Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya

posted in: Xəbər | 0

Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya yeni qaydada hesablanacaq – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18 fevral 2026-cı il tarixdə bu haqqda qərar qəbul edib.

Məlum olduğu kimi işçinin əmək müqaviləsinə xitam verilərkən ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsi ilə tənzimlənir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarı qəbul edilənədək məzuniyyət kompensasiyası hesablanarkən əlavə məzuniyyətlər, təhsil və yaradıcılıq məzuniyyətləri, habelə sosial məzuniyyətlərə görə pul əvəzinin verilməsi 144-cü maddəsinin 2-ci və 3-cü hissələri ilə məhdudlaşdırılırdı.

Mütəxəssislərin qənaətinə görə əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilməməsi AR Konstitusiyasında təsbit edilmiş istirahət hüququnun pozulmasına gətirib çıxarır. Məhz bunu nəzərə alaraq  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Konstitusiya Məhkəməsinə müraciət edərək, həmin maddənin mövcud qanunvericiliyinə uyğunluğunu araşdırmağı xahiş etmişdir.

Sorğunu araşdıran Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, müxtəlif ədliyyə orqanlarının, Vəkillər Kollegiyasının,  Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin elmi əməkdaşının rəyini, mövcud normativ hüquqi aktları araşdırmış, Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsindəki “bu Məcəllənin 115–117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddəasının bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə, həmin hissəni tətbiqinin dayandırılması, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələri  AR Konstitusiya tələblərinə uyğunlaşdırılması haqqında qərar qəbul etmişdir (əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilməsini əsaslandıran AR  Konstitusiya Məhkəməsinin qərarının tam mətni ilə buradan tanış olmaq olar).

HR və mühasiblər bu qərarı təcrübədə necə tətbiq edəcəklər?

Belə bir hala baxaq. Bildiyiniz kimi, on ildən çox əmək stajı olan işçinin Əmək Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq 21 (yaxud 30) təqvim günündən az olmayan əsas, 116-cı maddəsi ilə müəyyən edilmiş 4 təqvim günündən ibarət əlavə məzuniyyət hüququ var. O, bu məzuniyyət günlərindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla birdəfəlik yaxud hissələrlə istifadə edə bilər.

Təsəvvür edək ki, həmin işçinin əmək müqaviləsinə xitam verilib. Bu zaman ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməlidir. Bu qərardan əvvəlki qaydaya görə, işçiyə yalnız istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə pul əvəzi ödənilirdi. Yeni qayda 116-cı maddə ilə müəyyən edilmiş 4 təqvim günündən ibarət əlavə məzuniyyətin istifadə edilməmiş hissəsi üçün əmək müqaviləsinə xitam verilmiş işçiyə məzuniyyət kompensasiyası ödənişini zəruri edir.

Pul əvəzinin ödənilməsi tələbi Məcəllənin 116-cı, 17-ci və 118-1-ci maddələri ilə müəyyən edilmiş digər əlavə məzuniyyətlərə də aiddir.

Qərar hansı tarixdən tətbiq edilir?

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilməsi haqqında qərarı 18 fevral 2026-cı il tarixdən etibarən qüvvəyə minib. Bu səbəbdən də həmin tarixdən tətbiq edilir və bu tarixdən sonra əmək müqavilələrinə xitam verilməsi ilə bağlı yaranan münasibətlərə, habelə hazırda məhkəmələrin icraatında olan müvafiq işlərə şamil edilməlidir.

İstifadə olunmamış məzuniyyətə görə kompensasiya necə hesablanacaq?

posted in: Xəbər | 0

Yeni qərarı  insan resursları üzrə ekspert Ramin Hacıyev şərh edir.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 37-ci maddəsinin I və II hissələrinə, 71-ci maddəsinin I, II, V və VI hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş edib.

Sorğuda qeyd olunub ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin maddənin 3-cü hissəsinin tələbinə görə isə əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Sorğu verənin qənaətinə görə, əmək müqaviləsinə xitam verilərkən işçilərin işləməklə əldə etdiyi Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əmək şəraitinə, əmək funksiyasının xarakterlərinə və əmək stajına görə əlavə məzuniyyətlər üçün pul əvəzinin verilməsinin Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsi ilə məhdudlaşdırılması Konstitusiyanın bərabərlik hüququna və normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmalı olmasına dair tələblərinə uyğun olmamaqla, Əsas Qanunun 37-ci maddəsi ilə təminat verilən istirahət hüququnun pozulmasına gətirib çıxarır.

Qeyd edək ki, hazırda Əmək Məcəlləsi ilə müəyyən edilən əlavə məzuniyyətlərə aşağıdakılar aiddir:

– əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət (115-ci maddə);

– əmək stajına görə əlavə məzuniyyət (116-cı maddə);

– uşaqlı qadınların əlavə məzuniyyəti (117-ci maddə);

– Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti (118-1-ci maddə).

Konstitusiya Məhkəməsinin Plenumu Ombudsmanın sorğusunu, məhkəmə və digər müvafiq qurumların mütəxəssislərinin mülahizələrini, ekspert rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək aşağıdakı kimi qərar qəbul edib:

Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsindəki “bu Məcəllənin 115–117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddəası bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından tətbiqi dayandırılsın.

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən, işdən çıxan günədək işçinin istifadə etmədiyi Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərə görə kompensasiya ödənilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin 144-cü maddəsinin 2 və 3-cü hissələri Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin I və III, 71-ci maddəsinin II və 149-cu maddəsinin I hissələrinin tələblərinə uyğunlaşdırılsın.

Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25 və 149-cu maddələrinin tələbləri nəzərə alınmaqla mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin edilsin.

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsindən sonra əmək müqavilələrinə xitam verilməsi ilə bağlı yaranan münasibətlərə, habelə hazırda məhkəmələrin icraatında olan müvafiq işlərə şamil olunur. Qərar dərc edildiyi gündən -18 fevral 2026-cı il tarixdən qüvvəyə minib.

Qeyd edilən yeni halları misalla izah edək:

Misal 1

Mühasib vəzifəsində çalışan işçi 22.02.2025-ci il tarixdə işə qəbul olunub. Hesab edək ki, bir ilin tamamında, yəni 22.02.2026-cı il tarixdə əmək müqaviləsinə xitam verilir. İşçinin 30 təqvim günü əsas məzuniyyətə, 4 təqvim günü isə əmək stajına görə əlavə məzuniyyətə görə, cəmi 34 təqvim günü istifadə edilməmiş məzuniyyət hüququ var. Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarının tələbinə əsasən, işçiyə həm əsas (30 gün) məzuniyyətə, həm də əlavə (4 gün) məzuniyyətə görə, yəni 34 təqvim gününə görə kompensasiya verilməlidir.

Misal 2

Mühəndis vəzifəsində çalışan işçi 25.02.2025-ci il tarixdə işə qəbul olunub. Tutaq ki, bir ilin tamamında, yəni 25.02.2026-cı il tarixdə əmək müqaviləsinə xitam veriləcək. İşçinin 30 təqvim günü əsas məzuniyyətə, 6 təqvim günü əmək şəraitinə əlavə məzuniyyətə və 2 təqvim günü əmək stajına görə əlavə məzuniyyətə, cəmi 38 təqvim günü istifadə edilməmiş məzuniyyət hüququ var. Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarının tələbinə görə, işçiyə əsas (30 gün) və əlavə (6+2=8 gün) məzuniyyətə görə, yəni 38 təqvim gününə görə kompensasiya verilməlidir.

Misal 3

Sürücü vəzifəsində çalışan işçi 05.10.2025-ci il tarixdə işə qəbul olunub. Hesab edək ki, 02.03.2026-cı il tarixdə əmək müqaviləsinə xitam veriləcək. İşçinin 8.5 təqvim günü əsas məzuniyyətə (05.10.2025-02.03.2026-cı iş ili üzrə), 2 təqvim günü isə əmək stajına görə əlavə məzuniyyətə gör, cəmi 10.5 təqvim günü istifadə edilməmiş məzuniyyət hüququ var. Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarına əsasən, işçiyə əsas (8.5 gün) məzuniyyətə, həmçinin də əlavə (2 gün) məzuniyyətə görə, yəni 10.5 təqvim gününə görə kompensasiya verilməlidir.

Misal 4

Mühəndis vəzifəsində çalışan işçi 25.02.2025-ci il tarixdə işə qəbul olunub. Fərz edək ki, bir ilin tamamında, yəni 25.02.2026-cı il tarixdə əmək müqaviləsinə xitam veriləcək. İşçinin 30 təqvim günü əsas məzuniyyəti, 6 təqvim günü əmək şəraitinə görə əlavə məzuniyyəti və 5 gün təqvim günü Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə verilən əlavə məzuniyyəti, cəmi 41 təqvim günü istifadə edilməmiş məzuniyyət hüququ var. Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarının tələbinə görə, işçiyə əsas (30 gün) və əlavə (6+5=11 gün) məzuniyyətlərə görə, yəni 41 təqvim gününə görə kompensasiya verilməlidir.

Mənbə: vergiler.az

Övladlığa uşaq götürmüş şəxslər üçün hansı güzəştlər var?

Övladlığa uşaq götürmüş şəxslər üçün hansı güzəştlər var?

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, övladlığa uşaq götürmüş şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilməklə yanaşı, onlar sosial təminat, əmək, vergi münasibətləri sahələrində bir sıra güzəştlərə də malikdirlər:

– valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan qadınların və kişilərin 5 il erkən yaşa görə pensiya və ya yaşa görə müavinət hüququ var;

– əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlar, bu yaşadək üç və daha çox uşağı, yaxud əlilliyi olan uşağı olan qadınlar üçün nəzərdə tutulan əlavə məzuniyyət uşaqları övladlığa götürmüş şəxslərə də şamil olunur;

– iki aylığadək yaşında uşağı övladlığa götürən qadınların doğuşdan sonra müəyyən edilmiş 56 günlük ödənişli sosial məzuniyyətdən istifadə etmək hüququ var.

– üç yaşadək uşağı övladlığa götürən qadınların 3 yaşadək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdən istifadə etmək hüququ var;

– əlilliyi olan uşağı övladlığa götürən valideynlərin birinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat azaldılır.

Eyni zamanda övladlığa götürülmüş uşaqlar ailə başçısını (onları övladlığa götürmüş şəxsləri) itirdikdə, ailə başçısını itirməyə görə aylıq sosial ödənişlə (pensiya və ya müavinət) təmin edilirlər. Habelə valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülmüş uşaqlar ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqları dövlət büdcəsi vəsaiti hesabına ödənilir.

Mənbə: vergiler.az

İlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?

İlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?

posted in: Xəbər | 0

Əsas vəsait dekabrda istismara verilibsə, Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq illik köhnəlmə hesablamaq olarmı? Qanunvericilikdə qeyd edilib ki, vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114 -cü maddəsinin müddəalarına uyğun olaraq, gəlirdən çıxılır. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya ayırmaları düz xətt və ya azalan qalıq dəyəri metodu ilə, digər vergi ödəyiciləri tərəfindən isə yalnız azalan qalıq dəyəri metodu ilə (qeyri-maddi aktivlər üzrə amortizasiya ayırmaları istisna olmaqla) hesablanır.

Əlavə olaraq, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, əsas vəsaitlərin kateqoriyaları üzrə azalan qalıq dəyəri metodu ilə amortizasiya ayırmaları Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi

Mənbə: vergiler.az

Özəl sektorda işçilərə tətbiq olunan vergi və güzəştlər

1 26 27 28 29 30 31 32 2. 679