Tələbə və yeni məzunlar üçün Yay Təcrübə Proqramı

posted in: iqtisadiyyat, İş elanı, Xəbər | 0
Təcrübə
Bakcell tələbə və yeni məzunları “2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ali təhsil müəssisələrinin 3 və 4-cü kurs bakalavr tələbələrini, magistraturada təhsil alan gəncləri və ya ali təhsilini son 2 il ərzində bitirmiş məzunları “2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir.

Proqramı çərçivəsində Siz marketinq və satış sahələrində praktiki biliklərə yiyələnmək, müxtəlif layihə və əməliyyatlarda yaxından iştirak etmək imkanı əldə edəcəksiniz.

Müddəti iyul ayının 2-sindən sentyabr ayının 10-dək davam edəcəkdir.

Tələb olunan ixtisas/fakültə:

  • Marketinq
  • Biznesin İdarə olunması
  • Kommersiya
  • Statistika
  • İqtisadiyyat
  • və ya əlaqəli ixtisaslar

Siz də Proqramda iştirak etmək və təcrübə qazanmaq istəyirsinizsə, 31.05.2018-ci il tarixinədək CV- nizi  e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Başlıqda ‘’2018 Yay Təcrübə Proqramı’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Online müraciət üçün bu linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Məşğulluq haqqında qanunda olan dəyişikliklərin hansı üstünlükləri olacaq?

posted in: Xəbər | 0
məşğulluqMəşğulluq haqqında yeni qanun

Azərbaycan Respublikası Milli Məclisi tərəfindən oxunuşa qəbul edilmiş yeni “Məşğulluq haqqında” qanunun qəbulu ilə əmək münasibətləri sahəsində yeni və mütərəqqi addımlar atılacaq.

Əvvəlki 02.07.2001-ci il tarixli qanunun artıq 17 ildir ki, qüvvədə olması və yeniliklərin zəruri olması baxımından yeni qanunun yerində bir qanunvericilik aktı olacağı hesab edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə edilmiş yeni düzəlişlərin və “İşsizlikdən sığorta haqqında” yeni qanunun 2018-ci il yanvar ayından qüvvəyə minməsi işsizlik müavinətinin artıq istisna edilməsinə və yeni qanunun qəbuluna zərurət yaratmışdı.

Yeni qanunun əvvəlki qanunla oxşar və fərqli bir sıra xüsusiyyətləri vardır.

Bu barədə aşağıdakı qaydada izah etməyə çalışacağıq.

– Yeni qanuna əsasən artıq mülki-hüquqi müqaviləyə əsasən çalışan şəxslər, əvvəlki qanundan fərqli olaraq mülkiyyətində yalnız kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər və əyani təhsil alan şəxslər də məşğul şəxslər hesab edilir.

– Əksər dövlət qurumları tərəfindən birlikdə fəaliyyət nəticəsində bütün məşğul şəxs statusuna malik olanların reyestri tərtib ediləcək.

– İşsizlik statusu verilməsi qaydası qanunla deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq müəyyən ediləcək, həmçinin şəxslər elektron informasiya sistemi vasitəsilə elektron ərizəni doldurmaqla işaxtaran kimi qeydiyyata düşəcək.

– İşsiz və ya işaxtaran statusu almaq hüququ olmayan şəxslər sırasına ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alanlar da daxil edilmişdir.

– Səlahiyyətli qurum tərəfindən vakansiya bankı qurulacaq ki, işəgötürənlərin iş yerində yeni yaradılmış vakansiyaları həmin banka daxil etmə məcburiyyəti mövcuddur.

– Azərbaycan Respublikası ərazisində işsiz və işaxtaran kimi qeydiyyata düşən şəxslərin də məşğuluğunun təmin edilməsi üçün işədüzəlmədə vasitəçilik fəaliyyətinin tətbiqinə icazə verilmişdir.

– İşsiz və işaxtaran şəxslər və tələbələr üçün əmək bazarının vəziyyəti, işə qəbul üçün psixoloji və əlavə təhsil tələbləri barədə məlumat verilməsini nəzərdə tutan peşə yönümünə dair məsləhət xidmətləri nəzərdə tutulur. Bu xidmətləri səlahiyyətli qurumlar həyata keçirə biləcək.

– Sosial iş yerləri, formalaşdırılması qaydası, 2 illik əmək müqaviləsi bağlanan müəyyən kateqoriya (gənclərlə və s) şəxslərin 3 aydan az, 12 aydan çox olmayan müddətə səlahiyyətli qurum tərəfindən əmək haqqının bir hissəsi ödəniləcəkdir.

Qeyd edək ki, bu qanunun qəbulundan sonra bir sıra yeni qaydaların qəbulu, elektron informasiya sistemlərinin qurulması və reyestrin tərtibi ilə bağlı zəruri işlər icra olunacaqdır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Uşağa qulluq etməklə əlaqədar qadınlar hansı müddətə qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilərlər?

posted in: Xəbər | 0
məzuniyyətSual: Uşağa qulluq etməklə əlaqədar qadınlar hansı müddətə qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilərlər?

Cavab: Uşağa bilavasitə qulluq edən qadınlar uşağın üç yaşı tamam olanadək, ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinat verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən qadınlar yazılı ərizə əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilərlər.

Mənbə: nhmt-az.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycan Beynəlxalq Bankında vakansiya

posted in: bank, İş elanı, Xəbər | 0

vakansiyaVəzifə: Kiçik və Orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üzrə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Kiçik və orta sahibkarlıq kateqoriyasına aid müştərilərin kredit sifarişlərinin qəbul edilməsi və təhlili;
  • Eyni kateqoriyaya aid yeni müştərilərin cəlb edilməsi;
  • Müştərilərin biznesləri ilə tanışlıq məqsədi ilə biznes ünvanlarına səfər etmək;
  • Eyni kateqoriyaya aid kredit portfelinin idarə edilməsi.

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti; 
  • Maliyyə təhlili və bank qanunvericiliyi ilə bağlı biliklərin olması; 
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Əla səviyyədə Rus və İngilis dili biliyinin olması arzuolunandır.

Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  30 may  2018-ci il tarixinədək  elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kiçik və Orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üzrə namizəd” şəklində göstərilməsi xahiş edilir.

Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mənbə: www.ibar.az

Mühasibat sahəsində ən son vakansiyaları bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.