Bu ölkə kriptovalyutaların satışından 18%-lik ƏDV tutulmasını planlaşdırır
Hindistan kriptovalyutaların satışından 18%-lik ƏDV tutulmasını planlaşdırır
Hindistanda bitkoin və digər kriptovalyutalar ilə aparılan ticarət əməliyyatları üçün 18% dərəcəsi ilə əlavə dəyər vergisinin turulması ətrafında müzakirələr aparılır. Nəzərdə tutulan yanaşmaya əsasən, rəqəmsal valyutaların hamısı proqram təminatına uyğun olaraq qeyri-maddi aktiv kimi qiymətləndirilməlidir. İndiki halda daha çox mübahisə doğuran məqam kriptovalyutalar ilə bağlı müvafiq hüquqi əsaslandırmanın olmamasıdır. Hazırda ölkənin Mərkəzi Bankı banklara kriptovalyutalar ilə əməliyyat aparmağı qadağan etmişdir və bu qərar məhkəmə təhqiqatının aparılmasına səbəb olmuşdur. Hələlik qüvvədə olan tələblərə görə, banklar kriptovalyutalar ilə əməliyyatları iyunun sonuna qədər dayandırmalıdır.
Bundan əlavə, Hindistan hökümətində rəqəmsal valyutaya fərqli münasibətlər var. Hökümətin iqtisadi qanadı kriptovalyutaların dövriyyəsinin tənzimlənməsinə tərəfdar olduğu halda, istintaq orqanları bunun ümumiyyətlə qadağan edilməsinə üstünlük verirlər. Hökümətin nümayiş etdirdiyi əsas mövqe isə bundan ibarətdir ki, keçən ilin iyulun 1-dən qüvvəyə minmiş ƏDV haqqında qanunun keçmiş tarixlə kriptovalyutalara tətbiqinin mümkünlüyü məsələsi ciddi araşdırılmalıdır. Kriptovalyuta əməliyyatları ilə yanaşı, mayninqin də vergitutma obyekti kimi qəbul ediməsi müzakirə obyektidir. Mayninq öz mahiyyətinə görə gəlir yaradan və tranzaksiyalar üçün yığımları əhatə edən xidmət kimi götürülür. Hindistanda irimiqyaslı mayninqlə məşğul olan fiziki şəxslərin ƏDV ödəyicisi kimi qeydiyyata alınacaqları gözlənilir.
Mənbə: vergiler.az
Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü maddəsinə əsasən , peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 5.2 maddəsinə əsasən Qanunla müəyyən edilmiş tələblərə uyğun mühasibat uçotunun aparılmasına dövlət nəzarəti vergi yoxlamaları aparılarkən həyata keçirilir.