Dövlət büdcəsindən bir sıra qurumlara ayrılan vəsaitlərin icra vəziyyəti yoxlanılıb
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. İclasda həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə və Palatanın fəaliyyəti üzrə illik hesabatlar müzakirə olunub.
İclasda Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sığortası üzrə gəlir və xərclərin icrasına, dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Milli Arxiv İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Səhiyyə Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə dair hesabatlar dinlənilib.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi və Palatanın fəaliyyəti üzrə illik Hesabat müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların və “Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında Hesabat”ın Milli Məclisə təqdim olunması qərara alınıb.
İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.
Mənbə: report.az
Vergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 850.000 manat olan şirkət yaradılıb.
2018-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,5 min nəfər olub, onlardan 887,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.