Xidmətedici istehsalat və təsərrüfatlar he­sa­bı

posted in: Uncategorized | 0

29 «Xidmətedici istehsalat və təsərrüfatlar» he­sa­bı müəssisənin xidmət­edi­ci istehsalat və təsər­rüfat­la­rı­nın məhsul buraxılışı, yerinə yetirilən iş və gös­tə­ri­lən xid­mətlərlə əlaqədar xərcləri haqqında məlumatları ümu­mi­ləşdirmək üçün nəzərdə tutulmuşdur. Xidmətedici is­teh­salat və təsərrüfat dedikdə müəssisənin məhsul isteh­sa­lı ilə bağlı olmayan, lakin onun əmlakı sayılıb, balan­sında olan yaşayış evləri, yataqxanalar, məişət emalat­xa­na­ları, yeməkxana, uşaq bağ­ça­la­rı və s. başa düşülür.

29 «Xidmətedici istehsalat və təsərrüfatlar» he­sa­bının debetində məhsul buraxılışı, göstərilən xidmət və yerinə yetirilən işlərlə bilavasitə əlaqədar olan birbaşa xərclər, həmçinin köməkçi istehsalın xərcləri əks etdirilir. Həmin hesabın kreditində istehsalı başa çatmış məh­su­lun, yerinə yetirilmiş işin və göstərilən xidmətin faktiki maya dəyərinin məbləği əks olunur. 29 «Xid­mət­e­di­ci istehsalat və təsərrüfatlar» hesabı üzrə ayın axırına ol­an qalıq bitməmiş istehsalın dəyərini göstərir.

İstehsalda zay

posted in: Xəbər | 0

Zay məhsulların bərpa olunması və onlara sərf olu­nan məsrəflərlə əla­qə­dar itkilər 28 «İstehsalatda zay» aktiv hesabında əks olunur. Həmin hesabın de­be­tin­də aşkar edilmiş daxili və xarici zay üzrə (düzəldilməsi mümkün ol­ma­yan, yəni tam zay məhsulun dəyəri və s.) məsrəflər cəmlənir.

28 «İs­teh­sa­latda zay» hesabının kreditində zay məhsuldan olan itkilərin azaldılmasına aid edilən məbləğlər, yəni mümkün istifadə qiymətləri üzrə zay edilmiş məhsulun dəyəri, zay üçün günahkar şəxslərdən tutulmuş məb­ləğ­lər həmçinin zaydan itki kimi istehsal məsrəflərinə si­li­nən məbləğlər əks etdirilir.

Ümumtəsərrüfat xərcləri hesabı

posted in: Xəbər | 0

26 «Ümumtəsərrüfat xərcləri» hesabı istehsal əməliyyatları ilə bilavasitə əlaqədar olmayan xərclər haqqında informasiya formalaşdırmaq üçün nəzərdə tutulmuşdur. Həmin hesabda da qalıq olmur.

Ay ərzində hesabın debetində toplanmış xərcdə qəbul edilmiş üsullarla bölüşdürülərək istehsal edilən ayrı-ayrı məhsulların (iş və xidmətlərin) maya dəyərinə daxil edilir.

Ümumistehsalat xərcləri hesabı

posted in: Xəbər | 1

25 «Ümumistehsalat xərcləri» hesabı müəs­si­sə­nin əsas və köməkçi istehsalatlarına xidmət üzrə xərc­lər haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

25 «Ümumistehsalat xərcləri» hesabında əsa­sən maşın və avadanlıqların saxlanması və istismarı xərc­ləri, istehsal təyinatlı əsas vəsaitlərin təmiri xərcləri və amor­tizasiyası, istehsal binalarının saxlanması, işıqlandırılması, qızdırılması xərcləri, istehsalata xidmət edən işçi heyətinin əməyinin ödənişi üzrə xərclər və s. oxşar təyinatlı xərclər əks etdirilə bilər.

25 saylı hesabda qalıq olmur, həmin hesabın debe­tin­də toplanmış bütün xərclər 20 «Əsas istehsalat» və 23 «Köməkçi istehsalat» hesablarının debetinə silinir.