Ödəniş POS-terminalla aparıldıqda həmin məbləğ NKA-ya mədaxil edilməlidir?

posted in: Vergi, Xəbər | 1

Məbləğin NKA-ya mədaxil edilməsi.

İctimai iaşə obyektində ödəniş POS-terminal vasitəsilə nağdsız qaydada aparıldıqda həmin məbləğ NKA-ya mədaxil edilməlidirmi?

Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirillməsini təmin etmək, o cümlədən nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aiddir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İctimai iaşə fəaliyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.3-cü bəndinə görə, ictimai iaşə obyektlərində xidmət göstərilməsi nəzarət-kassa aparatı və POS-terminallar tətbiq olunmaqla həyata keçirilir. Bu zaman xidmətlərin dəyəri nağd qaydada ödənildikdə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki, xidmətlərin dəyəri POS-terminal vasitəsilə ödənildikdə isə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki və POS-terminaldan çıxarış verilir.

Qeyd olunanlara əsasən: İctimai iaşə obyektlərində xidmətlərin haqqı POS-terminal vasitəsilə ödənildikdə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı POS-terminaldan çıxarış təqdim olunmalıdır.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2018-ci ilin mart ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

2018-ci ilin fevral ayına görəvergi ödəyiciləri tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannəməsini,
  • Aksiz bəyannəməsini,
  • Yol vergisi bəyannəməsini,
  • Mədən vergisi bəyannəməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannəməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannəməsini

cari ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Xüsusi notariuslar 2018-ci ilin fevral ayı üzrə hesabladığı gəlir vergisini cari ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər (cari ilin 1-ci rübü üzrə bəyannamə aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
  • Daşınmaz əmlakı təqdim edın şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannəməsi cari ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin fevral ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən bəyannamə illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən cari ilin 1-ci rübü üzrə bəyannamə aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

*  *  *

Təqdim edilməli bəyannamələrin və vergilərin ödənilməsinin son müddəti Novruz bayramı ilə əlaqədar cari ildə mart ayının 20-dən 27-nə keçirilmişdir.

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda bankların auditinin xarici və yerli auditorlar tərəfindən birgə aparılması təklif olunur

posted in: Audit, bank, Xəbər | 0

Azərbaycanda iri şirkətlərin auditinin xarici və yerli auditorlar tərəfindən birgə aparılması daha məqsədə uyğundur.

Belə bir təkliflə Azərbaycan parlamentinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bu gün Bakıda “Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq” mövzusunda keçirilən elmi-praktiki konfrans zamanı çıxış edib.

Onun sözlərinə görə, banklar və iri şirkətlər xarici auditorlar tərəfindən yoxlanılsa da, problemlər ortaya çıxarılmamış və son nəticədə, yük dövlətin üzərinə düşüb.

Z.Səmədzadə qeyd edib ki, ona görə də bankların və iri şirkətlərin xarici auditorlar tərəfindən yoxlanılması prosesində Auditorlar Palatasının tövsiyə etdiyi yerli auditorların da iştirakı yaxşı nəticə verə bilər.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

3 nümayəndəlik və 28 yerli şirkət ləğv edildi

posted in: Xəbər | 0

  • “AYTUN” MMC (VÖEN: 2602706041) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Lənkəran rayonu, Sütəmirdov küçəsi ünvanına bildirə bilərlər.
  • “ƏRZURUM” MMC (VÖEN: 1400027021) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı səhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 138 ünvanına bildirə bilərlər.
  • “LİS XXI ƏSR” MMC (VÖEN: 1802375331) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev, ev 82, mənzil 26 ünvanına bildirə bilərlər.
  • “Zaur 1988” MMC (VÖEN: 1602784561) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev, ev 82, mənzil 26 ünvanına bildirə bilərlər.
  • “Zərdab – Süd” Açıq Tipli Səhmdar Cəmiyyəti (VÖEN: 5300116891) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Zərdab şəhəri, Vaqif küçəsi 14 ünvanına bildirə bilərlər.
  • “ABE CATERİNG” MMC (VÖEN: 1803017341) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Şəhər şossesi döngə 5, ev 2, mənzil 4D ünvanına bildirə bilərlər.
  • “HORVATH MAK “ şirkətinin Azərbaycan Respublikasının filialı (VÖEN: 1400636741) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu,  Nizami küçəsi, ev 77/9, mənzil 42 ünvanına bildirə bilərlər.
  • “AA Services B.V.” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasindakı Filialı (VÖEN:1303109191) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3001, Oskar Biznes Mərkəzi ünvanına bildirə bilərlər.
  • “AA Services Ltd.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1401885701) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3001, Oskar Biznes Mərkəzi ünvanına bildirə bilərlər.
  • “Kristal-EL” MMC (VÖEN: 1303507171) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, General A. Abbasov küçəsi, ev 16, mənzil 20 ünvanına bildirə bilərlər.
  • “Kür-Ə” MMC (VÖEN: 2000878031) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi, ev 42, mənzil 32 ünvanına bildirə bilərlər.
  • “X Trans – Logistik” MMC (VÖEN: 1301266551) ləğv olunduğunu elan edir. Kreditorlar  tələblərini Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov, ev 30, mənzil 21 ünvanına bildirə bilərlər.
  • “Dan Ulduzu” KM (VÖEN: 2000070971) ləğv olunduğunu elan edir. Kreditorlar  tələblərini Bakı şəhəri, Cavanşir küçəsi 30/95 ünvanına bildirə bilərlər.
  • “Xeyriyyəçi” firması (VÖEN: 1600081051) ləğv olunduğunu elan edir. Kreditorlar  tələblərini Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 29, mənzil 72 ünvanına bildirə bilərlər.
  • “Klass – M” MMC (VÖEN: 1001683181) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, məhəllə 3126 ünvanına bildirə bilərlər.
  • “Klassik  Mebel” MMC (VÖEN: 1001387511) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən (Binəqədi qəsəbəsi) ünvanına bildirə bilərlər.
  • “AURA” MMC – nin (VÖEN: 1300338511) ümumi yığıncağı 19.02.2018-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir. Kreditorlar iki ay ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, ev 105 ünvanına bildirə bilərlər.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.
  • “Bakı Monolit Beton” MMC (VÖEN: 1603209671) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 122, mənzil 114 ünvanına bildirə bilərlər.
  • “Bak Beton” MMC (VÖEN: 1603209391) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 122, mənzil 114 ünvanına bildirə bilərlər.
  • “Blaze” MMC (VÖEN: 1701526201) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbayıl rayonu, Badamdar ŞTQ, Badamdar 10-cu, ev 4, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “OVERLUX BY AFANDİ TRAVEL” MMC (VÖEN: 1403568231) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə 4 mkr., ev 2, mənzil 22 ünvanına bildirə bilərlər.
  • “CASPİAN OİLFİELD SERVİCES AND CONSULTATİON” MMC (VÖEN; 1404037951) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov, ev 59, mənzil 43 ünvanına bildirə bilərlər.
  • “Azərqarant Sığorta” ASC (VÖEN: 1300122001) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 28 May  küçəsi, ev 72 ünvanına bildirə bilərlər.
  • “Hüquqi ünvanı Bakı şəhəri, Şüvəlan qəsəbəsi olan keçmiş “Azərtaxıl” Dövlət Şirkətinin keçmiş “Azərçörək” İB-nin  23 saylı çörəkbişirmə müəssisəsi (Ədliyyə Nazirliyində hüquqi şəxs qismində 1996-cı il  tarixdə D-1382 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi 11 a ünvanına bildirə bilərlər.
  • “CASPİAN TİDY” MMC (VÖEN: 1200809961) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, sahə, ev 26 ünvanına bildirə bilərlər.
  • “BAKUMOZ” MMC (VÖEN: 3101475431) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, ev 12, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “BUSİNESS AND REST TRAVEL COMPANY” MMC (1003570171) ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov.ev 2, məhəllə 3123, mənzil 51 ünvanına bildirə bilərlər.
  • “Səma” Kiçik Müəssisəsi (VÖEN: 1700279381) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 23, mənzil 25 ünvanına bildirə bilərlər.
  • “THE TRAVEL GROUP” MMC (VÖEN: 1304617231) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 16, mənzil 29 ünvanına bildirə bilərlər.
  • “AZERBAİJAN ADVENTURES AND MİCE” MMC (VÖEN: 1005168511) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Mehti Hüseynzadə (Biləcəri qəsəbəsi) ev 1, mənzil 2 ünvanına bildirə bilərlər.
  • “E-Falkon” MMC (VÖEN: 1801099461) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ruhulla Axundov, ev 17, mənzil 35 ünvanına bildirə bilərlər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.