Azərbaycanda “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib

posted in: Xəbər | 0

Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib.

Tədbirdə iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, Azərbaycan artıq ixrac potensialını formalaşdırıb və yeni bazarlar axtarır.

“Bu baxımdan dövlət xidmətlərinin elektronlaşdırılması vacib məsələdir. Bu, xərclərin azaldılmasına və vaxt itkisinin aradan qaldırılmasına şərait yaradır. Portala 13 dövlət qurumunun 23 şöbəsi cəlb edilməlidir”, – o qeyd edib.

Bundan başqa, nazir müavininin sözlərinə görə, indiyə qədər Azərbaycanda iş adamlarına 5 311 lisenziya verilib və bunun 51%-i yeni lisenziyalardır.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir

posted in: Vergi, Xəbər | 0

“Artıq 3 aydır Vergilər Nazirliyi yoxlamaları müvəqqəti dayandırıb, hazırda daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir.”

Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

“Vergilər Nazirliyinin məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin artırılmasıdır. Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq, amma, bu, o demək deyil ki, vergi nəzarəti olmayacaq”, – nazir müavini bildirib.

Vergi ödəyicilərinin karqo ilə bağlı üzləşdikləri problemlərə də aydınlıq gətirən S.Ələkbərov idxalla məşğul olan bəzi karqo şirkətlərinin fəaliyyətində pozuntuların olduğunu istisna etməyib. O deyib ki, vergi və gömrük sənədlərinin düzgün tərtib etməyən karqo şirkətləri tərəfindən gömrük orqanına təqdim olunan sənədlərdə uyğunsuzluqlar mövcuddur, bəzi hallarda saxta qaimələr təqdim edilir ki, bu da vergidən yayınmalara şərait yaradır.

“Ona görə də şəffaflığın təmin olunması məqsədi ilə bu sahədə yeni innovativ alətlərin tətbiqi üzərində iş aparılır”, – nazir müavini qeyd edib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi Qanunvericiliyinə dəyişiklik ediləcək

posted in: Vergi, Xəbər | 0

“Vergiləri tam və vaxtında ödəyən intizamlı vergi ödəyiciləri vergi orqanları tərəfindən həmişə dəstək görəcək”.

Bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müşaviri Manaf Bayramov deyib.

“Əgər vergi ödəyicisi saxta bəyannamələr təqdim edirsə, vergiləri vaxtında ödəmirsə, vergidən yayınma hallarına yol verirsə, buna uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərt tədbirlərlə üzləşəcək”, – deyə M. Bayramov vurğulayıb.

Nazir müşaviri bu ilin hərtərəfli islahatlar üçün hazırlıq ili olduğunu qeyd edib: “Vergi orqanları tərəfindən qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanır. Şəffaf uçot aparmaq üçün maneələrin aradan qaldırılması barədə vergi ödəyicilərinin təkliflərini gözləyirik”.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda nə qədər vergi ödəyicisi olduğunu bilirsinizmi?

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda vergi ödəyicilərinin sayı açıqlanıb.

“Hazırda ölkəmizdə 917 min vergi ödəyicisi var, onların 30 mini ƏDV, qalanları isə sadələşdirilmiş vergi ödəyiciləridir”.

Bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, ƏDV ödəyicilərinin dövlət büdcəsinə ödədiyi vergilərin həcmi ümumi vergi daxil­olmalarının təxminən 1/3-ni təşkil edir. Nazir müavini qeyd edib ki, sadələşdirilmiş vergi ödəyicilərinin ödədiyi vergilərin həcmi ötən il 371,5 mln. manat olub və bu, ümumi vergi ödəmələrinin 5,3%-i deməkdir: “İnkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm bir neçə dəfə yüksəkdir. Ona görə də kiçik sahibkarlığın inkişafı daha da gücləndirilməli, bu kateqoriyaya aid sahibkarların ödədikləri vergilərin həcmi artmalıdır. Büdcəyə ödənilən vergilərin həcminin artması ölkədə yaşayan hər bir vətəndaşın rifah halının daha da yaxşılaşmasında mühüm əhəmiyyətə malikdir. Ödənilən vergi müəllimin, həkimin, torpaqlarımızın müdafiəsini təmin edən əsgərlərin təminatının gücləndirilməsinə, vətəndaşlarımızın layiqli həyat şəraiti ilə təmin olunmasına sərf edilir. Ona görə də cəmiyyətin hər bir üzvündə könüllü vergiödəmə mədəniyyəti formalaşmalı, bu, insanların daxilindən gələn vərdişə çevrilməlidir”.

Nazir müavini bildirib ki, 2018-ci il vergi sistemində yeni inzibatçılığa keçid ili kimi müəyyən edilib. Vergi xidmətinin qarşısında qoyulmuş yeni vəzifələrə və tələblərə uyğun olaraq vergi orqanlarına etimad yüksəldilməlidir: “Vergilər Nazirliyi biznes qurumları ilə faydalı və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın qurulmasında maraqlıdır. Nazirlik qarşı tərəfdən də eyni münasibəti gözləyir, hər bir sahibkarı dürüst, vicdanlı, şəffaf olmağa dəvət edir. Vergi ödəyicisi öz vəzifələrini və məsuliyyətini başa düşməli, unutmamalıdır ki, vergiləri vaxtında və tam həcmdə ödəmək Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş borcudur. Vergi orqanı vergi yığmır, dövlətin müəyyən etdiyi vergilərin sahibkarlar tərəfindən dövlət büdcəsinə ödənilməsinin təmin olunmasına nəzarət edir. Sahibkar elə işləməli, işini elə qurmalıdır ki, vergi orqanı onun təqdim etdiyi sənədlərə şübhə ilə yanaşmasın, fəaliyyətini araşdırmağa ehtiyac yaranmasın. Ən yaxşı və düzgün yol şəffaflıqdır. Şəffaflıq tərəflər arasında qarşılıqlı inam və etibarı artırır, biznes təmsilçisinə etimadı yüksəldir, inkişafa səbəb olur, iqtisadiyyatı gücləndirir”.

Sahib Ələkbərov vurğulayıb ki, nazirlik vergi yığılmasından könüllü vergi ödənilməsinə keçidi qarşıya hədəf qoyub və bu yanaşma vergi ödəyicisinin ünvanına getmədən, ödəyicinin özünün vergiləri doğru, düzgün və dəqiq hesablayaraq büdcəyə ödəməklə  vətəndaşlıq borcunu yerinə yetirməsini nəzərdə tutur.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.