İnzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 40-cı hissəsindən “Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi, onun müavini, şöbə müdiri, onun müavini, yerli qurumların rəhbərləri, onların müavinləri,” sözləri çıxarılsın və həmin hissədə “dövlət müfəttişləri” sözləri “vəzifəli şəxslər” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Şəxsiyyət vəsiqəsi haqqında qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1148, № 12, maddə 1549; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1055, № 10, maddə 1634, № 12, maddə 2078; 2017, № 8, maddə 1521; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 8 dekabr tarixli 1717 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.16-cı bəndə “vətəndaşın istəyi əsasında” sözlərindən sonra “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən müvafiq ödəniş edildikdən sonra” sözləri əlavə edilsin;

1.2. 2.16-1-ci və 2.16-2-ci bəndlərdə “hər hansı ödəniş edilmədən” sözləri “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən müvafiq ödəniş edildikdən sonra” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 2.16-3-cü bənd əlavə edilsin:

“2.16-3. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların aktivləşdirilməsinə, habelə həmin sertifikatın və elektron imza yaratma və yoxlama məlumatlarının müddəti bitdikdən sonra onların beş ilədək müddətə yenilənməsinə görə alınan ödənişin 25 faizi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin akkreditə edilmiş sertifikat xidmətləri mərkəzinin hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Gömrüyü aldadan hiyləgər yəhudi haqqında lətifə

posted in: Məqalə, Xəbər | 0

Bir yəhudi Rusiyadan İsrailə köç etmək məcburiyyətində qalır. Gömrükdə yükü yoxlayarkən Leninin büstünü görüb soruşurlar:
– Bu nədir?
– Bu nədir deyil, bu kimdir deyə soruşmalı idiniz. Bu Lenindir, sosializmin banisi, Rus tarixinə yaxşılıqlar gətirən dahi. Mən bunu, bərəkətli günlərin xatirəsi kimi özümlə götürdüm.
– Yaxşı
Ruslar onu buraxır, gömrüyü keçir.
Təl-Əviv hava limanında büstü görürlər və soruşurlar:
– Bu nədir?
– Bu nədir deyil, bu kimdir deyə soruşmalı idiniz. Bu Lenindir. Bu dəli caninin üzündən Rusiyanı tərk etmək məcburiyyətində qaldım. Büstünü özümlə götürdüm ki, hər gün baxıb lənət oxuyum.
– Yaxşı
Yəhudi evinə gəlir, büstü mebelin üstünə qoyur. Gəlişi ilə əlaqədar doslarını dəvət edir. Doslardan biri büstü göstərib soruşur:
– Bu kimdir?
Yəhudi tez cavab verir:
– Bu kimdir deyil, bu nədir deyə soruşmaq lazımdır. On kiloqram qızıldır, vergisiz, gömrüksüz, ƏDV-siz…

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Hesablama Palatası Təhsil Nazirliyinin və ADIF-in fəaliyyətini yoxlayıb

posted in: Xəbər | 0

Hesablama Palatasının Kollegiyasının növbəti iclası keçirilib.

İclasda dövlət büdcəsinin investisiya xərclərindən və ehtiyat fondlarından Təhsil Nazirliyinə əsaslı vəsait qoyuluşu üçün ayrılan vəsaitlərin istifadəsinə dair və ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) aparılmış auditin nəticələrinə dair hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunmuş, müvafiq qərarlar qəbul edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.