Kim rəhbər şəxs hesab edilir? – Maraqlı müəllif araşdırması

posted in: Xəbər | 0
Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müxtəlif fəaliyyət növləri üzrə fərdi qanunvericilik aktları ilə hər bir sahəyə xas anlayışlardan istifadə olunmaqdadır. Bu anlayışlardan biri də rəhbər şəxs anlayışıdır. Belə ki, bəzi fəaliyyət növləri üzrə rəhbər şəxs, bəziləri üzrə inzibatçı, digərləri üzrə isə vəzifəli şəxs anlayışlarından istifadə olunur.

Son vaxtlar mütəmadi olaraq şirkətlərin sırf rəhbər vəzifə tutan işçilərinin yerdəyişmə hallarının şahidi oluruq. Bu hal bir mənada maraqlı qarşılansa da, bəzi əməkdaşlar üçün müəyyən sualların yaranmasına səbəb olur.

Qarşılaşdığımız belə suallardan biri də rəhbər şəxs olmaq üçün hansı kriteriyalara cavab verməyin vacibliyi barədədir.
Bu yazı çərçivəsində həm kommersiya fəaliyyəti göstərən şirkətlərin ümumi rəhbərliyini, həm də bank, sığorta və bokt fəaliyyəti göstərən müəssisələrdə rəhbər şəxslərin dairəsini və bu şəxslərə olan tələbləri araşdıracağıq.
Mövzu çərçivəsində qeyd etmək lazımdır ki, fəaliyyətləri daha geniş olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdə, Açıq və ya Qapalı Səhmdar Cəmiyyətlərində ümumi idarəetmədən irəli gələn eyni vəzifələr mövcuddur.
Bildirmək zəruridir ki, idarəetmə orqanları, təşkili və fəaliyyətinin həyata keçirilməsi kimi başlıca məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir.
Bu baxımdan da MMC və ASC və ya QSC-lər üzrə əsas idarəetmə orqanlarını təqdim edirik.
Mülki Məcəlləyə əsasən yuxarıda adıçəkilən cəmiyyətlərdə idarəetmə orqanları aşağıdakı kimidir:
– Cəmiyyətin ali orqanı, yəni onun iştirakçılarının ümumi yığıncağı və ya səhmdar cəmiyyətində səhmdarların ümumi yığıncağı
– Cəmiyyətin direktorlar (müşahidə) şurası
– Cəmiyyətin cari fəaliyyətini həyata keçirən icra orqanı
– Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq səlahiyyətini həyata keçirən təftiş komissiyası- Cəmiyyətdə daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkili üçün direktorlar şurası (müşahidə şurası) tərəfindən yaradılan audit komitəsi
Bununla yanaşı səhmdarlarının sayı yüzdən çox olan cəmiyyətlərin ümumi yığıncaqlarında səsvermənin nəticələrinin müəyyən edilməsi üçün sayı üç nəfərdən az olmayan hesablama komissiyası yaradılır.
Göründüyü kimi adıçəkilən idarəetmə orqanlarında fəaliyyət göstərən şəxslər həm də həmin cəmiyyətlərdə rəhbər işçilər hesab olunur.
Bank sektorunda idarəetmə orqanlarında təmsil olan bəzi rəhbər şəxslər inzibatçı adlandırılır ki, onlara dair tələblər də aşağıdakı kimidir:
– bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün – ali iqtisadi və ya hüquqi təhsilin, yaxud təhsilindən asılı olmayaraq maliyyə idarələrində fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmək imkanı verən iş təcrübəsinin olması zəruridir.
– bankın İdarə Heyətinin sədri və üzvləri, habelə bankın daxili audit bölməsinin və filiallarının rəhbərləri üçün – ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik iş stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması zəruridir.
– bankın və bank filialının baş mühasibi (mühasibat xidmətinin rəhbəri) üçün – ali iqtisadi təhsilin və bankda mühasib vəzifəsində azı 2 illik iş stajının olması və ya orta ixtisas təhsilinin və mühasib vəzifəsində azı 5 illik iş stajının, o cümlədən bank sistemində azı 2 illik iş stajının olması zəruridir. Bu tələblər baş mühasibin imza hüququ olan müavininə də şamil edilir
– bank şöbəsinin inzibatçısı üçün – ali və ya orta ixtisas təhsilinin və bank fəaliyyəti sahəsində 6 aylıq iş stajının olması zəruridir.
Xatırladaq ki, bankın İdarə Heyətinin üzvləri, daxili audit bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun imza hüququ olan müavinləri, habelə yerli və xarici bankların yerli filiallarının rəhbərləri və baş mühasibləri (mühasibat xidmətinin rəhbəri) və onların imza hüququ olan müavinləri maliyyə bazarlarına nəzarət orqanında attestasiyadan keçirlər.
Sığorta sektoru üzrə isə əvvəla nəzərə almaq lazımdır ki, sığortaçının Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, daxili audit xidmətinin rəhbəri, baş mühasibi və məsul aktuarisi sığortaçının rəhbər işçiləri sayılır.
Həmin rəhbər işçilər üçün tələblər aşağıdakılardan ibarətdir:
– ali təhsilli olmalı
– Direktorlar Şurasının sədri — sığorta sektorunda, həmçinin sığorta tənzimləməsi və nəzarəti sahəsində ən azı 3 il və ya digər maliyyə sahəsində ən azı 5 il, üzvləri — sığorta sektorunda, həmçinin sığorta tənzimləməsi və nəzarəti sahəsində ən azı 2 il və ya digər maliyyə sahəsində ən azı 4 il iş təcrübəsinə malik olmalı
– İdarə Heyətinin sədri — sığorta sektorunda, həmçinin sığorta tənzimləməsi və nəzarəti sahəsində ən azı 3 il və ya digər maliyyə sahəsində ən azı 4 il, üzvləri – sığorta sektorunda, həmçinin sığorta tənzimləməsi və nəzarəti sahəsində ən azı 2 il və ya digər maliyyə sahəsində ən azı 3 il iş təcrübəsinə malik olmalı
– Təftiş Komissiyasının üzvləri, habelə daxili audit xidmətinin rəhbəri — sığorta sektorunda, həmçinin sığorta tənzimləməsi və nəzarəti sahəsində və ya audit sahəsində ən azı 2 il və ya digər maliyyə sahəsində, habelə maliyyə menecmenti, mühasibatlıqla bağlı vəzifələrdə ən azı 3 il iş təcrübəsinə malik olmalı
– baş mühasib — sığorta sektorunda mühasib kimi ən azı 1 il və ya digər maliyyə sahəsində baş mühasib kimi ən azı 2 il, digər sahələrdə isə baş mühasib kimi ən azı 4 il iş təcrübəsinə malik olmalı
–  məsul aktuari — aktuari kimi ən azı 1 il iş təcrübəsinə malik olmalıdır.
Onu da xatırladaq ki, sığortaçının Direktorlar Şurasının üzvləri və məsul aktuarisi istisna olmaqla digər adıçəkilən rəhbər işçiləri maliyyə bazarlarına nəzarət orqanında attestasiyadan keçirlər.
Bank olmayan kredit təşkilatları üçün tələblər ondan ibarətdir ki, BOKT-nin inzibatçıları ali təhsilə və ən azı bir illik iş təcrübəsinə malik olmalıdırlar. Mühasibat xidmətinin rəhbəri ali iqtisadi təhsilə və müvafiq ixtisas üzrə ən azı bir illik iş təcrübəsinə və ya orta ixtisas təhsilinə və müvafiq ixtisas üzrə ən azı 5 illik iş təcrübəsinə malik olmalıdır. BOKT-lar üçün digər tələb isə bu təşkilatlarda ən azı rəhbər (direktor, kollegial icra orqanının rəhbəri), mühasibat xidmətinin rəhbəri (baş mühasib, maliyyə meneceri), daxili auditor və kredit mütəxəssisi vəzifələrinin mütləq olmasından ibarətdir.

 

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

ÖDƏNİŞSİZ təlim – “5 dərsə Excel”

posted in: Excel, Xəbər | 0

HR Academy: Pro in Projects: “5 dərsə Excel”
Excel treyninq 5 dərsə Microsoft Excel.
1. 09/03/2018 – 19:30 -21:00
• Microsoft Excel spreadsheet – Ribbon nədir?
• Excel workbook, worksheet.
• Home paneli

2. 13/03/2018 – 19:30 -21:00
• Insert, Page Layout panelləri
• Quick Access toolbar

3. 14/03/2018 – 19:30 – 21:30
• Data və review panelləri
• Exceldə data ilə sadə əməliyyatlar
• Klavyaturanın aktiv istifadə olunması (Mouse-suz əməliyyatlar)

4. 15/03/2018 – 19:30 – 21:30
• Formulas və View panelləri
• Worksheetlər arası əməliyyatlar
• File menyusu

5. 16/03/2018 – 19:30 – 21:30
• Ən çox istifadə olunan Excel funksiyaları
• Funskiyalarla sadə əməliyyatlar
• Exceldə məlumatın çap olunmasi olacag

Təlimçi : Rəşad İsgəndərov Gilan Holdinqin Baş Daxili Auditoru
Təlim dili : Azərbaycan dili
Hər kəsdə lap top olması arzuolunandır.
Təlimdə yalnız Wowoman üzvləri olan xanımlar və bəylər iştirak edə bilər.
Təlim yeri : Dəmirçi Tower, Barama Innovasiya Mərkəzi /18-ci mərtəbə
Təlim ÖDƏNİŞSİZDİR!
Deadline: 08.03.2018

Təlimdə iştirak etmək üçün aşağıdaki linki istifadə edərək qeydiyyatdan keçmək zəruridir:http://bit.ly/2CWQt4d
Hər hansı sual yarandığında email ünvanına yönləndirə bilərsiz.

Mənbə: WoWoman Azerbaijan

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İqtisadiyyat Nazirliyinin tabeliyinə yeni qurum daxil edilib

posted in: iqtisadiyyat, Xəbər | 0

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

Bu barədə qərar Baş nazir Artur Rasi-zadətərəfindən imzalanıb.

Qərara görə, Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Auditor yoxlaması kim üçün məcburidir?

posted in: Audit, Xəbər | 0

Sual: Vergi Məcəlləsinin 16.1.4-cü maddəsində qeyd olunan “auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını” təqdim etmək vəzifəsi hansı vergi ödəyiciləri üçün məcburidir?

Cavab: Bildiririk ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən audit yoxlaması könüllü qaydada (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) olmaqla yanaşı məcburi qaydada, yəni təsərrüfat subyektləri tərəfindən qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilə bilər.

Qanunvericiliyə əsasən məcburi audit keçirməli olan şəxslər sırasına publik hüquqi şəxslər, siyasi partiyalar, ictimai əhəmiyyətli qurumlar, dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, sığorta şirkətləri, səhmdar cəmiyyətlər və s. aid edilmişdir.

Məlumat üçün bildiririk ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmaya görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1.500 manatdan 2.500 manatadək məbləğdə cərimə edilirlər.

Bax: Mülki Məcəllənin 107.6-cı maddəsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 716-IIQ nömrəli Qanununun 12-ci, 12-1-ci və 14.6-cı maddələri, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının 16 sentyabr 1994-cü il tarixli 992 nömrəli Qanununun 2-ci maddəsi, “İnvestisiya fondları haqında” Azərbaycan Respublikasının 22 oktyabr 2010-cu il tarixli 1101-IIIQ nömrəli Qanunu, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1284-IVQ nömrəli Qanunu, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli 519-IIIQ nömrəli Qanunu və Inzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.