Banklararası xidmət haqları aşağı salınır

posted in: Xidmət, Xəbər | 0

Kart infrastrukturu istifadəçilərinin xərclərinin aşağı salınması imkanının yaradılması məqsədilə AMB tərəfindən «Banklararası Kart Mərkəzi» yaradılıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir. Bununla bağlı həyata keçirilən sistemli islahatların nəticəsi kimi, emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi, ölkədaxili kart əməliyyatları üzrə banklararası xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsi, kart infrastrukturu istifadəçilərinin xərclərinin aşağı salınması imkanının yaradılması məqsədilə AMB tərəfindən “Banklararası Kart Mərkəzi” (BKM) yaradılmışdır.

AMB-nin mətbuat xidmətindən verilən məlumata görə, növbəti addım kimi, BKM üzərindən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə “interçeync”in (banklararası qarşılıqlı xidmət haqlarının) aşağı salınması üçün Azərbaycan Banklar Assosiasiyasının, kart-prosessinq mərkəzlərinin və bankların nümayəndələri ilə qarşılıqlı müzakirələr aparılmış və ümümi razılığa gəlinmişdir. İnterçeync – banklararası ödəniş kartları ilə əməliyyatların qəbulu üzrə ödənilən qarşılıqlı xidmət haqqıdır. Satış əməliyyatları üzrə təsərrüfat subyektinə xidmət göstərən bank tərəfindən ödəniş kartı sahibinin bankına ödənilən xidmət haqqının əsas komponentini təşkil edir. Ödəniş kartları vasitəsilə nağdsız qaydada aparılan kart əməliyyatları üzrə tətbiq edilən interçeyncin aşağı salınması nağdsız ödənişlərdə təsərrüfat subyektlərinin xərclərinin azalmasına, bununla da nağdsız ödənişlərə maraqların artmasına və nağdsız dövriyyənin genişləndirilməsinə təkan verir.

Qarşılıqlı razılığa əsasən, interçeync premial olmayan (Visa Electron, Visa Classic və Maestro, Debit MasterCard Standart və MasterCard Standart) ödəniş kartı məhsulları üzrə bazarın tələbinə uyğun olaraq dəyişdirilmişdir. Mobil telefon haqları üzrə interçeync 26% azaldılaraq 1%, ərzaq mağazaları və supermarketlər üzrə 61% azaldılaraq 0,5%, aptek və dərman məhsulları üzrə 78% azaldılaraq 0,3%, avtomatlaşdırılmış yanacaqdoldurma məntəqələri üçün 78,5% azaldılaraq 0,3%, e-ticarət əməliyyatları üzrə 16% azaldılaraq 1,3% həcmində, nəqliyyat və dövlət ödənişləri üzrə isə 0,1% səviyyəsində müəyyənləşdirilmişdir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnkassasiya adı altında 5 milyon dollar qarət

posted in: Xəbər | 0

 

Moskvada inkassasiya adı ilə bankdan 5 milyon dollar qarət edilib.

Naməlum adamlar inkassasiya adı altında Moskvadakı “Evropeyskiy standart” bankının Solyanka küçəsində yerləşən şöbəsinin saxlanc yerindən 5 milyon dollar pul qarət ediblər. Hadisə barədə hüquq-mühafizə orqanlarına istinadən RİA Novosti agentliyi məlumat yayıb. Pulların yoxa çıxması noyabrın 24-də aşkara çıxıb. Maraqlıdır ki, bankın pul saxlanılan saxlancında hər hansı bir zədə və ya digər pozuntu halı aşkar edilməyib. Hazırda şübhəlilərin axtarışı həyata keçirilir.

 

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Facebook xərcləri gəlirdən necə çıxılır?

posted in: Vergi, Xəbər | 0

Sual:  Hüquqi şəxs korporativ kart vasitəsilə biznes məqsədilə reklam xidmətinə görə xarici şirkətə (misal üçün, Facebook) ödəmə həyata keçirdir. Bu halda ödənişi təsdiq edəcək sənəd ödənişi qəbul edən şirkət tərəfindən onlayn çek və bank tərəfindən korporativ kart hesabından çıxarış təqdim oluna bilir. Belə olan halda ödəyici şirkətin həmin xərcləri vergi orqanı tərəfindən qəbul edilirmi? Əgər bu formada qəbul edilmirsə hansı sənədlərlə ödəməni təsdiq etmək lazımdır?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd olunan halda ödəmənin aparılmasını, habelə xidmətin elektron qaydada aparılmasını təsdiqləyən hər hansı sənəd (akt, reklamın saytda yerləşdirilməsini təsdiqləyən PrintScreen və s.) gəlirin əldə olunması ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına əsas verə bilər.

Bununla belə, müvafiq maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair daha ətraflı məlumatı aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməklə əldə edə bilərsiniz.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Böhran Dövründə Mənfəətliliyin Artırılması modulu üzrə Master Klass

posted in: Xəbər | 0

Şirkət rəhbərlərinin diqqətinə!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü ilə Business Group Ltd. marketinq və konsaltinq agentliyi tərəfindən “İstehsal və Topdansatış Fəaliyyət” sahəsi üzrə BÖHRAN DÖVRÜNDƏ MƏNFƏƏTLİLİYİN ARTIRILMASI modulu tərtib edilmişdir.  Sözügedən modulun master klassı biznes məsləhətçisi Yusif Əliyev tərəfindən təqdim olunacaqdır.

Sizi bu master klassda iştirak etməyə dəvət edirik.

Master klassın keçirildiyi tarix: 08.12.2017

Master klassın yeri: ASK ofisi, akad. Həsən Əliyev küç, 57

Master klassın müddəti: 14.00 – 17.00

Hədəf qrupu: Qərarverici şəxslər

Qeyd edək ki, master klassda iştirakçı sayı məhduddur. İştirak etmək üçün linkdə daxil olaraq  https://ask10.typeform.com/to/QYdZUe  qeydiyyatdan keçmək mütləqdir.

Master klass ödənişsiz əsaslarla keçiriləcəkdir.

Əlaqələnddirici şəxs: Elmira Balıyeva

Tel: +994 12 4657242

E-mail: 

Mənbə: ask.org.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.