“Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik edilir

posted in: Xəbər | 0

“Müflisləşmə və iflas haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Layihə borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədi ilə hazırlanıb.

Dəyişikliklərdən biri borclunun aktivlərinin satılması ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, dəyəri borclunun aktivlərinin 5% və daha çox hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və bu qanunun 48-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmiş qaydada kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və bu qanunun 26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata keçirilir. Dəyəri borclunun aktivlərinin 5%-indən az hissəsini təşkil edən aktivlərinin satılması əmlak inzibatçısı tərəfindən bu qanunun tələbləri nəzərə alınmaqla kreditorlar yığıncağının razılığı olmadan həyata keçirilə və ya satış planına daxil edilməsi təklif edilə bilər.

Qeyd edək ki, hazırda mövcud olan qanunvericilikdə isə faiz qeyd olunmayıb. Ümumilikdə borclunun əsas vəsaitlərinin satılması kimi qeyd olunub.

Borclunun öz əmlak hüqqularının verilməsinin məhdudlaşdırııması maddəsində dəyişiklik edilib. Dəyişikliyə əsasən borclunun iflas prosesinə başlanması məqamından əvvəlki 6 ay ərzində bir kreditoru digər kreditorlara münasibətdə ödənişlərin növbəliliyində üstün vəziyyətə gətirəcək əqdlər bağlandıqda əmlak inzibatçısı borclunun bağladığı əqdlərin mübahisələndirilməsi üçün məhkəməyə müraciət edə biləcək.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən isə hüquqların verilməsi və ya girov hüququnun yaradılması bu qanunun 2-ci maddəsində göstərilmiş iflas prosesinə başlanılması məqamından əvvəlki 90 gün ərzində həyata keçirildikdə borclu məhkəməyə müraciət edə bilir.

Qanun layihəsi sağlamlaşdırma haqqında məhkəməyə verilən ərizənin məzmununa dair tyələbləri və ərizəyə əlavə olunan sənədlərin dairəsini müəyyən edir, o cümlədən borclunun sağlamlaşdırılmasının sağlamlaşdırma planı əsasında həyata keçirilməsini və bu planın tərtibi, hazırlnamsı, təsdiqi və sağlamlaşdırma prosesinə başlanılmasının yaratdığı hüquqi nəticələri təsbit edir.

Layihədə qeyd olunur ki, sağlamlaşdırma borclunun ödəmə qabiliyyətinin bərpası üsuludur.

Sağlamlaşdırma planı borclunun ödəniş qabiliyyətinin bərpası və iş yerlərinin saxlanılması məqsədil, həyata keçirilmə vaxtı, o cümlədən kreditorun tələblərinin ödənilməsi cədvəli, həmçinin əldə olunan nəticələr, istifadə olunan resurslar və mümkün risklər göstərilməklə sağlamlaşdırma prosesinin tətbiqi zamanı borclunun sağlamlaşdırılmasına yönələn və borclu ilə kreditor arasında qarşılıqlı razılıq əsasında həyata keçirilən tədbirlər kompleksidir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 161
Bakı şəhəri, 17 aprel 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel
tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ
xidmət Qaydaları”nda dəyişiklik edilməsi haqqında

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikasının
Baş naziri                               Artur Rasi-zadə

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Məşğulluq haqqında” qanun qəbul edilib

posted in: Xəbər | 0

Azərbaycan Milli Məclisdə keçirilən plenar iclasda yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi 5 fəsil, 34 maddən ibarətdir.

Yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib. Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur.İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir. Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir.

Layihədə aktiv məşğulluq tədbirlərindən biri hesab olunan və hazırda tətbiqinə önəm verilən özünə məşğulluğa dair yeni maddə daxil edilib. Çünki hazırda qanunda bu tədbiri tənzimləyən müvafiq maddə yoxdur. Yeni maddə ilə özünə məşğulluq tədbirlərinin mərhələləri və müddətləri monitorinq, əmlakların qaytarılması və s. prosedurlar müəyyən edilib. Layihəyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də, müvafiq şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə, özünəməşğulluğa cəlb edilirlər.

İşsiz şəxslərin özünəməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

Layihədə işaxtaran və işsiz şəxslərin sosial təminatlarına əlavələr edilib, peşə hazırlığı dövründə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. O qeyd edib ki, bu məbləğ hazırki məbləğdən (75 manat) 1.7 dəfə çoxdur.

Qanun layihəsi müzakirədən sonra səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul olunub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Deputat mühasibləri hədəfə aldı

posted in: muhasibat, Xəbər | 0

“Azərbaycanda baş mühasib, peşəkar mühasib həmişə problem olub. Peşəkar mühasiblər isə olduqca azdır. Biz bu qanunu Azərbaycanda tətbiq etməklə milli mühasibat uçotunun standartlara uyğunlaşdırmaqla mühasiblərə daha ciddi tələblər irəli sürürük. Mən bilmək istərdim ki, Azərbaycanda mühasibat vəziyyəti nə yerdədir. Doğurdanmı bizdə yaxşı mühasiblər var? Mən inanmıram”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Mühasibat uçotu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, biz bu qanunu qəbul edəndən sonra sahibkarlar ciddi problemlərlə üzləşsinlər.

“Ola bilər ki, onlarda işləyən mühasiblər bu standartlara uyğun deyil. Onlar imtahan verməlidrlər. Haradasa imtahandan keçməlidirlər. Bu qanun layihəsi bizim sahibkarlar üçün problemlər yarada bilər”.

Mənbə: faktxeber.com

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.