Mühasiblər üçün ödənişsiz mühasibat təlimləri

posted in: muhasibat, Xəbər | 0

mühasiblər

Mühasiblər üçün ödənişsiz mühasibat təlimləri


Kiçik və Orta Sahibkarlıq (KOS) subyektlərində çalışan mühasiblərin nəzərinə!

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə əsas icraçı qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “KOS subyektlərində mühasibat uçotunun aparılması” mövzusunda təlimlərin təşkili nəzərdə tutulmuşdur.

Cari ilin sentyabr ayından başlanılması nəzərdə tutulan təlimlərə qeydiyyata başlayırıq.

Təlimlər ödənişsiz olaraq həyata keçiriləcəkdir. 

Qeydiyyatdan keçmək üçün özünüz haqqında məlumatı (iş yerindən arayış əlavə edilməklə) 01.07.2018-ci il tarixinə qədər ünvanına göndərməyiniz tələb olunur.

Telefon: (+994) 12 404 81 59

Faks: (+994) 12 566 84 77

Web: www.tedris-maliyye.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sahibkarı şəffaflığa sövq edəcək vahid vergi yükü

posted in: Vergi, Xəbər | 0
vergi yükü
Sahibkarı şəffaflığa sövq edəcək vahid vergi yükü

Ekspertlərin fikrincə, bu sahədə islahatlar aparmaq üçün effektiv mexanizmlər hazırlanmalıdır
Azərbaycanda əmək haqqına vahid verginin tətbiq olunması təklif edilir. Bunu Sahibkarlar Gününə həsr olunmuş konfrans zamanı vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, əmək haqlarının vergi yükünün azaldılması nəzərdən keçirilir. Onun sözlərinə görə, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər çərçivəsində müzakirə olunur. Vergilər naziri deyib: “Bu məsələ bütün vergi ödəyiciləri üçün çox vacibdir. Bu addım verginin yükünün azaldılmasına və işçilərin əmək haqlarının vergiyə cəlb olunmasının sadələşdirilməsinə yönəlib. Əmək haqqına vahid vergi tətbiq olunacaq və onun dərəcəsi hazırkı qanunvericilikdə qeyd olunan göstəricidən əhəmiyyətli dərəcədə az olacaq”. Nazir qeyd edib ki, bu addım, eləcə də, qeyri-rəsmi məşğulluqla mübarizəyə müsbət təsir göstərəcək. M.Cabbarov bildirib ki, bu islahatın aparılması qeyri-rəsmi məşğulluğun azaldılmasına kömək edəcək və real əmək haqlarının bəyan edilməsini təmin edəcək.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bizimlə söhbətində bəzi məqamları qeyd etdi: “Düşünürəm ki, ümumilikdə vergi sahəsində islahatlara çox böyük ehtiyac var. Hal-hazırda bu sahədə müxtəlif  işlər görülməkdədir. Yeni Vergi Məcəlləsinin qəbul edilməsi, yaxud Vergi Məcəlləsinə müəyyən dəyişikliklərin edilməsi yalnız əmək haqları ilə bağlı deyil. Ümumilikdə vergi sistemində şəffaflığın təmin edilməsi, sahibkarlığın inkişaf etdirilməsi üçün islahatlara ehtiyac var. Qanun layihəsinin Milli Məclisə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil. Amma bu sahədə mütəmadi işlər görülür. ƏDV əmək haqlarından vergi yükünün  azaldılması, vahid vergi sistemi ilə əlaqədar müəyyən təkliflər irəli sürülüb. Yəqin ki, bu təkliflər Milli Məclisə təqdim olunacaq. Yeni nazir vergi sistemində şəffaflığın təmin edilməsində çox maraqlıdır. İnsanlar öz vergilərini rahat şəkildə ödəyə bilməlidirlər. Heç kim məcburi şəkildə vergi ödəməməlidir”.
İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, əmək haqlarında vergi yükünün azaldılması uzun müddətdir ki, müzakirə edilən məsələlərdəndir: “Ölkə iqtisadiyyatında və əmək bazarında qeyri-qanuni fəaliyyətin əsas səbəblərindən biri də vergi yükünün çox olmasıdır. Sahibkarlar vergi ödəməkdə maraqlı deyillər. Hazırkı iqtisadi vəziyyətdə sektorların mənfəət norması, təxminən 40 faizlik vergi yükünün dörddə birinin yerinə yetirilməsini məqbul hesab edir. Azərbaycanda əməkhaqqı büdcəsinin 14 faizi gəlir vergisi şəklində dövlət büdcəsinə ödənilir, 25 faiz isə məcburi DSMF-yə yönəldilir. Bundan başqa, bir faiz sığorta fonduna vergi ödənilir. Bütün bunlar kifayət qədər ciddi göstəricilərdir. Məsələn, min manat əmək haqqı ödənilməsinə ehtiyac olan işçi üçün sahibkar tərəfindən 220 manat DSMF-yə, 140 manat Vergilər Nazirliyinə, 5 manat isə sığorta fonduna ödənilir. Ümumilikdə götürüldükdə, 365 manat və yaxud da fondun 36,5 faizi qədər sahibkarın fiskal yükü var. Buna görə də davamlı təşviq olunan məsələlərdən biri də məhz vergi yükünün azaldılmasıdır. Amma bununla yanaşı, vahid vergi dərəcəsinin müəyyənləşdirilməsini doğru hesab etmirəm. Çünki ümumilikdə götürdükdə son illər ərzində əksər dünya ölkələrində daha çox gəlir bərabərsizliyi probleminin azaldılmasına yönələn qərarlar qəbul edilir. Sosial dövlət konsepsiyası fonunda daha çox gəlir bərabərsizliyinin azaldılması istiqamətində işlər görülür. Vergi işinin azaldılması ilə paralel olaraq, Azərbaycanda əməkhaqqına tətbiq edilən vergi dərəcələri elə bir mexanizmlə həyata keçirilməlidir ki, mexanizm artan gəlirlər fonunda daha çox vergiyə cəlb etsin. Düşünürəm ki, belə bir mexanizmin tətbiq edilməsi daha məqsədəuyğun olardı. Buradakı meyarlar müzakirə olunan məsələlərdir. Mexanizm hazırlanarsa, bu meyarlar üzərində modelləşmə apararaq daha effektiv hədlərin müəyyənləşdirilməsi mümkün olar. Amma buna baxmayaraq, istənilən halda, daha çox gəlir götürən şəxsdən daha çox vergi alınmalıdır. Beləliklə, ölkədə təbəqələşmə və eyni zamanda gəlir bərabərsizliyinin sürəti müəyyən qədər azalmalıdır. Həmçinin, əhalinin müxtəlif sosial qruplarını təmsil edən insanların rifahı arasındakı fərq davamlı olaraq tənzimlənməli və nəzarətdə saxlanmalıdır”.
Mənbə: kaspi.az

Socar’da Mühasibat və Audit üzrə təcrübə proqramı – Müraciət üçün son gün

posted in: Audit, İş elanı, muhasibat, Xəbər | 0
təcrübəİşəgötürən: Socar Polymer
Sizə təklif olunur:
  • Neft kimyası sənayesinin daxili işlərinə daha yaxından baxmaq;
  • Əlverişli iş təsirinə malik real həyat layihələrinə əlverişli yanaşma;
  • Şəbəkə tədbirlərində iştirak etmək, sənaye sahəsindəki insanlarla əvəzolunmaz əlaqələr yaratmaq;
  • Komanda işi və qarşılıqlı yardım.
Kimlər müraciət edə bilər:
  • Mühasibat, Maliyyə yaxud İqtisadiyyat üzrə Bakalavr təhsili alan 3, 4, 5-ci kurs və Magistr üzrə təhsil alan 1, 2-ci kurs tələbələri;
  • Motivasiyası yüksək, nəticəyə fokuslananlar;
  • Mühasibat və audit prinsipləri biliklərinə malik olanlar;
  • Məlumat axtarışı və analizini edə bilənlər.

Müraciət linki:

Mühasibat üzrə proqram

Audit üzrə proqram

Mənbə: socarpolymer.az

Qeyd: Yazı ingilis dilindən tərcümə olunmuşdur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmlak vergisi güzəştləri

posted in: Vergi, Xəbər | 0
əmlakAzərbaycan Respublikasının Milli Qəhrəmanı adını almış şəxsin mülkiyyətində olan  yaşayış sahəsinə görə əmlak vergisi hansı qaydada hesablanır və ödənilir?

Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyektidir.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinin müddəalarına görə, fiziki şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə bina Bakı şəhərində yerləşdikdə 0,4 manat və həmin dərəcələrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə hesablanır.

Vergi Məcəlləsinin 199.3-cü maddəsində qeyd edilmişdir ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, həmin Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 4.4-cü maddəsinin müddəalarına görə, yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit olunmuş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul etmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 200.4-cü maddəsinə uyğun olaraq, bələdiyyələr əmlak vergisinin ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

Vergi Məcəlləsinin 200.5-ci maddəsində göstərilmişdir ki, cari il üçün əmlak vergisinin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Vergi Məcəlləsinin 200.6-cı maddəsinə görə fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» 2001-ci il 27 dekabr tarixli 244-IIQ nömrəli Qanunun 11.4-cü maddəsinə əsasən, yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.

Qeyd olunanlara əsasən:

Azərbaycan Respublikasının Milli Qəhrəmanı adını almış şəxsin mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə hesablanır və verginin ödənilməsi barədə tədiyyə bildirişi fiziki şəxslərə çatdırılır. Hesablanmış əmlak vergisinin məbləği fiziki şəxslər tərəfindən banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməlidir.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının milli qəhrəmanı adı almış şəxslərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Samirə Musayeva