Yeni yaradılan Maliyyə Monitorinqi Xidməti ilə bağlı ekspert rəyi

posted in: Maliyyə, Xəbər | 0

maliyyəPrezidentin müvafiq sərəncamı ilə müstəqil Maliyyə Monitorinqi Xidməti (MMX) yaradılır. MMX son dövrlər geniş yayılmış publik hüquqi şəxs statusu alacaq. Sərəncamda ilk dəfə olaraq yeni yaradılan publik şəxsin dövlət büdcəsindən maliyyələşdiriləcəyi birbaşa göstərilir. İndiyədək yaradılan publik hüquqi şəxslərdə büdcədən maliyyələşmə mənbələrdən biri kimi qeyd edilirdi.

MMX ilk olaraq Mərkəzi Bankın nəzdində fəaliyyət göstərib, sonra yeni yaradılmış Maliyyə Bazalarına Nəzarət Palatasının nəzdinə keçib. Nəhayət bu gün ayrıca qurum kimi fəaliyyət göstərmək statusu alıb. MMX tipli qurumlar bir sıra ölkələrdə müstəqil, bəzilərində alt qurum kimi fəaliyyət göstərir. Hər bir halda son illər dünyada çirkli pulların yuyulması probleminin aktuallaşması və geniş vüsət alması maliyyə sektoruna nəzarətin artırılmasını zəruri edir və MMX-nin müstəqilləşməsi zərurəti də bundan yaranıb.

Müstəqil MMX yaradıldıqdan sonra bankların fəaliyyətini tənzimləyən və nəzarət edən qurumların sayı 3-ə çatacaq. Bu qədər qurumların nəzarəti altında işləmək, addımları onlarla razılaşdırmaq bankların işində çətinliklər yaradacaq. Bank müştəriləri də çətinlikdən kənarda qalmayacaq. Çünki əksər hallarda köçürmələrin ləngidilməsində, vəsaitin hesabata oturmasında yaranan problemlər məhz nəzarət qurumlarının arasında anlaşılmazlıqla bağlı olur. İndi isə nəzarət edən qurumların sayının çoxluğu bu anlaşılmazlıqları daha da arta bilər. Görünən odur ki, Palatanın səlahiyyətləri azaldıldı. Gələcəkdə bu qurumun ləğv edilərək səlahiyyətlərinin bank sektoruna aid hissəsinin yenidən Mərkəzi Banka qaytarılması də istisna deyil.

Müəllif: Samir Əliyev

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda Maliyyə Monitorinqi Xidməti yaradılır

posted in: Maliyyə, Xəbər | 0

MaliyyəAzərbaycanda Maliyyə Monitorinqi Xidməti yaradılır


Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

Prezident Administrasiyasına Xidmətin nizamnaməsinin layihəsini bir ay müddətində hazırlamaq tapşırılıb.

Nazirlər Kabinetinə isə Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xidmətin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etsin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Xidmətin fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Xidmətin istifadəsinə verilməsi ilə bağlı tədbirlər görmək və bu barədə üç ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1500 manat məvaciblə Aparıcı auditor tələb olunur

posted in: Audit, İş elanı, Xəbər | 0

auditorSMTS MMC: Aparıcı auditor (Keyfiyyətə nəzarət üzrə)


Tələb olunan iş Bacarığı:

• İSO 9001 -2015 “Keyfiyyətin İdarə olunması” sisteminə daxil olan proseduralın, formaların hazırlanmasına nəzarət;
• departamentə aid sənədlərin həm kağız şəklində (tələb olunarsa, həm də elektron qovluqda düzgün yerləşdirilməsinə nəzarət;
• 3 standart (ISO 9001, ISO 14001, OHSAS 18001) daxil olmaqla, kompleks şəkildə və  müvafiq sahələr üzrə Daxili auditin keçirilməsi (plan, proses, hesabat);
• uyğunsuzluğun müəyyən edilməsi; müəyyən olunmuş boşluqların düzgün sinifləndirilməsi;
• müştəri məmunluğunun araşdırılması və statistikanın hazırlanması,
• düzəldici və önləyici fəaliyyət planın hazırlanması və daim yenilənməsi,
• şirkətə daxil olmuş şikayət və ya təkliflərin araşdırılması,
• şirkətin müvafiq departamentlərinin işlərinə daimi nəzarət və dövri  yoxlamaların aparılması.

Tələb olunan təhsil və biliklər:

– Ali təhsil
– Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO (9001:2015, 14001:2015, OHSAS 18001:2007) standart tələblərini;
– Aparıcı auditor olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
– Təftişetmə texnikalarını bilməlidir (sualların, testlərin, qiymətləndirmənin və hesabatvermənin formalaşdırılması);
– Azərbaycan, Rus və İngilis dilləri əla səviyyədə bilməli;
– Microsoft Office proqramlarını əla səviyyədə bilməli.
– Komandada işləmək bacarığına sahib olmalı;
– Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.

Digər tələb və şərtlər:

– Yaş həddi:  25-45 AZN
– Əmək haqqı 800-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
– İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək  (nahar fasiləsi 2 saat)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində)    elektron ünvanına mövzu yerinə “Aparıcı auditor (Keyfiyyətə nəzarət üzrə)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bakı şəhər statistika idarəsinə yeni rəis təyin edilib

posted in: Xəbər | 0

statistikaBakı şəhər statistika idarəsinə yeni rəis təyin edilib.


Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi dəyişib.

İndiyə qədər idarənin rəis olan Heydər Qafarov rəis müavini vəzifəsinə keçirilib, onun yerinə Komitənin aparat rəhbərinin müavini Xosrov Əbdürrəhmanov gətirilib.

Aparat rəhbərinin müavini vəzifəsi isə Zaur Əliyevə həvalə edilib. O, bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini olub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.