Bu gün Bakıda Nağd ödənişlərə aid konfrans keçirilir

posted in: Xəbər | 0

Bu gün Bakıda “Nağd ödəniş, İnkasassiya və Bankda kassa əməliyyatları” VII beynəlxalq konfrans keçirilir.

Hər il keçirilən beynəlxalq konfransda MDB ölkələrində fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri, kassa, hesablama və əməliyyat bölmələrinin mütəxəssisləri, pul dövriyyəsi sahəsində aparıcı analitiklər və beynəlxalq mütəxəssislər, Mərkəzi və Milli bankların nümayəndələri, həmçinin banklar üçün ixtisaslaşmış məhsul və xidmətlər istehsal edən şirkətlər iştirak edir.

Bu konfrans bank və nağd pul dövriyyəsinin mütəxəssisləri üçün nağd pul dövriyyəsi ilə bağlı bu gün üçün aktual mövzuları müzakirə etmək, biznes görüşlər keçirmək üçün çox mühüm tədbirlərdən sayılır. Konfransın məqsədi aparıcı texnologiya və təcrübə mübadiləsi, həmçinin yeni işgüzar əlaqələrin yaradılması və müştərək biznes ideyalarının tapılması, nağd ödənişlər sayəsində qərarlar və innovasiyalar üçün böyük imkanlar yaratmaqdır.

Bu il keçirilən konfransda müasir bank biznesində pul dövriyyəsinin rolu, yeni şəraitdə yeni məqsədlər, Pulun mövcudluğu və iqtisadiyyatın rəqəmsallaşması, çağırışlar və perspektivlər, nağd vəsaitin idarə edilməsi və “Cash-management”də yeni baxış, inkasassiya və nağd vəsaitinin yenidən hesablanması, aktual məsələlər və yeni yanaşmalar, nağd vəsaitin idarəedilməsi, pul nişanlarının müdafiəsinə müasir tələblər, onların standartları və dəyişiklikləri, nağd vəsaitin idarəedilməsi ilə bağlı cinayətkarlıqla mübarizə və saxta pulların ekspertizası və sair mövzular müzakirə olunur.

“Nağd ödəniş, İnkasassiya və Bankda kassa əməliyyatları” VII Beynəlxalq Konfransının təşkilatçısı “Business-Format” şirkətidir, media tərəfdaşı qismində APA Holding çıxış edir.

Xatırladaq ki, indiyədək bu konfrans Ukrayna, Belarus və Qazaxıstanda keçirilib.

Qeyd edək ki, konfrans sabah da öz işini davam etdirəcək.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

QSC-dən MMC-yə necə keçməli?

posted in: Xəbər | 0

Sual: QSC-dən MMC-yə keçmək üçün hansı sənədlər tələb olunur? Eyni zamanda prosedur qaydalarla da bağlı məlumat almaq istərdim.

Cavab: Bildiririk ki, qapalı səhmdar cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi hüquqi şəxsin yenidən təşkil edilməsinə aid edilir. Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Təhvil aktı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir

Təhvil aktında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır.

Hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin.

Eyni zamanda bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. Həmin Qanunun 9.2-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Vergilər Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Ərizəyə çevrilmə barədə qərar, təhvil aktı, hüquqi şəxsin yenidən təşkil edilməsi barədə qəzetdə dərc edilmiş elan, yeni təsdiq edilmiş nizamnamə (hüquqi varislik barədə məlumat göstərilməklə), yeni rəhbər təyin edilmə barədə sənədlər də əlavə olunur.

Bununla yanaşı, QSC-yə məxsus qiymətli kağızların dövriyyədən çıxarılması barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından arayışın, habelə hüquqi şəxsin təsisçisinin (təsisçilərinin) şəxsiyyətini təsdiq edən sənədin təqdim olunması da tələb olunur.

BaxMülki Məcəllənin  55-58-ci və 92-ci maddələri, Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il, tarixli 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında Qanununun 9-cu maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə şöbəsi üzrə Təcrübə proqramı

posted in: Maliyyə, Xəbər | 0

Norm Sement Zavodu Maliyyə şöbəsi üzrə Təcrübə proqramı elan edir.

Müraciət edən şəxslər üzrə nəzərdə tutulmuş əsas vəzifə və öhdəliklər aşağıdakılardır:

  • Hesab-fakturaların, Subpodratçıların və Tədarükçülərin Aralıq ödəniş hesablarının qəbul edilməsi, saxlanması və qeydiyyatı;
  • Hesab-fakturanın çeşidlənməsi, surətinin çıxarılması və paylanması;
  • Jurnalda qeydiyyatların aparılması və məlumatların tərtib edilməsi;
  • Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması və üzərində tarix möhürünün vurulması;
  • Jurnalda müvafiq qeydlərin aparılması;
  • Hesab-fakturaların icrası ilə bağlı tədarükçülərin telefon zənglərinin cavablandırılması;
  • Kreditor borclar ilə bağlı bütün məsələlərin müəyyən edilməsi, təhlili və idarəolunmasında kreditor hesablar üzrə mühasibə dəstək verilməsi;
  • Mühasibat sənədlərinin, daxili və kənar qurumlar, şöbələr və şəxslərlə yazışmalar və məlumat mübadiləsinin nəzərdən keçirilməsi və qeydiyyatı;
  • Müştəri ödənişlərinin qeydiyyata alınması və təşkili;
  • Müştəri müraciətlərinə baxılması və lazım gələrsə uyğunsuzluqların aradan qaldırılması;
  • Debitor borclar və müştəri xidmətləri ilə bağlı bütün məsələlərin müəyyən edilməsi, təhlili və olunmasında debitor hesablar üzrə mühasibə dəstək verir;
  • Ayın sonunda maliyyə hesabatının bağlanmasına dəstək.

Namizəddən sadalanan xüsusiyyətlər tələb olunur:

  • İqtisadiyyat, Maliyyə və ya Biznes ixtisasında bakalavr dərəcəsi üzrə hal-hazırda sonuncu kursda təhsil alan və ya cari ilin məzunları;
  • İngilis dili orta səviyyədə;
  • MS Office proqramları orta səviyyədə, MS excel üzrə səriştə.

Tərcümeyi-hallarınızı  ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 15.04.2018

Mənbə: norm.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

posted in: Maliyyə, Xəbər | 0

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib.

“Adı çəkilən qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə müraciət edə bilərsiniz:

Telefon: (012) 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 282 Elnarə Kazimova, 469 Günay Mamedova”, – deyə məlumatda qeyd olunub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.