Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri

posted in: Uncategorized | 0

Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:

a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək;

b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;

c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;

ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək;

d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;

e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq;

ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək;

f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq;

g) cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək;

ğ) uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək; 

h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminəgücləndirilmiş elektron imza vasitəsi ilədaxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla);

x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək.

İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən,15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən,habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. 

Əvəzsiz köçürmələr olduğu halda ƏDV-nin kompensasiya edilməsi

posted in: Uncategorized | 0

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə uyğun olaraq beynəlxalq təşkilatın, yaxud xarici hüquqi və ya fiziki şəxsin əvəzsiz köçürmələri ilə ödənilmiş malları alan və yaxud işlərin və ya xidmətlərin nəticələrini həmin əsaslarla əldə edən şəxs vergi orqanına elektron vergi hesab-fakturaları verərkən, həmin mallara, işlərə və ya xidmətlərə görə ödənilmiş ƏDV-ni vergi orqanına ərizə verdiyi vaxtdan 45 gün ərzində geri almaq hüququna malikdir.

ƏDV yalnız o zaman qaytarılır ki, məbləğin geri alınması tələbi vergi tutulan əməliyyatın və ya vergi tutulan idxalın aparıldığı aydan sonrakı ay qurtaranadək vergi orqanına verilmiş olsun.

Qeyd: Vergi ödəyicisinin 2003-cü il 1 yanvar tarixinə vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində aylıq gəlirin vergi tutulmayan məbləğinin 5000 mislindən çox deyilsə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair 45 gün ərzində ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması Vergi Məcəlləsinin 158.2-ci maddəsinin ikinci cümləsinə və 158.3-cü maddəsinə uyğun həyata keçirilir.

Bu Qanunun (№–– 383) 2003-cü il yanvarın 1-dən qüvvəyə mindiyi tarixdən sonra təqdim olunan vergi bəyannamələrində 2003-cü il yanvarın 1-dək dövrə aid fəaliyyət əks etdirildikdə, həmin dövrdə qüvvədə olmuş vergi dərəcələri tətbiq edilir.

2003-cü il yanvarın 1-dək vergi ödəyiciləri tərəfindən nağd pulla aparılan və ƏDV-nə cəlb edilən əməliyyatlar üzrə vergi hesab-fakturaları, həmin əməliyyatların aparıldığı dövr üzrə vergi orqanlarına müəyyən edilmiş müddətdə təqdim edilən bəyannamələrdə əks etdirildiyi halda verginin əvəzləşdirilməsinə əsas verir.

Vergi ödəyicilərinin məsuliyyəti və vergi orqanlarının nəzarəti

posted in: Uncategorized | 0

ƏDV-nin düzgün hesablanması və vaxtında büdcəyə ödənilməsi üçün, həmçinin bəyannamələrin vergi orqanlarına müəyyən edilmiş müddətlərdə verilməsi üçün vergi ödəyiciləri və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq, ƏDV-nin tutulması gömrük orqanlarının səlahiyyətinə aid olduqda isə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.


Vergitutmanın idarə edilməsi bu Məcəlləyə və Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq vergi orqanları və gömrük orqanları tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

 Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV

posted in: Uncategorized | 0

AR Vergi məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövri ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur.

AR Vergi məcəlləsinin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövri ərzində ödənilməli olan ƏDV sayılır və AR Vergi məcəlləsinin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövri ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir.

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.