Xaricilərə iş icazəsinin verilməsi daha rahat formada olacaq

posted in: Xəbər | 0

iş icazəsinin verilməsiXaricilərə iş icazəsinin verilməsi daha rahat formada olacaq.


“Azərbaycanda fəaliyyət göstərən və xarici işçi qüvvəsi üçün daha çox müraciət edən şirkətlərin və təşkilatların nümayəndələrdən ibarət Məşvərət Şurası yaradılır”.

Bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, şuraya AmCham, Türk İş Adamları Konfederasiyasının, Azərbaycan-Alman Xarici Ticarət Palatası kimi təşkilatların, BP və SOCAR kimi iri neft şirkətlərinin nümayəndələri daxil olacaq.

V. Hüseynov bildirib ki, Məşvərət Şurası xaricilərə iş icazəsinin verilməsini daha şəffaf və rahat formada həyata keçirilməsini təmin edəcək: “Bütün bu məsələlər işçi qaydasında şurada müzakirə olunacaq”.

O vurğulayıb ki, iş icazəsinin verilməsi üçün sənədlərin verilməsindən yekun rəy alınmasına qədər bütün prosesləri elektron qaydada izləmək mümkün olacaq.

Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycanda xaricilərə verilən iş icazələri kvotalarına da toxunub. V. Hüseynov vurğulayıb ki, bu kvotaların müəyyən edilməsində sahibkarların aktiv iştirakı vacibdir.

Xidmət rəisi bildirib ki, rəhbərlik etdiyi qurum xaricilərin yaşayış yeri üzrə qeydiyyata düşməsını asanlaşdırmaq üçün həmçinin elektron tətbiq üzərində iş qurur.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Banklarda hesabların açılması və bağlanması Qaydası”na dəyişikliklər hazırlanıb

posted in: bank, Xəbər | 0

Banklarda hesabların açılması“Banklarda hesabların açılması və bağlanması Qaydası”na dəyişikliklər hazırlanıb


Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupu həmçinin “Komplayns” üzrə Ekspert Qrupunun üzvləri arasında görüş keçirilib.

Görüşdə MBNP əməkdaşları, ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupunun üzvləri və “Komplayns” üzrə Ekspert Qrupunun üzvləri iştirak ediblər.

Görüş çərçivəsində MBNP tərəfindən mövcud tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi ilə əlaqədar “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydası” üzrə hazırlanmış dəyişikliklər layihəsi müzakirə edilib.

Bu məsələ ilə ilə bağlı bankların təklifləri dinlənilib və sonda hər bir bankın rəyinin hazırlanaraq ABA-ya təqdim olunması qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi inzibatçılığı və qanunvericilikdə islahatlar keçiriləcək

posted in: Vergi, Xəbər | 0

Vergi Vergi inzibatçılığı və qanunvericilikdə islahatlar keçiriləcək.


Azərbaycanda vergi inzibatçılığı və qanunvericilikdə islahatlar həyata keçiriləcək. Amma biznes strukturunun bu islahatlardan məmnunluğu onların öz bizneslərini hansı dərəcədə şəffaf həyata keçirməsindən asılıdır”.

Bunu Aİ-Azərbaycan biznes forumunda çıxış edən Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, fəal vergi ödəyicilərinin cəmi 3%-i ƏDV ödəyicisidir: “Məndə olan məlumata görə, burada olan biznes nümayəndələrinin 60-70%-i ƏDV ödəyicisi kimi qeydiyyatdadır. Biz nazirlik olaraq 3 böyük problemlə qarşılaşırıq: dövriyyə, hesabatlılıq və əmək haqqlarının qeydiyyatında ciddi azaltmalar”.

O, çıxışında bu ilin ilk 4 ayında səyyar vergi yoxlamalarının ötən ilin müvafiq dövrünə nisbətən 40% azaldığını bildirib.

Nazir qeyd edib ki, Vergilər Nazirliyi özəl sektorda və qeyri-neft sektorunda ümumi vergi yükünün azaldılması üçün müəyyən addımlar atmağı planlaşdırır.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

100-dən artıq xarici şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətinindən narazıdır

posted in: Maliyyə, Xəbər | 0

şirkət100-dən artıq xarici şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətinindən narazıdır


 

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) 100-dən artıq şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətini səmərəsiz hesab edir.

Bu, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə keçirilən sorğunun nəticəsində məlum olub. Sorğu 27 Aİ ölkəsini əhatə edən 400-ə yaxın şirkət arasında keçirilib.

Sorğunun nəticəsinə görə, sahibkarların 31%-i MBNP-nin fəaliyyətini səmərəsiz hesab edir. Onların 82%-i isə ASAN e-viza portalının effektivliyini yüksək qiymətləndirir.

Respondentlərin 50%-i bu il iqtisadi perspektivlərin yaxşılaşacağını gözləyir, 53%-i isə biznes fəaliyyətini genişləndirməyi planlaşdırır. Həmçinin 35% sorğu iştirakçısı işçilərinin sayını artırmağı, 36%-i kapital xərclərini artırmağı planlaşdırır. 48% respondent isə gəlirlərinin artacağını düşünür.

Aİ şirkətləri ölkədə bir sıra vacib sahələrdə islahat da təklif edib: “20% vergi sistemində, 17% gömrük sistemində islahat istəyir. Hüquq sistemi və təhsil sistemində islahat istəyənlərin həcmi isə 12%-dir”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.