Yeni hesablar planı

posted in: Uncategorized | 0
Maliyyə hesabatının bölməsi Maliyyə hesabatının maddəsi Hesabın nömrəsi Subhesabın nömrəsi Adı
         
1 UZUNMÜDDƏTLİ AKTİVLƏR
  10     Qeyri-maddi aktivlər
    101   Qeyri-maddi aktivlərin dəyəri
    102   Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri
    103   Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması
  11     Torpaq, tikili və avadanlıqlar
    111   Torpaq, tikili və avadanlıqların dəyəri
    112   Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri
    113   Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması
  12     İnvestisiya mülkiyyəti
    121   İnvestisiya mülkiyyətinin dəyəri
    122   İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri
    123   İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması
  13     Bioloji aktivlər
    131   Bioloji aktivlərin dəyəri
    132   Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri
  14     Təbii sərvətlər
    141   Təbii sərvətlərin (ehtiyatların) dəyəri
    142   Təbii sərvətlərin (ehtiyatların) tükənməsi
  15     İştirak payı metodu ilə uçota alınmış investisiyalar
    151   Asılı müəssisələrə investisiyalar
    152   Birgə müəssisələrə investisiyalar
    153   Asılı və birgə müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər
  16     Təxirə salınmış vergi aktivləri
    161   Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri
    162   Digər təxirə salınmış vergi aktivləri
  17     Uzunmüddətli debitor borcları
    171   Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları
    172   Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları
    173   Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları
    174   İcarə üzrə uzunmüddətli debitor borcları
    175   Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları
    176   Faizlər üzrə uzunmüddətli debitor borcları
    177   Digər uzunmüddətli debitor borcları
  18     Sair uzunmüddətli maliyyə aktivləri
    181   Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar
    182   Verilmiş uzunmüddətli borclar
    183   Digər uzunmüddətli investisiyalar
    184   Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər
  19     Sair uzunmüddətli aktivlər
    191   Gələcək hesabat dövrlərinin xərcləri
    192   Verilmiş uzunmüddətli avanslar
    193   Digər uzunmüddətli aktivlər
2 QISAMÜDDƏTLİ AKTİVLƏR
  20     Ehtiyatlar
    201   Material ehtiyatları
    202   İstehsalat (iş və xidmət) məsrəfləri
    203   Tikinti müqavilələri üzrə məsrəflər
    204   Hazır məhsul
    205   Mallar
    206   Satış məqsədi ilə saxlanılan digər aktivlər
    207   Digər ehtiyatlar
    208   Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər
  21     Qısamüddətli debitor borcları
    211   Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları
    212   Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
    213   Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları
    214   İcarə üzrə qısamüddətli debitor borcları
    215   Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları
    216   Faizlər üzrə qısamüddətli debitor borcları
    217   Digər qısamüddətli debitor borcları
    218   Şübhəli borclar üzrə düzəlişlər
  22     Pul vəsaitləri və onların ekvivalentləri
    221   Kassa
    222   Yolda olan pul köçürmələri
    223   Bank hesablaşma hesabları
    224   Tələblərə əsasən açılan digər bank hesabları
    225   Pul vəsaitlərinin ekvivalentləri
    226   ƏDV sub-uçot hesabı
  23     Sair qısamüddətli maliyyə aktivləri
    231   Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar
    232   Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar
    233   Verilmiş qısamüddətli borclar
    234   Digər qısamüddətli investisiyalar
    235   Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər
  24     Sair qısamüddətli aktivlər
    241   Əvəzləşdirilən vergilər
    242   Gələcək hesabat dövrünün xərcləri
    243   Verilmiş qısamüddətli avanslar
    244   Təhtəlhesab məbləğlər
    245   Digər qısamüddətli aktivlər
3 KAPİTAL
  30     Ödənilmiş nizamnamə (nominal) kapital
    301   Nizamnamə (nominal) kapitalı
    302   Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi
  31     Emissiya gəliri
    311   Emissiya gəliri
  32     Geri alınmış kapital (səhmlər)
    321   Geri alınmış kapital (səhmlər)
  33     Kapital ehtiyatları
    331   Yenidən qiymətləndirilmə üzrə ehtiyat
    332   Məzənnə fərgləri üzrə ehtiyat
    333   Qanunvericilik üzrə ehtiyat
    334   Nizamnamə üzrə ehtiyat
    335   Digər ehtiyatlar
  34     Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)
    341   Hesabat dövründə xalis mənfəət (zərər)
    342   Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər
    343   Keçmiş illər üzrə bölühdürülməmiş mənfəət (ödənilməmiş zərər)
    344   Elan edilmiş dividentlər
4 UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR
  40     Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər
    401   Uzunmüddətli bank kreditləri
    402   İşçilər üçün uzunmüddətli bank kreditləri
    403   Uzunmüddətli konvertasiya olunan istiqrazlar
    404   Uzunmüddətli borclar
    405   Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər(uzunmüddətli)
    406   Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
    407   Törəmə(asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər
    408   Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər
  41     Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər
    411   İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər
    412   Uzunmüddətli zəmanət öhdəlikləri
    413   Uzunmüddətli hüquqi öhdəliklər
    414   Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər
      414-1 Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
  42     Təxirə salınmış vergi öhdəlikləri
    421   Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri
    422   Digər təxirə salınmış vergi öhdəliklər
  43     Uzunmüddətli kreditor borcları
    431   Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
    432   Törəmə(asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları
    433   Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları
    434   Faizlər üzrə uzunmüddətli kreditor borcları
    435   Digər uzunmüddətli kreditor borcları
  44     Sair uzunmüddətli öhdəliklər
    441   Uzunmüddətli pensiya öhdəlikləri
    442   Gələcək hesabat dövrlərinin gəlirləri
    443   Alınmış uzunmüddətli avanslar
    444   Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar
    445   Digər uzunmüddətli öhdəliklər
5 QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR
  50     Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
    501   Qısamüddətli bank kreditləri
      501-1 Bank overdraftı
    502   İşçilər üçün qısamüddətli bank kreditləri
    503   Qısamüddətli konvertasiya olunan istiqrazlar
    504   Qısamüddətli borclar
    505   Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər(qısamüddətli)
    506   Törəmə(asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
    507   Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
  51     Qısamüddətli qiymətləndirilmiş öhdəliklər
    511   İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər
    512   Qısamüddətli zəmanət öhdəlikləri
    513   Qısamüddətli hüquqi öhdəliklər
    514   Mənfəətdə iştirak planı və müavinət planları
    515   Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər
      515-1 Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər
  52     Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər
    521   Vergi öhdəlikləri
    522   Sosial sığorta və təminat üzrə öhdəliklər
    523   Digər məcburi ödənişlər üzrə öhdəliklər
  53     Qısamüddətli kreditor borcları
    531   Malsatan və podratçılara qısamüddətli kreditor borcları
    532   Törəmə(asılı) müəssisələrə qısamüddətli kreditor borcları
    533   Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar
    534   Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları
    535   İcarə üzrə qısamüddətli kreditor borcları
    536   Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları
    537   Faizlər üzrə qısamüddətli kreditor borcları
    538   Digər qısamüddətli kreditor borcları
  54     Sair qısamüddətli öhdəliklər
    541   Qısamüddətli pensiya öhdəlikləri
    542   Gələcək hesabat dövrünün gəlirləri
    543   Alınmış qısamüddətli avanslar
    544   Qisamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar
    545   Digər qısamüddətli öhdəliklər
6 GƏLİRLƏR
  60     Əsas əməliyyat gəliri
    601   Satış
    602   Satılmış malların qaytarılması və ucuzlaşdırılması
    603   Verilmiş güzəştlər
  61     Sair əməliyyat gəlirləri
    611   Sair əməliyyat gəlirləri
  62     Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər
    621   Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər
  63     Maliyyə gəlirləri
    631   Maliyyə gəlirləri
  64     Fövqəladə gəlirlər
    641   Fövqəladə gəlirlər
7 XƏRCLƏR
  70     Satışın maya dəyəri üzrə xərclər
    701   Satışın maya dəyəri üzrə xərclər
  71     Kommersiya xərcləri
    711   Kommersiya xərcləri
  72     İnzibati xərclər
    721   İnzibati xərclər
  73     Sair əməliyyat xərcləri
    731   Sair əməliyyat xərcləri
  74     Fəaliyyətin dayandırılmasından yaranan xərclər
    741   Fəaliyyətin dayandırılmasından yaranan xərclər
  75     Maliyyə xərcləri
    751   Maliyyə xərcləri
  76     Fövqəladə xərclər
    761   Fövqəladə xərclər
8 MƏNFƏƏTLƏR (ZƏRƏRLƏR)
  80     Ümumi mənfəət (zərər)
    801   Ümumi mənfəət (zərər)
  81     Asılı və birgə müəssisələrin mənfəətlərində(zərərlərində) pay
    811   Asılı və birgə müəssisələrin mənfəətlərində(zərərlərində) pay
9 MƏNFƏƏT VERGİSİ
  90     Mənfəət vergisi
    901   Cari mənfəət vergisi üzrə xərclər
    902   Təxirə salınmış mənfəət vergisi üzrə xərclər
 

Mühasibat uçotunun hesablar planı

posted in: Uncategorized | 0

Mühasibat uçotunun hesablar planı — mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və subhesabların məcmusudur. Köhnə hesablar planı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 sentyabr 1995-ci il tarixli İ-94 saylı əmri ilə təsdiq olunmuş və 1 yanvar 1996-cı il tarixdən qüvvədədir. Yeni hesablar planı (Kommersiya təşkilatlari üçün 1 N-li Milli Muhasibat Uçotu Standartı, Əlavə 2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-ci il 18 aprel tarixli İ-38 nömrəli əmri ilə təsdiq edilmişdir). Yeni hesablar planında bölmələr, maddələr, balans hesabları və subhesablar nəzərdə tutulmayıb. Əsas hesablar üç rəqəmdən ibarət olur. Sonradan subhesablara xırdalana bilər.Məsələn 1-ci bölmə üzunmüddətli aktivlərdir. Həmin bölmədə artıq 10-cu maddə qeyri-maddi aktivlərdir. Həmçinin bu maddədə 101 qeyri-maddi aktivlər balans hesabı, 111 torpaq, tikili və avadanlıqlar adlı balans hesabları var. Dediyim kimi 3 rəqəmdən ibarət balans hesabları subhesablara bölünə bilər. Məsələn 101-2 qüdvil.

01 №-li «Əsas vəsaitlər» hesabı

posted in: Uncategorized | 0

01 №-li «Əsas vəsaitlər» hesabı müəssisənin mülkiyyətindəki istismarda, ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud icarəyə verilən (uzunmüddətli icarəyə götürülənlərdən başqa) əsas vəsaitlərin mövcudluğu və hərəkətləri haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Əsas vəsaitlərə aid edilən obyektlər və onların tərkibi qanunverici və digər normativ aktlarda nizamlanır. Müəssisənin istehsal (xidmət) sferasında bir ildən çox iştirak edən, dəyəri normativ sənədlərlə tənzimlənən, köhnəldikcə öz dəyərini qanunvericiliklə müəyyən edilmiş normalarla hissə-hissə məhsulun (xidmətin) dəyərinə keçirən, istehsal (xidmət) prosesində öz natural formasını saxlayan əmək vasitələri əsas vasitələr adlandırılır.


Binalar, qurğular, ötürücü qurğular, iş-güc maşınları (avadanlıqları), ölçü tənzimləyisi cihazlar (qurğular), hesablama texnikası, nəqliyyat vəsaitləri, alətlər, istehsalat-təsrrüfat inventarları (ləvazimatları), işçi-məhsuldar heyanlar, çoxillik əkmələr, daxili təsərrüfat yolları, öz mülkiyyəti olan torpaq sahələri, torpaqların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s.), həmçinin başqa işlərə (məqsədlərə) qoyulan kapital qoyuluşları və başqa vəsaitlər (əmək vəsaitləri) əsas vəsaitlərə aid edilir.


Bu təlimatla infilyasiyanın sürətini nəzərə alaraq 01 yanvar 1996-cı ildən sonra alınan əsas vəsaitlərin vahidinin və dəstinin dəyərinin minimum həddi 500 000 manat həcmində limitləşdirilir. 01 yanvar 1996-cı ilədək müəssisənin 01 №-li «Əsas vəsaitlər» hesabında uçota alınan vəsaitlər müəssisənin əsas vəsaitləridir. İnfilyasiyanın surətindən asılı olaraq əsas vəsaitlərin dəyərinin minimum həddinin limiti hər dəfə dəyişdirildikcə onların balansda yerini dəyişmək olmaz. Müəssisənin 01 №-li «Əsas vəsaitlər» hesabında müxtəlif səbəblərdən əsas vəsait kimi uçota alınan bəzi lüzumsuz (faktiki olaraq istehsal / xidmət / sferasında əsas vəsait kimi iştrak etmə imkanı olmayan) vəsaitlər olarsa və onların əsas vəsaitlər sırasından çıxarılması zərurəti yaranarsa, o zaman müvafiq qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri bu barədə qərar qəbul edir. Bu qərar müəssisənin uçot siyasəti barədəki əmrində öz əksini tapmalıdır.


İcarəyə verilmiş binalar, qurğular, avadanlıqlar və digər əsas vəsaitlər üzrə başa çatdırılmış əsaslı məsrəflər icarəyə götürən tərəfindən faktiki xərclər məbləğində özünün əsas vəsaitlərinə daxil edilir (icarə müqaviləsində başqa şərtlər nəzərdə tutulmadıqda).
Müəssisənin öz mülkiyyətində olan torpaq sahələri uçotda onların alınmasına çəkilən faktiki xərclər üzrə əks etdirilir.
Əsas vəsaitlər uçotda ilkin dəyəri ilə, yəni onların alınmasına, quraşdırılmasına və hazırlanmasına çəkilən faktiki xərc məbləğində əks etdirirlir. Öz mülkiyyətində olan torpaq sahələrindən başqa əsas vəsaitlərin ilkin dəyəri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri aparıldıqda, onlarayeni avadanlıqlar quraşdırıldıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişdirilə bilər.


Əsas vəsaitlərin satışı və s. xaric olması hallarında (əvəzsiz olaraq verilənlərdən və alınanlardan başqa) bu əməliyyatlar üzrə mənfəət, yaxud zərər müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir.


Aşağıdakılar əsas vəsaitlərə aid edimyərək müəssisələrdə dövriyyədəki vəsaitlərin, idarələrdə isə azqiymətli əşyaların və digər sərvətlərin tərkibində uçota alınırlar:

a) Dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;
b) İstehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə
məhsulun (xidmətin) dəyərinə keçirən və prosesdə natural formasını saxlamayan
sərvətlər;
v) Dəyərindən və xidmət müddətindən asılı olmayaraq əsas vəsait sayılan kənd
təsərrüfatı maşınlarından, alətlərindən, mexanikləşdirilmiş tikinti alətlərindən, işçi və
məhsuldar heyvanlardan başqa xidmət müddətindən asılı olmayaraq vahidinin və dəstinin
dəyəri 500 000 manatdan (bu hədd 01.01.1996-cı ildən sonra alınanlar üçündür) aşağı
olan əmək əşyaları;
q) Dəyərindən və xidmət müddətindən asılı olmayaraq balıq ovu alətlər (trallar və
bütün növ torlar və s.) ;
d) Benzinmotorlu mişarlar, şaxdoğrayan maşınlar, çaylarda istifadə edilən axıtma
trosları, mövsümü yollar, ağac daşıma üçün müvəqqəti asılma yollar, iki il müddətində
istifadə etmək üçün meşələrdə olan müvəqqəti evlər, səyyar dartılıb aparılan qızdırıcı
evlər, qazanxana məntəqələri və başqa müvəqqəti mövsümü xarakterli vəsaitlər (əmək
vəsaitləri) ;
e) Dəyərindən asılı olmayaraq fərdi sifarişlərin, yaxud məmulatların seryalı və
kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər;
ə) Vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq
xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları,
j) Vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq
müəssisələrdə işçilərə verilən xüsusi geyim formaları, səhiyyə, maarif, əhalinin sosial
müdafiəsi və başqa büdcə idarələrində verilən geyimlər və ayaqqabılar;
z) Dəyəri kompleks tikinti quraşdırma işlərinin maya dəyərinə üstəlik xərclər kimi
daxil edilən müvəqqəti (titulsuz) xüsusi düzəldilmiş mexanizmlər, qurğular və s. (tituldan
kənar) tikintilər;
i) Anbarda əmtəə material qiymətlərinin saxlanmasında və ya texnoloji prosesdə
iştirak edən vahidinin dəyəri 500 000 manatdan (bu hədd 01.01.1996-cı ildən sonra
alınanlar üçündür) aşağı olan taralar;
k) Dəyərindən asılı olmayaraq kirayə vermək üçün təyin edilmiş əşyalar;
l) cavan və kökəldilməkdə olan heyvanlar, qüşlar, dovşanlar, xəzli heyvanlar, arı
ailələri və təcrübə üçün saxlanılan heyvanlar;
m) Tinklikdə köçürmə məqsədilə əkilmiş çoxillik əkmələr;

Köhnə hesablar planı

posted in: Uncategorized | 0
Sintetik hesabların adı № – si Tipi Subhesabların adı və № – si
       
ƏSAS VƏSAİTLƏR VƏ DİGƏR UZUNMÜDDƏTLİ QOYULUŞLAR
Əsas vəsaitlər 01 A Əsas vəsaitlərin növləri üzrə
Əsas vəsaitlərin köhnəlməsi
(amortizasiyası)
02 P 1. Xüsusi əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)
2. Uzunmüddətə icarəyə götürülmüş əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)
Uzunmüddətə icarəyə götürülmüş əsas vəsaitlər 03 A  
Qeyri-maddi aktivlər 04 A Qeyri-maddi aktivlərin növləri üzrə
Qeyri-maddi aktivlərin amortizasiyası (köhnəlməsi) 05 P  
Uzunmüddətli maliyyə qoyuluşları 06 A
  1. Pay və səhmlər
  2. İstiqrazlar
  3. Verilmiş borclar
Quraşdırılası avadanlıqlar 07 A
  1. Öz ölkəsinin istehsalı olan quraşdırılası avadanlıqlar
  2. Xaricdən idxal edilən quraşdırılası avadanlıqlar
Kapital qoyuluşları 08 A
  1. Torpaq sahələrinin əldə edilməsi
  2. Təbiətdən istifadə obyektlərinin əldə edilməsi
  3. Əsas vəsaitlər obyektlərin inşası
  4. Ayrı-ayrı əsas vəsait obyektlərin əldə edilməsi
  5. Əsas vəsaitlərin dəyərini artırmayan məsrəflər
  6. Qeyri-maddi aktivlərin əldə edilməsi
  7. Cavan heyvanların əsas sürüyə keçirilməsi
  8. Yaşlı heyvanların əldə edilməsi
  9. Əvəzsiz alınmış heyvanların gətirilməsi
Daxil olası icarə öhdəlikləri 09 A  
İSTEHSAL EHTİYATLARI
Materiallar 10 A
  1. Xammal və materiallar
  2. Satın alınmış yarımfabrikatlar və komplektləşdirici məmulatlar, konstruksiyalar və detallar (hissələr)
  3. Yanacaq
  4. Tara və tara materialları
  5. Ehtiyat hissələri
  6. Sair materiallar
  7. Emal üçün kənara verilmiş materiallar
  8. Tikinti materialları
Böyüdülməkdə və kökəldilməkdə olan heyvanlar 11 A  
Azqiymətli və tezköhnələn əşyalar 12 A
  1. Ehtiyatda olan azqiymətli və tez köhnələn əşyalar
  2. İstismarda olan azqiymətli və tezköhnələn əşyalar
  3. Müvəqqəti (titulsuz) tikintilər
Azqimətli və tezköhnələn əşyaların köhnəlməsi 13 P  
Maddi sərvətlərin yenidən qiymətləndirilməsi 14 A – P  
Materialların tədarükü və əldə edilməsi 15 A  
Materialların dəyərindəki kənarlaşmalar 16 A – P  
Alınmış sərvətlər üzrə əlavə dəyər vergisi 19 A
  1. Kapital qoyuluşları zamanı əlavə dəyər vergisi
  2. Alınmış qeyri-maddi aktivlər üzrə əlavə dəyər vergisi
  3. Alınmış material ehtiyatları üzrə əlavə dəyər vergisi
  4. Alınmış azqiymətli və tezköhnələn əşyalar üzrə əlavə dəyər vergisi
İSTEHSAL MƏSRƏFLƏRİ
Əsas istehsal 20 A  
Öz istehsalının yarımfabrikatları 21 A  
Köməkçi istehsalat 23 A  
Ümumistehsalat xərcləri 25 A  
Ümumtəsərrüfat xərcləri 26 A  
İstehsalda zay 28 A  
Xidmətedici istehsalat və təsərrüfat 29 A  
Qeyri-əsaslı işlər 30 A
  1. Müvəqqəti (titullu) tikintilərin inşası
  2. Müvəqqəti (titulsuz) tikintilərin inşası
  3. Sair qeyri-əsaslı işlər
Gələcək dövrlərin xərcləri 31 A  
Bitməmiş işlər üzrə yerinə yetirilmiş mərhələlər 36   İşlərin növləri üzrə
Məhsul (iş, xidmət) buraxılışı 37 A  
HAZIR MƏHSUL, MALLAR VƏ SATIŞ
Hazır məhsul 40 A  
Mallar 41 A
  1. Anbarlarda olan mallar
  2. Pərakəndə ticarətdə olan mallar
  3. Dolu və boş taralar
  4. Satın alınan məmulatlar
  5. Kirayə əşyaları
Ticarət əlavəsi (güzəştli) 42 A
  1. Ticarət əlavəsi (güzəştli)
  2. Nəqliyyat xərclərini ödəmək üçün malsatanların güzəştləri
Kommersiya xərcləri 43 A  
Tədavül xərcləri 44 A  
Yüklənmiş mallar 45 A  
Məhsul (iş, xidmət) satışı 46 A – P  
Əsas vəsaitlərin satışı və sair xaricolmaları 47 A – P  
Sair aktivlərin satışı 48 A – P  
PUL VƏSAİTLƏRİ
Kassa 50 A  
Hesablaşma hesabı 51 A  
Valyuta hesabı 52 A
  1. Ölkə daxili valyuta hesabları
  2. Xaricdəki valyuta hesabları
  3. Məzənnə fərqləri
Banklarda olan xüsusi hesablar 55 A
  1. Akkreditivlər
  2. Çek kitabçaları
Pul sənədləri 56 A  
Yolda olan köçürmələr 57 A  
Qısamüddətli maliyyə qoyuluşları 58 A
  1. İstiqrazlar və digər qiymətli kağızlar
  2. Depozitl
  3. Verilmiş borclar
HESABLAŞMALAR
Malsatan və podratçılarla hesablaşmalar 60 P  
Verilmiş avanslar üzrə hesablaşmalar 61 A  
Alıcılar və sifarişçilərlə hesablaşmalar 62 A – P
  1. İnkasso qaydasında hesablaşmalar
  2. Planlı ödəmələr üzrə hesablaşmalar
  3. Alınmış veksellər
İddialar üzrə hesablaşmalar 63 A  
Alınmış avanslar üzrə hesablaşmalar 64 P  
Əmlak və şəxsi sığorta üzrə hesablaşmalar 65 A – P  
Büdcədənkənar ödənişlər üzrə hesablaşmalar 67 P Ödənişlərin növləri üzrə
Büdcə ilə hesablaşmalar 68 P Ödənişlərin növləri üzrə
Sosial sığorta və təminat üzrə hesablaşmalar 69 P
  1. Sosial sığorta üzrə hesablaşmalar
  2. Pensiya təminatı üzrə hesablaşmalar və başqaları
Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar 70 P  
Təhtəlhesab şəxslərlə hesablaşmalar 71 A – P  
Sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmalar 73 A – P
  1. Kreditə satılmış mallara görə hesablaşmalar
  2. Verilmiş borclar üzrə hesablaşmalar
  3. Maddi zərərin ödənilməsi üzrə hesablaşmalar
Təsisçilərlə hesablaşmalar 75 A – P
  1. Nizamnamə (yığım) kapitalına qoyuluşlar üzrə hesablaşmalar
  2. Gəlirlərin ödənilməsi üzrə hesablaşmalar
Müxtəlif debidor və kreditorlarla hesablaşmalar 76 A – P  
Törəmə (asılı) müəssisələrlə hesablaşmalar 78 A – P  
Təsərrüfatdaxili hesablaşmalar 79 A – P
  1. Ayrılmış əmlak üzrə
  2. cari əməliyyatlar üzrə
MALİYYƏ NƏTİCƏLƏRİ VƏ MƏNFƏƏTİN İSTİFADƏSİ
Mənfəət və zərər 80 A – P  
Mənfəətin istifadəsi 81 A
  1. Mənfəətdən büdcəyə ödəmələr
  2. Mənfəətin başqa məqsədlərə istifadəsi
Qiymətləndirəcək ehtiyatlar 82 P
  1. Şübhəli borclar üzrə ehtiyatlar
  2. Qiymətdən düşən qiymətli kağızlara qoyuluşlar üzrə ehtiyatlar
Gələcək dövrlərin gəlirləri 83 P
  1. Gələcək dövrlərin hesabına alınmış gəlirlər
  2. Keçmiş illərə aid müəyyən edilmiş əskikgəlmələr və itgilər üzrə daxil olası borclar
  3. Əksikgələn sərvətlərin balans dəyəri ilə günahkar şəxslərdən tutulası məbləğ arasındakı fərq
  4. Məzənnə fərqi
Sərvətlərin əskikgəlməsi və xarabolmasından itkilər 84 A  
KAPİTALLAR (FONDLAR) VƏ EHTİYATLAR
Nizamnamə kapitalı 85 P  
Ehtiyat kapitalı 86 P  
Əlavə kapital 87 P
  1. Yenidənqiymətləndirmə nəticəsində əmlakın dəyərinin artması
  2. Emissiya gəliri
  3. Əvəzsiz olaraq alınmış sərvətlər
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) 88 A – P
  1. Hesabat ilinin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri)
  2. Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri)
  3. Yığım fondu
  4. Sosial sferaların fondu
  5. İstehlak fondları
Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar 89 P Ehtiyatların növləri üzrə
KREDİTLƏR VƏ MALİYYƏLƏŞMƏLƏR
Qısamüddətli bank kreditləri 90 P Kreditlərin növləri üzrə
Uzunmüddətli bank kreditləri 92 P Kreditlərin növləri üzrə
İşçilər üçün bank kreditləri 93 P Kreditlərin növləri üzrə
Qısamüddətli borclar 94 P  
Uzunmüddətli borclar 95 P  
Məqsədli maliyyələşdirmələr və daxilolmalar 96 P  
İcarə öhdəlikləri 97 P  
BALANSARXASI HESABLAR
İcarəyə götürülmüş əsas vəsaitlər 001    
Məsuliyyətli mühavizəyə qəbul edilmiş mal-material qiymətləri 002    
Emala qəbul edilmiş materiallar 003    
Komissiyaya qəbul edilmiş mallar 004    
Quraşdırılmağa qəbul edilmiş avadanlıqlar 005    
Ciddi hesabat blankları 006    
Zərərə silinmiş ümidsiz debidor borcları 007    
Alınmış ödənişlərin və öhdəliklərin təminatı 008    
Verilmiş ödənişlərin və öhdəliklərin təminatı 009    
Mənzil fondunun köhnəlməsi 014    
Zahirən abadlıq obyektləri və digər bu kimi obyektlərin köhnəlməsi 015