Sətirləri sütunlara necə çevirməli?

posted in: Excel, Xəbər | 0

TRANSPOSE funksiyası – sətirləri sütunlara dinamik şəkildə çevirmə

Transposition haqqında daha öncəki yazımızda məlumat vermişdik. Qısaca təkrar etsək, transpose – yerdəyişmə deməkdir. Həll etmək istədiyimiz problemi anlamaq üçün aşağıdakı cədvələ nəzər yetirək.

Transposition - 1

Fərqli qitələrdə illər üzrə satış məbləğləri olan bir cədvəllə üz üzəyik. Qitələr sütunlarda, illər isə sətirlərdə yer alır. Bəs cədvəlimizin sətin və sütunlarının yerini dəyişdirmək istəsək nə etməli?

Transposition imkanı məhz bu cür problemlər zamanı köməyimizə çatır. Yuxarıdakı cədvəli aşağıdakı cədvələ saniyələr ərzində çevirməyə yardım edir. (Mövzu ilə daha ətraflı yuxarıdakı linkdən tanış ola bilərsiniz)

Transposition - 2

Lakin, Paste Special vasitəsilə transposition etdiyimiz zaman qarşımıza ciddi problem çıxır – ilk cədvəldə edəcəyimiz heç bir dəyişiklik transpose edilən cədvəldə əks olunmayacaqdır. Çünki bütün dəyərlər (mətn və məbləğlər) adi mətn və rəqəm olaraq gəlir, digər heç bir xanaya istinad verilmir.

Xoşbəxtlikdən, bunun da bir həll yolu var – TRANSPOSE funksiyası.

Digər funksiyalardan fərqli olaraq, bu funksiyanın istifadəsi bir qədər fərqlidir. Gəlin hər bir addımda nələri edəcəyimizə baxaq.

  1. Cədvəlimizi transpose edib yapışdıracağımız aralığı seçirik.
  2. Funksiya sətirinə gedib transpose ediləcək aralığa istinad verərək =TRANSPOSE(B5:H9)yazırıq.
  3. Son olaraq Enter yox, Shift+Ctrl+Enter basırıq. Bu hissəsi çox önəmlidir, çünki adi qaydada Enter bassaq, o zaman formul düzgün işləməyəcək. Shift+Ctrl+Enter ancaq array funksiyaları istifadə edildiyi zaman istifadə olunur.

Gəlin, yuxarıdakı 3 addıma misalımız üzərində baxaq.

capture-1

Yeni düzəltdiyimiz cədvəlin istənilən xanasına gəldiyimiz zaman, funksiya sətirində bu cədvəlin ümumi aralığı görünəcəkdir

Transposition - 3

və cədvəlin hər hansı bir xanasını ayrı-ayrılıqda silmək mümkün olmayacaqdır. Bu, array funksiyalarının ayırdedici özəlliklərindən biridir. Cədvəli ya bütövlükdə silməliyik, ya da ayrılıqda heç bir xanasına toxuna bilməyəcəyik.

Array funksiyasının mövcudluğunu formulun “{ }” işarələri arasında yer almasından da rahatlıqla anlamaq olar.

Bundan belə, ən üstdəki cədvəldə ediləcək hər bir dəyişiklik aşağıdakı cədvəldə avtomatik əks olunacaqdır. Əlavədəki faylda həm statik, həm də dinamik transpose əməliyyatları hazır vəziyyətdə cədvəl olaraq qarşımızdadır. İlk cədvəldə dəyişiklik edərək, transpose edilən cədvəllərdə baş verən / verməyən dəyişiklikləri müşahidə edə bilərik.

P.S. Mövzunun daha rahat anlaşılması baxımından, cədvəllərin formatlarını öncədən istədiyim formaya salmışam. Salmamış olsaydıq, yeni formatlar üzərində əlavə işləmək gərəkəcəkdi.

Mənbə: Elçin Xəlilov

 

Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

İngilis mühasiblər nə qədər qazanır??

posted in: Məqalə, Xəbər | 0

Londonun Morgan McKinley kadrlar agentliyinin apardığı tədqiqatlara görə İngiltərə maliyyəçilərinin maaşları son zamanlarda yüksək artım tempi göstərir. London mühasiblərinin əmək haqqı rekord səviyyəyə qalxıb: banklarda onların illik qazancı 65 min funt sterlinq (təxminən 151 615 manat) təşkil edir. Bank məhsullarına nəzarət sahəsində çalışan mütəxəssislər hazırda belə bir məbləğ qazanırlar. Ötən illə müqayisədə onların qazancı 2,5 min funt sterlinq artıb.  Daxili audit üzrə gənc mütəxəssis isə illik 54 min funt sterlinq qazana bilir. Bu da ötənilki əmək haqqından 4 faiz çoxdur. Azərbaycanda mühasiblərin aylıq əməkhaqqı çox güman ki, 700-1500 manat civarındadır. Belə demək olar ki, İngiltərədə mühasiblərin bir aylıq əmək haqqı Azərbaycanda bu ixtisas sahiblərinin bir ildə əldə etdikləri maaşa bərabərdir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Rusiyada vaxta və kağıza qənaət etmək üçün dövlət rüsumları 2 dəfə azaldılacaq

posted in: Xəbər | 0

Rusiyanın Dövlət Rabitə Komitəsi tərəfindən hökümətin tapşırığı ilə hazırlanmış qanun layihəsinə əsasən, kağız arayışlardan və ya çıxarışlardan imtina edib, bu işi elektron qaydada yerinə yetirməyə hazır olan Rusiya vətəndaşları üçün dövlət rüsumlarının ödənilməsində 50% endirim ediləcək.

Elektron arayışlara keçid onların hazırlanmasına sərf olunan vaxtı azaltmağa, tonlarla kağıza qənaət etməyə imkan yaradacaq, eləcə də sənədlərin itirilməsi problemini aradan qaldıracaq.

Qeyd edək ki, indiyə qədər dövlət orqanları elektron arayışları heç də həmişə qəbul etmirdilər. Diskont almaq üçün sifariş verib dövlət xidmətləri portalından (gosuslugi.ru) və ya onunla eyni sistemə aid vahid identifikasiya saytından icazə sənədi almaq və ödəniş etmək lazım gəlirdi.

Rəqəmsal sənədlər elektron imza ilə təsdiqlənir və kağız daşıyıcılardakı sənədlərlə bərabər tutulur. Kağız arayışlar kimi onları da tələb olunan yerlərə elektron formada təqdim etmək mümkündür.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Öz milli valyutası olmayan ölkələr varmı?

posted in: Məqalə, Xəbər | 0

Öz milli valyutası olmayan ölkələr varmı?

Bir çox ölkələrdə milli valyuta deyil millətlərarası pul işlədilir, yəni bir neçə millət eyni zamanda eyni valyutadan istifadə edir. Buna avrozonanı misal çəkmək olar. Öz pulu olmayan digər ölkələr də mövcuddur. Məsələn, Lixtenşteyndə İsveçrə frankından istifadə olunur.

Avstraliya dollarından isə Avstraliya ittifaqından başqa Kiribati, Nauru və Tuvalu dövlətlərində də istifadə olunur.

Marşall adaları və Salvadorda ABŞ dolları dövriyyədədir.

Zimbabvenin müvəqqəti olaraq öz valyutası yoxdur, çünki tamamilə dəyərdən düşən Zimbabve dolları bir neçə il əvvəl dövriyyədən çıxarılıb. Hazırda 100 trilyonluq əskinaslar kolleksiyaçılar tərəfindən satılır. Bu ölkədə iki pul vahidindən istifadə olunur: ABŞ dolları və CAR randasından.

Belə bir fikir mövcuddur ki, Panamanın da öz valyutası yoxdur, çünki bütün nağd hesablaşmalar zamanı bu ölkədə yalnız ABŞ dollarından istifadə olunur. Lakin, bütün hallarda Panamanın öz pul vahidi mövcuddur və o, Panama balboası adlanır. Dövriyyədə yalnız 2, 1 balboadan və daha xırda sikkələrdən istifadə edilir. Kağız əskinaslar isə yoxdur, onları ABŞ dolları əvəz edir.

Öz valyutası olmayan ölkələrdən biri də Fələstin dövlətidir. Çünki, bu ölkə hələ formalaşma mərhələsindədir və bir sıra dövlətlər tərəfindən hələ də müstəqilliyi tanınmayıb. Fələstində İsrail pul vahidi şekeldən istifadə olunur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.