Attestasiyanın nəticələrinə görə işçilər üçün hansı qərarlar qəbul oluna bilər?

posted in: Xəbər | 0

Sual: Attestasiyanın nəticələrinə görə işçilər üçün hansı qərarlar qəbul oluna bilər?

Cavab: Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir.

Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət  edərək müvafiq qərar qəbul edir.

Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra  attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə,  işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.

Xəstəlik müddəti, məzuniyyətdə və ezamiyyətdə olduğu dövr 30 günlük müddətə daxil edilmir.

Yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini  təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür.

Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında  mübahisəli məsələlər qanunvericiliyə müvafiq surətdə məhkəmələrdə baxılıb həll edilir.

Mənbə: nhmt-az.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Baş mühasib beynəlxalq sertifikata malik olmalıdır – “Mühasibat uçotu haqqında” qanunda dəyişikliklər ediləcək

posted in: muhasibat, Xəbər | 1

“Mühasibat uçotu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Layihəyə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən pulik hüquqi şəxslərin baş mühasibləri peşəkar olmalıdırlar.

Maliyyə nazirinin müavini Emin Hüseynov bildirib ki, ictimai əhəmiyyətli qurumların baş mühasibləri peşəkar mühasib sertifikatına malik olmalıdırlar. Hazırda apardığımız ilkin hesablamalara əsasən, peşəkar mühasib tələb olunan təşkilatların sayı 10 mindən yuxarıdır. Nəticədə 10 min təşkilatda maliyyə hesabatı beynəlxalq satandartlara uyğun olacaqsa, 10 min baş mühasib tələb olunacaq. Bu proses mərhələli, qrafikə uyğun aparılacaq.

“İctimai əhəmiyyətli qurum beynəlxalq standartlara cavab verməlidir. Beynəlxalq satandartları tətbiq edəcək adamlar lazımdır. Bunun üçün də baş mühasib beynəlxalq pəşəkar mühasib sertifikatına malik olmalıdır”, – deyə o qeyd edib.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını və peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını təmin edir. Bundan başqa, qanun layihəsi ilə kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydaları ləğv edilib.

Layihəyə əsasən, Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı müddəaların çıxarılması nəzərədə tutulduğu üçün həmin layihədə Mühasibat Uçotu üzrə Məsləhət Şurasının yaradılması və fəaliyyətinin tənzimlənməsi ilə bağlı maddələr ləğv edilib.

Eyni zamanda layihəyə mühasibat uçotunun aparılmasında dövlət nəzarətinin həyata keçirilməsi, mühasibat uçotu subyektlərinin bu qanunla müəyyən edilmiş uçot qaydalarına riayət etməsinin yoxlanılması ilə bağlı normalar daxil edilib.

Qeyd edək ki, qanun layihəsi ilə ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəlxalq standartlara keçid təmin ediləcək.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

1 ildən aşağı təcrübə və 600 manat əmək haqqı ilə mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Ferrum Capital

Vəzifə: Mühasib köməkçisi

İş barədə məlumat

  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
  • Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
  • Kassa əməliyyatlarının uçotu
  • Borcların ödənilməsinə dair hesabatların hazırlanması
  • Müdriyyət tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi
  • İş vaxtı: Bazar ertəsi-Cümə (10:00-dan 19:00-dək), Şənbə günləri (10:00-dan 16:00-dək)

Namizədə tələblər

  • Azərbaycan dilində mükəmməl səviyyədə bilmək
  • Microsoft Office proqramlarını, əsasən də Excell proqramını yaxşı səviyyədə bilmək
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Namizədin kollektivlə işləmək bacarığı və nizam-intizam qaydalarına hörmətlə yanaşmağı və ünsiyyət qura bilmə bacarığı

Əmək haqqı: 400-600 AZN

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dövlət Gömrük Komitəsinə yeni sədr təyin olundu

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin adı məlum olub.

Nazirlər Kabinetinin yeni siyahısında deyilir.

Məlumata görə, Səfər Məmməd oğlu Mehdiyev komitə sədri təyin edilib.

Qeyd edək ki, o bu vəzifədə Aydın Əliyevi əvəz edib.

Mehdiyev Səfər Məmməd oğlu 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirmişdir.Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR, Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır.

1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.

2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.

2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

Səfər Mehdiyev — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantıdır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.