Yeni yaradılan Maliyyə Monitorinqi Xidməti ilə bağlı ekspert rəyi

posted in: Maliyyə, Xəbər | 0
birbank biznes

maliyyəPrezidentin müvafiq sərəncamı ilə müstəqil Maliyyə Monitorinqi Xidməti (MMX) yaradılır. MMX son dövrlər geniş yayılmış publik hüquqi şəxs statusu alacaq. Sərəncamda ilk dəfə olaraq yeni yaradılan publik şəxsin dövlət büdcəsindən maliyyələşdiriləcəyi birbaşa göstərilir. İndiyədək yaradılan publik hüquqi şəxslərdə büdcədən maliyyələşmə mənbələrdən biri kimi qeyd edilirdi.

MMX ilk olaraq Mərkəzi Bankın nəzdində fəaliyyət göstərib, sonra yeni yaradılmış Maliyyə Bazalarına Nəzarət Palatasının nəzdinə keçib. Nəhayət bu gün ayrıca qurum kimi fəaliyyət göstərmək statusu alıb. MMX tipli qurumlar bir sıra ölkələrdə müstəqil, bəzilərində alt qurum kimi fəaliyyət göstərir. Hər bir halda son illər dünyada çirkli pulların yuyulması probleminin aktuallaşması və geniş vüsət alması maliyyə sektoruna nəzarətin artırılmasını zəruri edir və MMX-nin müstəqilləşməsi zərurəti də bundan yaranıb.

Müstəqil MMX yaradıldıqdan sonra bankların fəaliyyətini tənzimləyən və nəzarət edən qurumların sayı 3-ə çatacaq. Bu qədər qurumların nəzarəti altında işləmək, addımları onlarla razılaşdırmaq bankların işində çətinliklər yaradacaq. Bank müştəriləri də çətinlikdən kənarda qalmayacaq. Çünki əksər hallarda köçürmələrin ləngidilməsində, vəsaitin hesabata oturmasında yaranan problemlər məhz nəzarət qurumlarının arasında anlaşılmazlıqla bağlı olur. İndi isə nəzarət edən qurumların sayının çoxluğu bu anlaşılmazlıqları daha da arta bilər. Görünən odur ki, Palatanın səlahiyyətləri azaldıldı. Gələcəkdə bu qurumun ləğv edilərək səlahiyyətlərinin bank sektoruna aid hissəsinin yenidən Mərkəzi Banka qaytarılması də istisna deyil.

Müəllif: Samir Əliyev

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email