Vergi sahəsində gözlənilən yeniliklər

posted in: Vergi, Xəbər | 0

Vergi sahəsində yeniliklər gözlənilir.

Azərbaycanda ƏDV-nin və əmək haqqından verginin dəyişəcəyi gözlənilir.

Bu barədə vergilər naziri Mikayıl Cabbarov sahibkarlarla görüşündə bildirib. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilən və digər sahibkar təşkilatlarının da qatıldığı görüşdə ASK rəhbəri Məmməd Musayev,  «Amcham» rəhbəri Nuran Kərimov, Banklar və sığortçılar assosiasiyalarının rəhbərləri, ayrı- ayrı sahibkarlar çıxış ediblər. İlk çıxış edənlərdən olan «Azərsun» prezidenti Abdulbarı Gozal şirkətinin fəaliyəti və qarşılaşdığı problemləri açıqlayıb.

Görüşdə «Veysəloğlu» şirkətinin biznesə dəstək üzrə baş direktoru İlqar Nuri,  Milli Mühasiblər forumunun təşkilatçısı Ruslan Atakişiyev, Turizm sektorunun təmsilçisi Ruslan Quliyev, Qiymətli Kağızlar Assosiasiyasının rəhbəri Ceyhun İbrahimov, «Mətanət A» şirkətinin rəhbəri Elxan Bəşirov və digərləri çıxış edib.

Mikayıl Cabbarov çıxışları dinlədikdən sonra qaldırılan məsələlərə münasibət bildirərək gözlənilən vergi islahatının əsas məqamlarını açıqlayıb. Xatırladaq ki, görüşdə sadələşdirilimşi verginin dövriyyə limitinn 200 min manatdan 500 min manata qaldırılması təklif edilmişdi. Nazir bu təklifə birbaşa cavab verməsə də bildirib ki, nazirlik bu məsələni araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, hazırda ölkədə bu verginin 180 mindən artıq ödəciyicisi var. Amma bunların 95%-dən çoxunun dövriyyəsi 100 minə də çatmır, cəmi 2-3%-nin illik dövriyyəsi  100 min keçir.

Əvəzində sahibkarlara elan edilib ki, yaxın vaxtarda ƏDV ilə bağlı dəyişikliklərin olması gözlənilir. Qeyd edək ki, bu sahədə gözlənilən əsas  dəyişiklik ƏDV-nin diferensiallaşdırılması, yəni ayrı-ayrı subyektlər və ya sahələr üzrə fərqli dərəcənin tətbiqidir.

Dəyişiklik gözlənilən digər sahə əmək haqqından tutulan vergi ilə bağlı olacaq. Tədbirdə bu verginin yüksək olduğu bir neçə dəfə vurğulanıb. Müzakirələrdə əsas mövzulardan biri vergi orqanları və sahibkarlar arasında əminliyin və etibarın artırılması olub. Digər tərəfdən ayrı-ayrı sahələrlə bağlı təşviqat işlərinə də güzəştlərin tətbiqi müzakirə edilib.

Vergilər Nazirliyinin rəhbərliyi elan edib ki, nazirlik sahibkarlarla əməkdaşlığa hazırdır, bir şərtlə ki, qarşı tərəf şəffaf fəaliyyət göstərsin və buna hazır olsun: «kim şəffaflığı artırmağa hazırdırsa onlarla əməkdaşlıq ediləcək»

Bundan başqa, elan edilib ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə ayrıca danışıqlar aparıla və müəyyən razılıqlar (məsələn vergi güzəştləri və ya vergi tətilləri ilə bağlı ) əldə oluna bilər.

Görüşdə nazir elan edib ki, hökumət vergi islahatları baxımından 2018-ci ilə keçid ili kimi baxır. Toplantıda bildirilib ki, böyük və orta şirkətlər, eləcə də holdinqlər keçid prosesinin iştirakçısı olsalar, onların rəqabət qabiliyətini artırmaq üçün (vergi güzəştləri) müzakirə edilə bilər.

Mənbə: fed.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mal kreditlə satılırsa ƏDV necə hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0

Sual: Mağaza müştərilərə 12 və ya 6 aylıq daxili kredit hesabına mallar satır. Ödənişin 12 ay ərzində hissə-hissə ödənilməsinə baxmayaraq vergiyə olan ödəniş malın tam dəyərinə ay sonunda hesablayıb ödəməli oluruq. Bu Vergi Məcəlləsinin hansı maddəsinə əsaslanır.

Cavab: Bildiririk ki, sorğunuzda qeyd olunan malların təqdim olunması zamanı ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtının müəyyən olunması Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir.

Həmin maddəyə əsasən kreditlə təqdim edilmiş mallara görə elektron vergi hesab-fakturası 5 gün ərzində verildikdə, lakin həmin elektron vergi hesab-faktura üzrə ödəmə 30 gün müddətində həyata keçirilmədikdə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt elektron vergi hesab-fakturanın verildiyi vaxt, elektron vergi hesab-fakturası 5 gün ərzində verilmədikdə və ödəmə 30 gün müddətində həyata keçirilmədikdə isə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt həmin malların göndərildiyi və ya təqdim edildiyi vaxt sayılır.

Eyni zamanda bildiririk ki, hüquqi şəxs tərəfindən mallar (iş və xidmətlər) fərdi sahibkarlara və ya hüquqi şəxslərə  təqdim edildikdə elektron qaimə-faktura verilməlidir.

Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı71-1-ci və 166.1-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Naziri ilə görüşdə təklif: Təsisçinin öz müəssisəsinə borc verməsi vergitutulan əməliyyat sayılmasın

posted in: Vergi, Xəbər | 0

“Təklif edirik ki, fiziki və hüquqi şəxsin öz müəssisəsinə borc verməsinə, faiz tətbiq olunan əməliyyat kimi baxılmasın. Çünki Vergi Məcəlləsi VÖEN-i olmayan fiziki şəxsin borca pul verməsini qadağan etmir, pulun faizlə verilməsini qadağan edir. Şəxs öz müəssisəsinə borc verdiyi halda vergi buna mexaniki olaraq bazar qiymətinə əsasən faiz hesablayır. Bunun da əsasında da müvafiq vergi hesablanaraq ödəmə tələb olunur”.

Bunu vergilər naziri Mikayıl Cabbarovun sahibkarlarla görüşündə sahibkardan biri deyib.

Onun fikrincə, müəssisəyə daxili imkanlar hesabına investisiya qoyuluşu vergiyə cəlb edilməməlidir: “Mən hesab edirəm ki, ümumiyyətlə, investisiya mənbəyi kimi daxili mənbələr mühüm əhəmiyyət kəsb edir. Onlardan biri də təsisçinin öz qoyuluşudur. Ona görə də cəmiyyətin, sahibkarların faizli kreditlərə yönəldilməsi düzgün olmaz”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Böyük dördlük şirkətində təcrübə proqramı

posted in: Audit, Xəbər | 0

Vəzifə: IT Risk və Təhlükəsizlik üzrə təcrübə, Məsləhət Xidmətləri

IT Risk Təhlükəsizliyi komandasının üzvü olaraq, siz kompleks və ixtisaslaşdırılmış məsələlərə yönəldilmiş prosedurların yerinə yetirilməsində iştirak edəcəksiniz. Siz peşəkar standartlara cavab verən strategiyaları yerinə yetirmək üçün planlar hazırlayan komanda ilə birgə işləyəcəksiniz.

Əsas bacarıqlar:

  • Maliyyə auditi çərçivəsində informasiya sistemləri auditində iştirak etmək;
  • Geniş IT və informasiya təhlükəsizliyi konsaltinq proyektlərində iştirak;
  • Texnoloji inkişafları müəyyən etmək və müştərinin biznesinə təsirini qiymətləndirmək üçün müştərilərin biznes/sənaye biliklərindən geniş şəkildə istifadə etmək;
  • Mükəmməl layihə idarəetmə bacarıqlarını nümayiş etdirmək, komanda üzvləri ilə komanda işini və məsuliyyətini ruhlandırmaq;
  • Məhsul və xidmətlərin effektivliyini artırmaq üçün mövcud texnologiya / vasitələrdən istifadə.

Sahib olacacağınız rol üçün sizdə olmalıdır:

  • Tanınmış universitet dərəsəcəsi: Texniki təhsil;
  • Əla şəkildə komandada işləmək və müştəriyə xidmət bacarığı;
  • Professional mühitdə inteqrasiyanın nümayişi;
  • CobiT, ITIL
  • Təqdimat bacarığı;
  • IP şəbəkələri protokolları və xidmətləri;
  • İnformasiya təhlükəsizliyi metodologiyası və təcrübəsi;
  • Sahə üzrə 1 ildən artıq təcrübə üstünlük hesab olunacaq;
  • IT audit;
  • Proqramlaşdırma;
  • Məlumat bazası / əməliyyat sisteminin idarə edilməsi

Digər tələblər:

  • Yaxşı ingilis dili biliyi (Yazılı və şifahi)
  • MS Office proqramları biliyi;
  • Overtime işləməyə uyğun olmaq;
  • Səyahət etməyə uyğun olmaq (Qazaxıstan və digər ölkələr)

Son müraciət tarixi: 15 may, 2018

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət etmək üçün bu linkə daxil olun.

Qeyd: Yazı ingilis dilindən tərcümə olunmuşdur.

Mənbə: www.ey.com

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.