533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı üzrə uçot (1-ci hissə)

posted in: Xəbər | 0

Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar

Əməkhaqqı dedikdə, işəgötürən tərəfindən işçiyə müəyyən iş vaxtı müddətində üzərinə düşən öhdəliyi yerinə yetirmək üçün əmək müqaviləsinə əsasən görülən işə görə ödənilən gündəlik yaxud aylıq məbləğ nəzərdə tutulur. 533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı belə məbləğlərin uçotu üçün nəzərdə tutulub. Bu hesab Hesablar Planının  53-cü maddəsi (“Qısamüddətli kreditor borclar”) üzrə açılan hesablardan biridir.

Əməkhaqqı pul yaxud natura şəklində ödənilə bilər. Əməkhaqqı ilə yanaşı işçiyə əlavələr, mükafatlar, digər ödənişlərin edilməsi mümkündür.

Beynəlxalq mühasibat standartlarına görə işçilərin mükafatlandırılması ilə bağlı münasibətlər 2 №-li “Pay alətləri əsasında ödəmə” MHBS (İFRS 2), 19 №-li “İşçilərin mükafatlandırılması” MUBS (İAS 19), 24 №-li “Əlaqəli tərəflərlə bağlı məlumatların açıqlanması” MUBS-a əsasən (İAS 24) tənzimlənir.

“Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı üzrə tənzimləmələr

Əməyin ödənişi üzrə işçi heyətinə olan borclara subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir. Qaydaların 43.1-ci bəndinə görə 53-cü maddə üzrə aşağıdakı hesablar açıla bilər:

533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” qısamüddətli kreditor borcları maddəsi üzrə açılan hesablardan biridir.

533 №-li “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı öhdəlik (passiv) hesabıdır və mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi zamanı işçi heyətinin mükafatlandırılması ilə əlaqədar ödənilməli olan borclar barədə ümumiləşdirilmiş məlumatlar əks etdirmək üçün nəzərdə tutulub.

Əməyin ödənişi üzrə işçi heyətinə borclar yarandıqda yuxarıda qeyd edilən qaydaların 43.19-cu, hesablanmış borclardan tutulmalar aparıldıqda 43.20-ci bəndi tətbiq edilir.

Belə borclar ödənildikdə mühasibat yazılışları həmin qaydaların 43.23-cü bəndi, borclar üçüncü şəxs tərəfindən ödənildikdə 43.24.-cü bəndi əsasında aparılır.

Əməyin ödənişi üzrə işçi heyətinə olan borcların bağışlanması yaxud iddia müddətinin keçməsilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi zamanı müxabirləşmələr həmin qaydaların 43.25.-ci bəndinə uyğun nizamlanır.

İstehsalla bağlı olmayan sahədə əməkhaqqı üzrə müxabirləşmə nümunələri

“A” MMC-nin 5 nəfər işçisinin əməkhaqqı məlumatları aşağıdakı kimidir:

1-ci işçi – 2500 manat;

2-ci işçi – 2200 manat;

3-cü işçi – 2000 manat;

4-cü işçi – 1500 manat;

5-ci işçi — 900 manat.

Cəmi hesablanan əməkhaqqı 9100 manat təşkil edir.

İşçi tərəfindən ödənilən sığorta haqlarının uçotu:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əməkhaqqı hesablandıqda 721 – İnzibati xərclər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 9100.00
2 İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər 840.00
3 İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 45.50
4 İşçi hesabına icbari tibbi sığorta haqqı hesablandıqda (2%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 182.00

İşəgötürən tərəfindən ödənilən sığorta haqlarının uçotu:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İşəgötürən hesabına sosial sığorta haqqı hesablandıqda (22%) 721 – İnzibati xərclər 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər 1435.00
2 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) 721 – İnzibati xərclər 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 45.50
3 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  hesablandıqda (2%) 721 – İnzibati xərclər 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 182.00

Ödəniş sosial sığorta haqları üzrə ayrı-ayrılıqda həyata keçirilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İşçiyə əməkhaqqı ödənildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 223 – Bank hesablaşma hesabları 8032.50
2 İşçiyə görə hesablanan sosial sığorta haqqı ödənildikdə (3%) 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 840.00
3 İşəgötürən hesabına sosial sığorta haqqı ödənildikdə (22%) 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 1435.00
4 İşçiyə görə hesablanan işsizlikdən sığorta haqqı ödənildikdə (0.5%) 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 45.50
5 İşçiyə görə hesablanan icbari tibbi sığorta haqqı ödənildikdə (2%) 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 182.00
6 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı ödənildikdə (0.5%) 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 45.50
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı ödənildikdə (2%) 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 182.00

İstehsal sahəsində əməkhaqqı hesablanması ilə bağlı müxabirləşmə nümunələri

“A” MMC dəmir qapıların istehsalı ilə məşğul olur. Müəssisənin 35 nəfər işçisinin 27-si istehsal binasında, 8-i isə inzibati binada işləyir. İnzibati binada işləyən işçilərdən fərqli olaraq istehsalatda çalışan işçilərin əməkhaqqı xərcləri istehsalat məsrəflərinə aid edilir.

İstehsal binasında işləyən işçilər üçün cəmi hesablanmış əməkhaqqı 14050 manat təşkil edir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əməkhaqqı hesablandıqda 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 14050.00
2 İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər 1027.00
3 İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 70.25
4 İşçi hesabına icbari tibbi sığorta haqqı hesablandıqda (2%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 281.00
5 İşəgötürən hesabına sosial sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (22%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər 2485.50
6 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (0.5%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 70.25
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  istehsalat məsrəflərinə aid edildikdə (2%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 281.00

 533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı üzrə digər müxabirləşmə nümunələri ilə buradan tanış olmaq olar.

İşçilərlə hesablaşmalar haqqında daha geniş məlumat almaq üçün buraya keçid ala bilərsiniz.

ƏDV-nin büdcəyə ödənmə vaxtı necə müəyyən olunur?

Ofisiantlar nə qədər vergi ödəyirlər?

posted in: Xəbər | 0

Mövzunu “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.

İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər – ofisiantlar bu fəaliyyətə başlamaq üçün vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və Dövlət Vergi Xidmətindən növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdırlar.

Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs – ofisiant üçün aylıq 10 manat məbləğində sadələşdirilmiş vergi hesablanır. Həmin şəxslər aşağıdakı əmsallar tətbiq edilməklə ödənişi həyata keçirirlər:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
  • Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
  • Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və
  • Naftalan şəhərlərində – 1,0;
  • Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5.

Qeyd olunan şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının (345 manatın) 3 faizi miqdarında hesablanır və ərazi üzrə aşağıdakı əmsallar tətbiq edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
  • Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
    Digər şəhər və rayonlarda – 1,0.

İcbari tibbi sığorta isə minimum aylıq əməkhaqqının 4 faizi məbləğində ödənilməlidir. Bu ödəniş ərazi vahidlərinə bölünmür, əmsallar tətbiq edilmir.

Bakı şəhərində fəaliyyət göstərən şəxsin aylıq vergiləri və sosial ödənişləri aşağıdakı kimi hesablanacaq:

Sadələşdirilmiş vergi məbləği: 10 x 2 = 20 manat;
Məcburi dövlət sosial sığorta haqqı: (345 x 3%) x 2 = 20.7 manat;
İcbari tibbi sığorta haqqı: 345 x 4% = 13.8 manat.

Vergi Məcəlləsinin 58.12 maddəsinə əsasən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərən şəxsə:

– Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən edilmiş aylıq sabit vergi məbləğinin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin 40 faizi miqdarında;

– təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az

İxrac əməliyyatlarına görə əldə edilən valyuta sərvətlərinin ölkəyə qaytarılması qaydaları

Birdəfəlik müavinətlər Birbank-da

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərin həyatını rahatlaşdırmaq, vaxta qənaət etmək, müştəri məmnuniyyətini artırmaq məqsədilə rəqəmsal həllər təklif etməyə davam edir. Bu dəfəki yenilik Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq nəticəsində həyata keçirilir.

Belə ki, artıq uşağın anadan olmasına və dəfnə görə müavinətləri Birbank mobil tətbiqindən əldə etmək mümkündür.

Daha öncə müştərilər bu ödənişləri əldə etmək üçün bank filialına yaxınlaşaraq müəyyən sənədləri təqdim etməklə vəsaiti əldə edə bilərdilər. Artıq vaxt itirməyə gərək yoxdur. Müştərilər Birbank mobil tətbiqinə daxil olduqda müavinət məbləğini, məbləğin hansı növə aid olduğunu görə, vəsaiti istənilən banka məxsus kart kesabına köçürə bilərlər. Birbank mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid linki göndərilir ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına köçürmək mümkündür.

Xatırladaq ki, yeniliyin ardından müştərilər birdəfəlik ödənişlərlə bağlı sənədləri DSMF-yə təqdim etdikdən sonra onlara ödənişi fiziki olaraq bank filialından və ya rəqəmsal formada Birbank mobil tətbiqindən əldə etmək seçimi verilir.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

Riskli vergi ödəyicilərinin siyahısına daxil olma və çıxarılma şərtləri

Riskli vergi ödəyicilərinin siyahısına daxil olma və çıxarılma şərtləri

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib. Artıq yeni sənəd “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin təsdiq edilməsi haqqında” adlandırılır.  

Yeniliyi iqtisadçı ekspert Emin Səttarov şərh edir.

Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanan sənəd vergi ödəyicisinin risk meyarlarını və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir. Əvvəlki qərardan fərqli olaraq, 21 noyabr 2024-cü il tarixindən Nazirlər Kabinetinin 265 nörməli qərarı ilə riskli vergi ödəyiciləri meyarı 3 istiqamət üzrə müəyyən olunub:

1. İşlərin görülməsi və ya xidmətlərin göstərilməsi üzrə;

İşlərin görülməsi və ya xidmətlərin göstərilməsi müvafiq iqtisadi resurs tələb edirsə və ya mövcud iqtisadi resurslar yetərli olmadığı halda, yaxud həmin resurslar olmadığı halda subpodratçı da cəlb etmədən həmin əməliyyat yerinə yetirilibsə, bu əməliyyat üzrə satıcı şəxs riskli vergi ödəyicisi olacaq.

İqtisadi resurslar aşağıdakı kimi təsnifləndirilib:

1. Təsərrüfat obyekti;
2. İşçi qüvvəsi;
3. Əsas vəsaitlər;
4. Xammal-material ehtiyatları;
5. Fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar.

2. Malların təqdim edilməsi üzrə;

Aşağıdakı qeyd olunmuş sənəd üzrə mallar əldə edilmədən təqdim edilməsinə görə təqdimetməni həyata keçirən şəxs həmin əməliyyat üzrə riskli vergi ödəyicisi olacaq:

1. Elektron qaimə-faktura üzrə;
2. Malların alış aktı üzrə;
3. Yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) üzrə;
4. Əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar;
5. Notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar;
6. İstehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar;
7. İstehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) əsas vəsaitlər;
8. Nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər.

3. Əmtəəsiz əməliyyatlar üzrə;

Bu hal birinci və ikinci bəndin nəticəsi olaraq qeyd olunub. Yəni, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyat hesab olunur.

Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi Qaydası və şərtləri

Satıcının təqdim etdiyi və eyni zamanda alıcı tərəfindən təsdiq edilmiş və ya təsdiq edilmiş hesab olunan (5 gün ərzində sistem tərəfindən təsdiq edilmiş) elektron qaimə-fakturalar üzrə 15 iş günü müddətində vergi orqanı tərəfindən təhlil aparılacaq. Təsdiq edilmiş əməliyyat 15 iş günü müddətində nəzərdə tutulan risk meyarlarından ən azı birinə cavab verərsə, həm satıcıya, həm də alıcıya aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq məktubu göndəriləcək.

Xəbərdarlıq bildirişi daxil olduqdan sonra 5 iş günü ərzində alıcı tərəfindən ya əməliyyat ləğv edilməli, ya da həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilməlidir. Əgər satıcı əməliyyatı ləğv etməsə və ya təqdim etdiyi izahatı (sənədləri) kifayət qədər tam və ya əsaslı olmasa, Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndəriləcək. Əlavə olaraq satıcıya əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq ediləcək.

Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması Qaydası və şərtləri

Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir:

1. Vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə;

2. Aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə.

Mənbə: vergiler.az

Sadələşdirilmiş vergi bəyannaməsinin vaxtı: xüsusi məqamlar

1 246 247 248 249 250 251 252 2. 683