Mənbə: azerjobs.az

Vergi ödəyicisi olmayan fiziki şəxslərə e-qaimə yazılmalıdır?

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisi

Sual: Vergi ödəyicisi olmayan fiziki şəxslərə e-qaimə yazılmalıdır yoxsa yox? Məsələn, bizim firmamız xaricdə təhsil almaq üçün abituriyentlərə məsləhət göstərir və onlardan məsləhət haqqı alır. Bu halda bizim tərəfimizdən e-qaimə (və ya VHF) hazırlanmalıdırmı?

Cavab: Bildiririk ki, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.

Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Göründüyü kimi, vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərə göstərilən xidmətlərə görə onlara elektron qaimə-faktura verilməlidir.

Vergi ödəyici olmayan şəxslərə göstərilən xidmətlər isə Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən müvafiq ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir.

Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1.1-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mikayıl Cabbarovun vergi islahatları nə vəd edir?

posted in: Vergi, Xəbər | 0
vergi islahatı“Görüləcək tədbirlərin sahibkarlığın inkişafında əsaslı rol oynamağı hansı güzəştlərin olacağından asılıdır”.
Bu sözləri millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov dünən vergilər naziri Mikayıl Cabbarovun vergi sistemində aparılan islahatlar və dəyişikliklərlə bağlı açıqladığı bir sıra məqamları PİA.AZ-a şərh edərkən qeyd edib.
Dünən Avropa İttifaqı – Azərbaycan biznes forumu keçirilib. Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar və dəyişikliklərlə bağlı bir sıra açıqlamalar verib. Nazir bildirib ki, vergi sistemində islahatları həyata keçirərkən vergi ödəyicilərinin, iş adamlarının, investorların bu və ya digər məsələlərlə bağlı düşüncələri və ictimai müzakirələrin əhəmiyyəti nəzərə alınır. Vergilər Nazirliyi bununla bağlı keçirilən müxtəlif araşdırmaları diqqətlə izləyir və biznes mühitinin öyrənilməsinə yönəlmiş tədqiqatları yüksək dəyərləndirir.
Vergilər naziri qeyd edib ki, vergi qanunvericiliyində və inzibatçılığında islahatlar həyata keçiriləcək, lakin biznes strukturlarının bu islahatlardan məmnunluğu onların öz bizneslərini hansı dərəcədə şəffaf həyata keçirməsi ilə birbaşa bağlı olacaq. Forumda iştirak edən biznes nümayəndələrinin 60-70%-nin ƏDV ödəyicisi olduğunu bildirən nazir ölkədəki fəal vergi ödəyicilərinin cəmi 3%-nin ƏDV ödəyicisi olduğunu qeyd edib.
Vergilər Nazirliyinin islahatlara yeni baxış bucağı barədə danışan M.Cabbarov biznes sferasında müşahidə olunan 3 böyük problemi vurğulayıb: “Bunlar dövriyyə, hesabatlılıq və əmək haqqlarının qeydiyyatında ciddi azaldılmalarla bağlıdır. Bu bizim kontekstimizdir və vergi islahatları paketinin əsas istiqamətləri bu kontekstdən çıxış edərək təklif olunacaqdır”.
Həmçinin vergilər naziri bildirib ki, kiçik və orta sahibkarlıq üçün əhəmiyyətli vergi güzəştləri veriləcək. Burada həm vergi inzibatçılığının sadələşdirilməsi, həm də vergi yükünün azaldılması nəzərdə tutulur. Digər tərəfdən vergi orqanları hesabatlılığa dair ümumi tələblərin artırılması istiqamətində addımlayacaq. Lakin, bu da öz növbəsində, özəl sektorda, xüsusilə qeyri-neft sektorunda fəaliyyət gösətərən müəssisələr üçün ümumi vergi yükünün azaldılması istiqamətində addımlarla müşayiət olunacaq. Vergilər naziri “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılmasına yönəlmiş bu və ya digər tədbirlərin müsbət rol oynayacağını da qeyd edib.
Görülməsi nəzərdə tutulan bu tədbirlər sahibkarlığın inkişafında əsaslı rol oynaya biləcək? 
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova müraciət edib.
Vahid Əhmədov: “Bütün bu islahatların aparılma məqdəsi vergi ödəyiciləri ilə vergi alanlar arasında münasibətin normal, sivil səviyyədə qurulmasıdır”.
Bütün bu islahatların aparılma məqdəsinin vergi ödəyiciləri ilə vergi alanlar arasında münasibətin normal, sivil səviyyədə qurulmasının təmin edilməsi olduğunu qeyd edən millət vəkili Vahid Əhmədov əlavə edib ki, vergi ödəyiciləri gördükləri işləri şəffaf aparmalıdırlar. Yəni vergi qaimələrin, elektron hesabatların düzgün verməlidirlər ki, sabah orada ciddi problem yaranmasın:
“Görüləcək tədbirlərin sahibkarlığın inkişafında əsaslı rol oynamağı hansı güzəştlərin olacağından asılıdır. Kiçik və orta sahibkarlıq üçün əhəmiyyətli vergi güzəştlərinin olması məsələsi çoxdan gündəmdədir. Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra böyük konfrans keçirdi və o konfransada mən də çıxış etdim. Həmin konfransda müəyyən təkliflər verdim. Ümumiyyətlə vergi ilə bağlı təkliflər çoxdur. Bu təkliflərin üzərində Vergilər Nazirliyi işləyir.
Burada da əsas məqsəd ondan ibarət olmalıdır ki, Azərbaycanda kiçik və orta sahibkarlıq inkişaf etsin. Çünki həmin konfransda da, Avropa İttifaqı qeyd etdi ki, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycanda yüksək səviyyədə deyil. Yəni bu sahəyə kömək lazımdır. Biz hansı vergi məcələsinin olacağını, hansı vergi məcələsində dəyişikliklərin olacağını deyə bilmərik. Çünki hələlik bizə hər hansı bir sənəd daxil olmayıb. Milli Məclis bu məsələyə baxmalıdır qərar qəbul etməlidir.
Vahid Əhmədov: “İlk dəfə olaraq 2017-ci ildə vergilər naziri planı yerinə yetirmədi”.
İlk dəfə olaraq 2017-ci ildə vergilər naziri planı yerinə yetirmədi. Dövlət büdcəsinə gəlirlər aşağı səviyyədə yerinə yetirildi. Yəni Fazil Məmmədovdan fərqli olaraq yeni nazirin tutduğu xətt bu oldu ki, sahibkarlar sıxılmasın, onlara hücum olmasın. Həmçinin də onlar azad şəkildə vergini ödəsinlər.
Hazırda vergi islahatlarının aparılmasında əsas məqsəd ondan ibarətdir ki, insanlar rahat vergilərin versinlər. Daha bu insanlara hücum olmasın. Amma vergi ödəyicilərindən də şəffaflıq tələb olunur. Vergi ödəyiciləri gördükləri işləri şəffaf aparmalıdırlar. Yəni vergi qaimələrin, elektron hesabatların düzgün verməlidirlər ki, sabah orada ciddi problem yaranmasın.
Ona görə də bütün bu islahatların aparılma məqdəsi vergi ödəyiciləri ilə vergi alanlar arasında münasibətin normal, sivil səviyyədə qurulmasıdır”.
Mənbə: pia.az

İmtahanlardan keçənlər SOCAR’da təcrübə keçəcəklər

posted in: Xəbər | 0

təcrübəSOCAR-da ödənişli istehsalat təcrübəsi proqramı üzrə test imtahanları keçirilib.

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentində ödənişli istehsalat təcrübəsi proqramı üzrə test imtahanları keçirilib.

İnsan Resursları Departamentinin testləşdirmənin təşkili şöbəsinin əməkdaşı Rauf Əhmədov bildirib ki, proqramda ümumilikdə 1 311 nəfər iştirak edir, onlar da 23 ixtisas üzrə imtahan verəcəklər: “Test imtahanların nəticələrinə əsasən, namizədlərlə müsahibə təşkil olunacaq. Seçilən namizədlər SOCAR-ın müəssisələrində seçdiyi ixtisas üzrə təcrübə keçəcəklər. Təcrübənin sonunda müvafiq müəssisələrin rəhbərləri uyğun namizədlərə ixtisaslara görə iş təklif edəcəklər”.

SOCAR-ın baş ofisinin insan resursları departamentinin işə qəbul və yerləşdirmə şöbəsinin rəisi Ağamməd İsgəndərov bildirib ki, təcrübə proqramının mahiyyəti namizədlərin təhsil müəssisələrində yiyələndikləri nəzəri bilikləri istehsalatda istifadə etmək, yeni texnologiyalarla tanış olmaq, SOCAR barədə biliklərini artırmaqdan ibarətdir.

Onun sözlərinə görə, təcrübə müddəti təqribən 2 ay davam edəcək. A.İsgəndərov əlavə edib ki, təcrübə proqramında 4-cü kursda oxuyan bakalavrlar, magistraturada təhsil alanlar və təhsil müəssisəni 3 il bundan öncə bitirənlər iştirak edə bilirlər.

İmtahanda iştirak edən namizədlər imtahan prosesindən razılıqlarını bildiriblər. ADNSU-nun geofizika mühəndisliyi üzrə 4-cü kurs tələbəsi Turxan Dünyamalıyev deyib ki, imtahan normal keçib və o, göstərdiyi nəticələrdən razıdır. Tələbə öz gələcəyini SOCAR-da gördüyü üçün məhz burda təcrübə keçmək istədiyini bildirib.

Digər namizəd – Azərbaycan Texnologiya İnstitunda elektronika və telekommunikasiya proqramlandırma sahəsində təhsil alan Məhbubova İlhamə deyib ki, imtahan çox rahat və şəffaf şəkildə keçib. O da yay təcrübəsini SOCAR-da keçirəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, 2018-ci ildə ödənişli istehsalat təcrübəsi proqramı üzrə mayın 16-sı elan edilmiş müsahibənin ilkin mərhələsi başa çatıb. Test imtahanları iyunun 10-dək davam etdiriləcək. Test imtahanlarda namizədlərə “ixtisas”, “məntiq”, “Azərbaycan və SOCAR-ın fəaliyyət sahəsi” və “kompüter bilikləri” blokları üzrə təqdim edilən 40 ədəd test tapşırığının cavablandırmasına 60 dəqiqə vaxt ayrılıb. Eyni zamanda, quruda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 200 manat, dəniz şəraitində istehsalat təcrübəsi keçənlərə isə 300 manat məbləğində ödəniş nəzərdə tutulub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.