Son 15 ildə Azərbaycanda sahibkar sayı 5 dəfə artıb
Son 15 ildə Azərbaycanda sahibkarlar sayı 5 dəfə artıb
“Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Bu müddət ərzində sahibkar sayında da artım müşahidə edilib.”.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
“Sahibkarlıqla məşğul olan hüquqi şəxslərin sayı iki dəfə, fiziki şəxslərin sayı isə 5 dəfə artıb. Bu dövrdə 90 mindən çox müəssisə yaradılıb. Qeyri-neft sektorunda 2017-ci ildə 2,7 dəfə, 2018-ci ildə isə 2,8% artım olub. Aqrar sektorda 2017-2018-ci ildə artım 4% olub. Bu il Sahibkarlara Kömək Milli Fondu tərəfindən 170 milyon manat kredit verilməsi nəzərdə tutulur. Artıq bu kreditin 70 milyon manatı verilib”,- deyə Ş.Mustafayev vurğulayıb.
Mənbə: apa.az
Əmək haqqı üzrə vergilər azaldılacaq
Azərbaycan Səhiyyə Nazirliyinin “Bakı şəhər Dezinfeksiya stansiyasının Səbail rayonlararası bölməsi” MMC Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.
Vergi orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçiriləcək