“Bank Respublika” Təcrübə Proqramı elan edir

posted in: bank, Xəbər | 0

Təcrübə Proqramı“Bank Respublika” ASC İdarə Heyəti Sədrinin Ofisinə təcrübə proqramı (könüllü) elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın daxili sənəd dövriyyəsinin tənzimlənməsində əməkdaşlara dəstək vermək;
  • Zərurət yarandığı halda bankın rəhbər şəxslərinin qonaqlarının qarşılanması və yola salınmasını təmin etmək;
  • Ali idarəetmə orqanlarının iclaslarının təşkilində əməkdaşlara dəstək vermək;
  • Filial şəbəkəsinin idarəolunması ilə bağlı sorğuların aparılması və məlumatların toplanmasını təmin etmək;
  • Bankdankənar müxtəlif dövlət qurumları və maliyyə nəzarəti orqanlarının təşkil etdiyi iclas və tədbirlərdən gələn dəvətləri izləmək və onların istiqamətləndirilməsində əməkdaşlara dəstək vermək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Yüksək ünsiyyət bacarığı;
  • Dəqiqlik və səliqəlilik;
  • Komandada işləmək bacarığı;
  • Gərgin iş qrafikində işləmək bacarığı.

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təcrübə Proqramı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: www.bankrespublika.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə yardımı zamanı E-Qaimə verilməlidir?

posted in: Xəbər | 0

Maliyyə yardımı Sual: Hər hansı bir layihənin reallaşdırılması üçün müəssisə başqa bir müəssisədən maliyyə dəstəyi alır, maliyyə dəstəyinin müqabilində isə qarşı tərəfə sadəcə həmin layihədən yaranmış mənfəətə payçı olur. Bu şərtlərlə bağlanmış bir müqavilə əsasında pul köçürülməsi (əsas məbləğ və ƏDV) həyata keçirilir. Bu zaman maliyyə dəstəyi alan müəssisə həmin məbləği uçotda necə əks etdirməli və ya elektron qaimə vermək kimi öhdəliyi vardırmı?

Cavab: Bildiririk ki, şəxsin aldığı maliyyə yardımı Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq onun gəlirlərinə aid edilməklə tətbiq etdiyi vergitutma sisteminin (gəlir və ya mənfəət, sadələşdirilmiş) xüsusiyyətləri nəzərə alınmaqla ümumi qaydada vergiyə cəlb edilir.

Əgər maliyyə yardımı alan şəxs tərəfindən alınmış yardımın qarşılığında hər hansı işlərin və xidmətlərin göstərilməsi nəzərdə tutulmursa, elektron qaimə-faktura verilmir.

Maliyyə yardımının uçotda əks etdirilməsi qaydası ilə əlaqədar Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 13.2.12-ci16.1.11-6-cı və 71-1-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

500 manat əmək haqqı ilə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib üzrə vakansiya“Grand Motors” Mühasib üzrə vakansiya elan edir.

İş barədə məlumat

  • Şöbənin əməkdaşlarının iş bölgüsü, texikaların təmirinin və ehtiyyat hissələri sərfiyyatının idarə olunması
  • Şirkət-daxili və müştərilərdən gələn zənglərin, yazışmaların cavablandırılması
  • Müqavilələrin hazırlanması və bağlanması.
  • Nəqliyyat departamentina aid bütün maliyyə hesabatlarının hazırlanması və təqdim olunması
  • Şöbə əməkdaşlarının əmək haqqının hesablanması
  • Bazar ertəsi – Cümə: 08:30-dan 17:30-dək
  • Şənbə : 10:00-dan 16:00-dək

Namizədə tələblər

  • Ali təhsil: Maliyyə – mühasibatlıq sahəsinə üstünlük verilir
  • Azərbaycan və İngilis dili (upper-intermediate) biliyi
  • Microsoft office proqramları (excel-əla)
  • Aktiv və çalışqan
  • Təzyiq altında işləmək bacarığı
  • Yalnız kişi namizədlər nəzərdən keçirilir

Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini hr-cv@grandmotors.az ünvanına göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

DSMF-nin fəaliyyətində ciddi nöqsanlar aşkar edilib

posted in: Xəbər | 0

DSMF-nin fəaliyyətində ciddi nöqsanlar aşkar edilib2016-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə təsdiq edilmiş proqnoz 93,5% icra edilməklə 1 mlrd. 920 mln. 994,8 min manat vəsait yığılıb, ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 mln. 612,2 min manat və ya 6,7% artaraq 342 mln. 877,2 min manat təşkil edib.

Bu barədə “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda qeyd olunub. Sənəddə vurğulanıb ki, aparılmış audit tədbirləri 2016-cı il üzrə DSMF-nin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlərin və xərclərin icra vəziyyətini əhatə edib.

Hesabatda bildirilib ki, qeyd olunan dövrdə qeyri-büdcə sektoru üzrə debitor borcların aradan qaldırılması istiqamətində Fondun fəaliyyəti həmin tədbirləri tam əhatə etməyib.

Auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

2016-cı ildə Fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər Fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə 1092,6 min manat təşkil edib.

Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662,7 min manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb, qanunvericilikdə Fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, Fond və Nazirlik tərəfindən Konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

Fondun aparatının saxlanılması üzrə 38,9 min manat vəsait təsdiq olunmuş smetada nəzərdə tutulan maddələrə uyğun xərclənməyib, tətbiq olunmuş maliyyə sanksiyalarından daxil olan vəsaitlər üzrə ümumilikdə 25,8 min manat vəsait “Sosial Sığorta haqqında” qanunda nəzərdə tutulmayan istiqamətdə xərclənib. bundan əlavə, ümumilikdə 10,7 min manat məbləğində artıq əmək haqqı və müavinət, həmçinin 6 min manat məbləğində artıq yanacaq xərcləri aparılıb, Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış “Pensiya və sosial təminat” layihəsi üzrə Fondun dövlət büdcəsinə 2,3 mln. dollar məbləğində borc qalığı yaranıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.