Qısamüddətli qiymətləndirilmiş öhdəliklər
Mühasibat uçotunun hesablar planının 51-ci maddəsi (“Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” üzrə açılan hesablar (məsələn, 511 saylı “İşdən azad olunma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” yaxud 512 saylı “Qısamüddətli zəmanət öhdəlikləri” və digərləri) qısamüddətli qiymətləndirilmiş öhdəliklər üzrə məlumatların uçotunu aparmaq üçün nəzərdə tutulub.
Mahiyyətcə eyni olan, amma müddətinə görə fərqlənən oxşar öhdəliklərin uçotu hesablar planının 41-ci bəndi üzrə açılmış hesablarda uçota alınır, məsələn 411 saylı “İşdən azad olunma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” hesabı buna bir nümunədir.
Mühasibat uçotunun 37 saylı beynəlxalq standartına görə qiymətləndirilmiş öhdəliklər ödəniş vaxtı:
- dəyəri qeyri müəyyən olan, yaxud;
- ödənilmə ehtimalı aşağı olan öhdəliklərdir.
Beynəlxalq standartlarda “Qiymətləndirilmiş öhdəliklər” ifadəsi “Ehtiyatlar” yaxud “Yaradılmış ehtiyat fondları” ifadələri kimi işlənir. “Provisions, Contingent Liabilities and Contingent Assets” – “Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər” adlı MUBS 37-yə görə: “Yaradılmış ehtiyat fondları – vaxtı və ya dəyəri qeyri-müəyyən olan öhdəlikdir.” (IAS37:10)
Yaradılmış ehtiyat fondu adlandırdığımız öhdəliklərin tərkibi yuxarıda qeyd etdiyimiz MUSB (IAS)37- nin 10-11 bəndləri üzrə müəyyən olunur.
“İşdən azad olunma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” hesabı
Bu hesabda mühasibat uçotu subyektlərinin keçmiş əməkdaşlarına qısamüddətli müavinət və başqa ödənişlərlə bağlı öhdəliklərin uçotu aparılır. Belə öhdəliklərə aşağıdakılar nümunə göstərilə bilər:
- əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış şəxslərə verilən müavinətlər;
- peşə xəstəliyinə tutulmuş işçilərə, yaxud;
- bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə verilən müavinətlər.
511 saylı “İşdən azad olunma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” hesabı “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsi üzrə açılan hesablardan biridir.
Mühasibat uçotu subyektlərində subhesabların açılması, hesablar üzrə mühasibat yazılışlarının verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” vasitəsilə tənzimlənir. Qaydaların 35.1-ci maddəsinə görə maddə üzrə aşağıdakı hesablar açıla bilər:

511 №li “İşdən azad olma ilə bağlı qısanmüddətli müavinətlər və öhdəliklər” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan işdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. 511 saylı hesab öhdəlik (passiv) hesabıdır.
511 saylı hesab üzrə mühasibat uçotunun tənzimlənməsi
İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər yarandıqda, habelə onlar uzunmüddətli kimi təsnifləşdirildikdə yuxarıda qeyd edilən qaydaların 41.2.-ci bəndi tətbiq edilir.
Belə müavinətlər və öhdəliklər üzrə məzənnə fərqi yarandıqda mühasibat yazılışları qaydaların 41.3.-cü bəndi əsasında aparılır.
İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər ödənildikdə müxabirləşmələr qaydalardakı 41.4.-cü bəndinə əsaslanaraq verilir.
İşçilərə müavinət ödənişi ilə bağlı müxabirləşmə nümunəsi
“A” MMC-nin 5 işçisi şaxtada yeraltı işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi üçün iş zamanı baş verən qəzada dağıntlar altında qalaraq həlak olmuşdur. Baş verən hadisəyə görə “A” MMC həmin işçilərin ailələlərinə müavinət ödəməlidir.
| Sıra №-si |
Əməliyyatın adı |
Debet |
Kredit |
Məbləğ (AZN) |
| 1 |
Həlak olan işçilərə görə ümumi müavinət hesablandıqda |
341 – Hesabat dövründə xalis mənfəət (zərər) |
511 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” |
10000.00 |
| 2 |
Həlak olan işçilərə müavinət təqdim olunduqda |
511 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” |
223 – Bank hesablaşma hesabları |
1000.00 |
İşçiyə təzminat ödənişi zamanı müxabirləşmə nümunəsi
Yaranan münaqişə səbəbilə “A” MMC öz işçisini işdən azad olunaraq əmək müqaviləsinə xitam vermişdir. Bununla bağlı işdən azad olunan işçi“A” MMC-ni məhkəməyə vermişdir. Sözügedən işçinin məhkəməni qazanacağı gözlənilir. Məhkəmə tərəfindən verilən qərara əsasən “A” MMC işdən azad olunan şəxsə 800 AZN dəyərində pul vəsaiti ödəməlidir.
| Sıra №-si |
Əməliyyatın adı |
Debet |
Kredit |
Məbləğ (AZN) |
| 1 |
İşdən azad oluanan işçi üçün təzminat hesablandıqda |
731 – Sair əməliyyat xərcləri |
511 – İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” |
800.00 |
| 2 |
İşdən azad oluanan işçiyə təzminat təqdim olunduqda |
511 – İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” |
223 – Bank hesablaşma hesabları |
800.00 |