500 manat məvaciblə mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib 500 manat məvaciblə mühasib axtarılır


İşəgötürən: Azkür MMC
Vəzifə: Mühasib
İş barədə məlumat

– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Bank, kassa əməliyyatlarının uçotu
– Borcların ödənilməsinə dair hesabatların hazırlanması
– Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi
– Dövlət Vergi orqanlarına hesabatların təqdim edilməsi
– Sosial sığorta hesabartlarının təqdim edilməsi və s
– İş qrafiki: saat 09:00-dan 18:30-dək
– İstirahət günü- Bazar

Namizədə tələblər

– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
– Xüsusi tələblər: stressə davamlılıq, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Nərimanov və yaxın ərazilərdə yaşayanlara üstünlük verilir

CV-lər  adresinə göndərilsin.
Şəkilsiz CV-lərə baxılmır.

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hesabatlılığın artırılmasını təmin edən islahat və tədbirlər planı hazırlanıb

posted in: Vergi, Xəbər | 0

vergi“Ötən il ümumi gəlirlərinin artıqlaması ilə icra olunmasına baxmayaraq, büdcəyə ödənişdə 675 milyon manatlıq kəsir müşahidə edilib. 2018-ci ildə əsas hədəfimiz qanunvericilik çərçivəsində tədbirlərin yerinə yetirilməsidir”.

Bunu Milli Məclisin 31 mayda keçirilən plenar iclasında vergilər naziri Mikayıl Cabbarov “2017-ci il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib.

Nazir bildirib ki, mövcud vergi yükü və vergi mədəniyyəti arasında fərq qənaətbəxş hesab edilə bilməz: “Vergi mədəniyyəti həm vergi inzibatçılığı, həm də vergilərin könüllü ödənilməsi və bəyan edilməsidir. Dövlət başçısı tərəfindən qarşımızda qoyulan əsas tapşırıq sahibkarlar üçün vergi yükünün azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsidir. Növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə hesabatlılığın artırılmasını təmin edən tədbirləri və digər islahatları hazırlayıb təqdim etmişik. Çalışırıq  ki, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə faydalı əməkdaşlıq edək. Qarşımızdakı əsas çağırışlar dövriyyələrin azaldılmasının qarşısının alınması, illərlə oturuşmuş iş sisteminin təkmilləşdirilməsidir”.

Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Mənbə: apa.az

13 yerli şirkət ləğv edildi

posted in: Xəbər | 0

şirkət

  • “VÜSALƏ 1987” MMC (VÖEN: 2002427261) ) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 20, mənzil 68 ünvanına bildirə bilərlər.
  • “XƏZƏR İXTİSASLAŞMIŞ HÖVZƏ QƏZA-XİLASETMƏ” ASC (VÖEN: 1700190811) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Sahil buxtası 3 ünvanına bildirə bilərlər.
  • “ADA” MMC (VÖEN: 1700442691) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri,Ə.Cavad küçəsi, ev 22, mənzil 66 ünvanına bildirə bilərlər.
  • “AQRAR-ARIÇILIQ KOMPLEKSİ” MMC (VÖEN: 7700248641) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Xaçmaz rayonu, Rəhimoba kəndi ünvanına bildirə bilərlər.
  • “TİBET SERVİS” MMC (VÖEN: 1100482971) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Alim Şəbiyev küçəsi, ev 17, mənzil 30 ünvanına bildirə bilərlər.
  • “POLAD SERVİS” MMC (VÖEN: 1100482711) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Alim Şəbiyev küçəsi, ev 17, mənzil 30 ünvanına bildirə bilərlər.
  • “CYCLE.AZ” MMC (VÖEN: 1403933441) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 26A, mənzil 111 ünvanına bildirə bilərlər.
  • “ARTEMİS” MMC (VÖEN: 1501800781) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri,Nərimanov rayonu, Təbriz küçəsi, ev 57, mənzil 5 ünvanına bildirə bilərlər.
  • “SİMUS SERVİS” MMC (VÖEN: 1100482431) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Alim Şəbiyev küçəsi, ev 17, mənzil 30 ünvanına bildirə bilərlər.
  • “BİZNES – RABİTƏ” MMC (VÖEN: 1400313851) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 67 ünvanına bildirə bilərlər.
  • “CRİF AZƏRBAYCAN” MMC (VÖEN: 1701821231) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini “Beyker və Makenzi – Si-Ay-Es, Limited”(Baker & McKenzie – CIS, Limited”) şirkəti, Ləndmark İş Mərkəzi, 8-ci mərtəbə, Nizami küçəsi 90A ünvanına bildirə bilərlər.
  • “HUNTER” MMC (VÖEN: 2004791451) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, S.Orucov, küç., bina, 17C, mənzil 583 ünvanına bildirə bilərlər.
  • “GGBM” MMC (VÖEN: 1400143801) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, ev 251, mənzil 4 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nağdsız hesablaşmalar haqqında Qanunun tələbi ilə bağlı 2 vacib sualın cavabı

posted in: Xəbər | 0

Nağdsız hesablaşmalarSual 1. Nağdsız hesablaşmalar haqqında qanuna əsasən malı təqdim edən vergi ödəyicisi bu qanunun tələblərini pozarsa cərimə tətbiq olunur. Bəs malı qəbul edən, ödənişi nağd şəkildə edən vergi ödəyicisinə bu cərimə tətbiq olunurmu?

Cavab 1: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü bəndinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Göstərilən hədlərdən artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada, o cümlədən hər iki tərəf vergi ödəyicisi olduğu halda bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilməlidir. Qeyd edilən tələbin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bax: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Sual 2. Nağdsız hesablaşmalar haqqında qanunun tələbi pozulmaqla çəkilmiş xərclər, gəlirdən çıxılan xərclərə aid olurmu?

Cavab 2: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbi pozulmaqla alınmış mallara (işlərə, xidmətlərə) görə alıcıya ödənilmiş məbləğlər həmin malların (işlərin, xidmətlərin) dəyərinə aid edilməklə gəlirin əldə edilməsi ilə bağlı olduqda gəlirdən çıxılır. Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.