“Banklarda hesabların açılması və bağlanması Qaydası”na dəyişikliklər hazırlanıb

posted in: bank, Xəbər | 0

Banklarda hesabların açılması“Banklarda hesabların açılması və bağlanması Qaydası”na dəyişikliklər hazırlanıb


Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupu həmçinin “Komplayns” üzrə Ekspert Qrupunun üzvləri arasında görüş keçirilib.

Görüşdə MBNP əməkdaşları, ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupunun üzvləri və “Komplayns” üzrə Ekspert Qrupunun üzvləri iştirak ediblər.

Görüş çərçivəsində MBNP tərəfindən mövcud tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi ilə əlaqədar “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydası” üzrə hazırlanmış dəyişikliklər layihəsi müzakirə edilib.

Bu məsələ ilə ilə bağlı bankların təklifləri dinlənilib və sonda hər bir bankın rəyinin hazırlanaraq ABA-ya təqdim olunması qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *