Bu gün Bakıda Nağd ödənişlərə aid konfrans keçirilir

posted in: Xəbər | 0
birbank biznes

Bu gün Bakıda “Nağd ödəniş, İnkasassiya və Bankda kassa əməliyyatları” VII beynəlxalq konfrans keçirilir.

Hər il keçirilən beynəlxalq konfransda MDB ölkələrində fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri, kassa, hesablama və əməliyyat bölmələrinin mütəxəssisləri, pul dövriyyəsi sahəsində aparıcı analitiklər və beynəlxalq mütəxəssislər, Mərkəzi və Milli bankların nümayəndələri, həmçinin banklar üçün ixtisaslaşmış məhsul və xidmətlər istehsal edən şirkətlər iştirak edir.

Bu konfrans bank və nağd pul dövriyyəsinin mütəxəssisləri üçün nağd pul dövriyyəsi ilə bağlı bu gün üçün aktual mövzuları müzakirə etmək, biznes görüşlər keçirmək üçün çox mühüm tədbirlərdən sayılır. Konfransın məqsədi aparıcı texnologiya və təcrübə mübadiləsi, həmçinin yeni işgüzar əlaqələrin yaradılması və müştərək biznes ideyalarının tapılması, nağd ödənişlər sayəsində qərarlar və innovasiyalar üçün böyük imkanlar yaratmaqdır.

Bu il keçirilən konfransda müasir bank biznesində pul dövriyyəsinin rolu, yeni şəraitdə yeni məqsədlər, Pulun mövcudluğu və iqtisadiyyatın rəqəmsallaşması, çağırışlar və perspektivlər, nağd vəsaitin idarə edilməsi və “Cash-management”də yeni baxış, inkasassiya və nağd vəsaitinin yenidən hesablanması, aktual məsələlər və yeni yanaşmalar, nağd vəsaitin idarəedilməsi, pul nişanlarının müdafiəsinə müasir tələblər, onların standartları və dəyişiklikləri, nağd vəsaitin idarəedilməsi ilə bağlı cinayətkarlıqla mübarizə və saxta pulların ekspertizası və sair mövzular müzakirə olunur.

“Nağd ödəniş, İnkasassiya və Bankda kassa əməliyyatları” VII Beynəlxalq Konfransının təşkilatçısı “Business-Format” şirkətidir, media tərəfdaşı qismində APA Holding çıxış edir.

Xatırladaq ki, indiyədək bu konfrans Ukrayna, Belarus və Qazaxıstanda keçirilib.

Qeyd edək ki, konfrans sabah da öz işini davam etdirəcək.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email