Bu şəxslərin əmək haqları artırıldı

posted in: Xəbər | 0

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb.

Bu, Nazirlər Kabinetinin Azərbaycan Prezidentinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə qəbul etdiyi qərarda öz əksini tapıb.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının sxemi bu qərarın 1-19 nömrəli əlavələrinə uyğun olaraq təsdiq edilib.

Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu qərarın 1-2-ci, 5-6-cı və 8-19-cu əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 3-4-cü və 7-ci əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 40 manat məbləğində əlavələr ödəniləcək.

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarı ləğv edilib (3-cü hissəsi istisna olmaqla).

Qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi ödəyicisi pərakəndə və topdansatış fəaliyyətinin hər ikisi ilə məşğul ola bilər?

posted in: Vergi, Xəbər | 0

Sual: Pərakəndə ticarətlə məşğul olan fiziki şəxs eyni təsərrüfat subyektində həm də topdan ticarət fəaliyyəti ilə məşğul ola bilər?

Cavab: Bildiririk ki, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Qeyd olunanlardan göründüyü kimi eyni ticarət obyektində pərakəndə və topdansatış fəaliyyətinin həyata keçirilməsinə yol verilməməlidir.

Bax: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda orta aylıq əmək haqqı azalıb

posted in: Xəbər | 0

Bu il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 508,4 min nəfər olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlardan 881 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 627,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22%-i təhsil, 19,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,9%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3% artaraq 519,8 manat təşkil edib. Amma bu,  ilin əvvəli ilə müqayisədə isə 1,6% azdır.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib

posted in: Xəbər | 0

Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib.

Tədbirdə iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, Azərbaycan artıq ixrac potensialını formalaşdırıb və yeni bazarlar axtarır.

“Bu baxımdan dövlət xidmətlərinin elektronlaşdırılması vacib məsələdir. Bu, xərclərin azaldılmasına və vaxt itkisinin aradan qaldırılmasına şərait yaradır. Portala 13 dövlət qurumunun 23 şöbəsi cəlb edilməlidir”, – o qeyd edib.

Bundan başqa, nazir müavininin sözlərinə görə, indiyə qədər Azərbaycanda iş adamlarına 5 311 lisenziya verilib və bunun 51%-i yeni lisenziyalardır.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.