Read More9
Read More9

Ödənişsiz məzuniyyət hüququ və ondan istifadə

posted in: Xəbər | 0

Ödənişsiz məzuniyyət nədir?

İstirahət vaxtının ən mühüm və əhəmiyyətli hissəsi olan məzuniyyətlərin təyinatına görə bir neçə növü var. İllik əsas əmək məzuniyyəti, habelə əlavə ödənişli məzuniyyətlə yanaşı, işçilərin ödənişsiz məzuniyyət hüququ da var. Onu həm də öz hesabına məzuniyyət də adlandırırlar.

Digər məzuniyyət növlərində olduğu ki, ödənişsiz məzuniyyətdə də işçinin müvəqqəti işdə olmadığı müddətdə iş yeri, vəzifəsi saxlanılır, lakin əməkhaqqı ödənilmir.

Məzuniyyətə çıxan işçi işəgötürənə öz hesabına məzuniyyət ərizəsi təqdim edir. AR Əmək Məcəlləsində ödənişsiz məzuniyyət üçün ərizə forması verilməyib, amma onu yazarkən məzuniyyətin səbəbi, başlanğıcı və müddəti göstərilməlidir.

Ödənişsiz məzuniyyət və Əmək Məcəlləsi

Ödənişsiz məzuniyyətlərin verilməsi qaydası AR Əmək Məcəlləsinin iyirminci fəsli ilə tənzimlənir. Məcəllənin 128-ci maddəsi  İşçinin öz hesabına məzuniyyətdən istifadənin aşağıdakı hallarını müəyyən edir:

  • ailə, məişət, digər sosial məsələlərin həlli zamanı;
  • təhsil, yaradıcı elmi işlə məşğul olduqda;
  • yaşından, fizioloji keyfiyyətlərindən asılı olaraq  işdən müvəqqəti uzaqlaşmaq məcburiyyəti  yarandıqda.

129-cu maddəyə görə ödənişsiz məzuniyyət işçinin istəyi yaxud tərəflərin qarşılıqlı razılığı əsasında verilə bilər. Hər iki halda işçi öz hesabına məzuniyyət ərizəsi təqdim etməlidir.

AR Əmək Məcəlləsinə əsasən ödenişsiz məzuniyyətin 3 növünü fərqləndirmək olar:

  • işçinin xahişi, tərəflərin razılığı ilə təyin edilən məzuniyyətlər;
  • kollektiv müqavilələrdə müəyyən olunan qaydalara uyğun verilən məzuniyyətlər;
  • əmək müqavilələrinin şərtlərinə uyğun və tərəflərin müəyyən etdiyi şərtlər əsasında verilən məzuniyyətlər.

İşçinin yazdığı ödənişsiz məzuniyyət üçün ərizə forması özündə məzuniyyətin səbəb və müddətlərini əks etdirməlidir. İşçinin istəyinə görə öz hesabına məzuniyyətin verilmə səbəbləri, ödənişsiz məzuniyyətin müddətləri Əmək Məcəlləsinin 130-cu maddəsi ilə tənzimlənir.

Ödənişsiz məzuniyyətlərin müddəti

Xroniki xəstəliyi  olan uşağın valideynlərinə, yaxud  uşağa qulluq edən digər ailə üzvünə həkim komissiyasının rəyinə əsasən 4 yaşına qədər verilən ödənişsiz məzuniyyət verilə bilər.

14 günlük müddətə ödənişsiz məzuniyyət hüquq olan şəxslərə aşağıdakılar aiddir:

  • 16 yaşdan kiçik övladı olan qadınlar, ya da tək valideynlər, qəyyumlar;
  • müharibədə döyüşmüş  işçilər;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü zamanı xəsarət alan işçilər;
  • immunçatışmazlıq virusu olan uşaqları böyüdən, həmçinin 18 yaşdan kiçik sağlamlıq imkanları məhdud övladı olan valideynlər;
  • ali məktəblərdə qəbul imtahanlarına  buraxılan işçilər;
  • müəlliflərə, etdikləri ixtiranın, ya da səmərələşdirici təklifin tətbiqi zamanı;
  • xəstə ailə üzvünə qulluq edən qohumlardan biri – tibb müəssisəsinin rəyinə əsasən.

Aşağıdakı şəxslər 7 günlük müddətdə öz hesabına məzuniyyət götürə bilir:

  • orta ixtisas müəssisələrinə imtahanların verilməsi məqsədilə;
  • ailə, məişət, digər sosial məsələlərin həlli üçün.

Əlil işçilərin, habelə doktoranturada təhsili alanların 1 aylıq öz hesabına məzuniyyət hüququ var.

Əsas iş yerində ezamiyyətə gedən işçiyə ezamiyyə müddətində əlavə iş yerində, əlavə iş yerində ezamiyyətə gedən işçiyə isə əsas iş yerində ezamiyyə müddətində ödənişsiz məzuniyyət verilir.

AR Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.

Əgər məzuniyyət üçün müraciət işəgötürən tərəfindən verilən ödənişsiz məzuniyyət üçün ərizə formasında edildikdə də müddət mütləq göstərilməlidir.

Ödənişsiz məzuniyyətin verilmə qaydası

AR-nın Seçki Məcəlləsinə uyğun olaraq qeydiyyatdan keçmiş namizədlərə həmin qeydiyyat tarixindən seçkilərin nəticələrinin rəsmi şəkildə bildirildiyi günədək ərizələrində göstərilən müddətdə məzuniyyətin verilməsi təmin edilməlidir. Bu zaman Seçki Komissiyasının verdiyi arayış əsas sənəd kimi nəzərə alınmalıdır.

İşçi  öz hesabına məzuniyyət ərizəsi yazdıqda, işəgötürən onun bu xahişini təmin etməyə borcludur. Məzuniyyət işçiyə cari iş ilində həm əmək məzuniyyətindən əvvəl, həm də sonra verilə bilər. Məzuniyyətdə olan işçilərin geri çağrılması yalnız onların razılığı olduqda həyata keçirilə bilər. İşçi  ödənişsiz məzuniyyət almaq istədikdə, lazım olan ərizə ilə birgə səbəbi təsdiq edən sənəd də təqdim etməlidir.  Məzuniyyətin maksimum müddəti ilə yanaşı icazə verilmiş dövriliyi də nizamlanır. Həmin dövrülük ƏM-nin 130-cu maddəsinə əsasən bir təqvim ili deyil,  bir iş ili kimi nəzərdə tutulur.

Nümunə 1: 2020-ci il 5 sentyabrda işə başlayan işçinin iş ili 5 sentyabr 2020 – 4 sentyabr 2021 müddətində təyin olunur. 2 iyun 2021 tarixdə 7 günlük ödənişsiz məzuniyyətə buraxılan işçi yenidən 15 oktyabr 2021 tarixində məzuniyyət götürmək istəyir. Bəzi hallarda işəgötürən həmin təqvim ilində olduğuna görə işçinin məzuniyyətdən istifadəsinə razılıq vermir. Lakin, ƏM-nin 130-cu maddəsində təqvim ili deyil, iş ili nəzərdə tutulduğu üçün işçinin növbəti ödənişsiz məzuniyyəti ikinci iş ilinə təsadüf etmiş olacaqdır.

İşçi  il ərzində bir neçə ödənişsiz məzuniyyətdən ayrı-arılıqda istifadə hüququna malikdir. Məzuniyyətlərin bir iş ilindən digərinə keçirilməsi mümkün deyildir. Ona görə də işçi əvvəlki  ilə görə olan məzuniyyəti tələb edə bilməz.

Bəzən işçinin daha uzun müddətə ödənişsiz məzuniyyət götürmək məcburiyyəti yaranır. Bu hər iki tərəfin razılığı əsasında təmin edilə bilər, bir şərtlə ki, müddət 6 aydan çox olmasın. Qeyd edək ki, Əmək Məcəlləsində belə uzun müddətli ödənişsiz məzuniyyətin sayına bir iş ili üçün məhdudiyyət yoxdur.

Ödənişsiz məzuniyyətin rəsmiləşdirilməsi

İşçinin məzuniyyət hüququ onun xahişi və tərəflərin qarşılıqlı razılığına əsasən təmin olunur. Rəsmiləşdirmə AR Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən aparılır. İşçi işəgötürənə öz hesabına məzuniyyət ərizəsi təqdim edir. İşəgötürən ərizə əsasında ödənişsiz məzuniyyət əmri hazırlayır. Məzuniyyətin təyini üçün işçilərin müvafiq əmək stajına malik olması tələb olunmur.

Ödənişsiz məzuniyyət üçün ərizə forması, əmr nümunəsi və onların doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz.  Unutmayın ki, bunlar bir nümunədir, onları sərbəst şəkildə də hazırlamaq olar, amma yazılış zamanı qanunvericiliyin tələblərinə əməl etmək, müəyyən göstəriciləri əks etdirmək vacibdir.

Ödənişsiz məzuniyyət verilərkən hesablamalar

Məzuniyyətin verildiyi zaman işəgötürən tərəfindən işçiyə heç bir ödəniş edilmir. Amma, müəyyən hallarda işçiyə ödəniş məzuniyyətə çıxdığı tarixədək işlədiyi iş günlərinə görə əməkhaqqı hesablanıb verilə bilər.

Nümunə 2: Əgər oktyabr ayının 22-24 tarixində 3 günlük məzuniyyət götürülüb və vəzifə maaşı 600 manat təşkil edərsə o zaman aparılan hesablamaya baxaq.

Nəzərə alaq ki, oktyabr ayında 23 iş günü vardır.

(600 manat / 23) x 20 = 521,72 manat

Əməkhaqqı toplam iş günlərinin sayına bölünərək alınan nəticə işlədiyimiz iş günlərinin sayına vurulur.

Məzuniyyət haqqı hesablanması zamanı nəzərə alınan əməkhaqları

posted in: Xəbər | 1

Məzuniyyət vaxtı saxlanılan əməkhaqqı

Məzuniyyət işlədiyi iş yeri, vəzifəsi saxlanılmaqla işçinin iş günləri ərzində müvəqqəti olaraq işdən uzaqlaşmasıdır. Həmin müddətdə Əmək Məcəlləsinə uyğun olaraq işçiyə orta əməkhaqqı verilir, bu onun qanunvericiliklə müəyyən olunmuş hüquqi təminatlarından biridir (ƏM, maddə 111). İşəgötürən işçiyə müxtəlif ödənişlər edə bilər. Bəs məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər hansılardır? İşçinin məzuniyyət haqqının hesablanması orta əməkhaqqı əsasında aparılır.

Əməkhaqqı – iş vaxtı  ərzində işçilərin müqavilə üzrə yerinə yetirdikləri vəzifə və öhdəliklərə görə işəgötürən tərəfindən onlara ödənilən məbləğdir. Əmək funksiyasını lazımi şəkildə yerinə yetirmək işçinin vəzifəsi olduğu kimi, işləyən şəxsin əməyinin ödənilməsi də işəgötürənin vəzifəsidir. Bu məbləğin işçiyə pul, yaxud natura formasında ödənilməsi mümkündür. Həm gündəlik, həm də aylıq olaraq təyin edilən həmin məbləğə mükafatlar, habelə digər ödəmələr də əlavə edilə bilər. Bütün bunlar məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlərin tərkibinə daxil edilir.

Məzuniyyət hesablanması zamanı orta əməkhaqqının tapılması

Hər bir işçi il ərzində bir dəfədən az olmayaraq məzuniyyətlə təmin edilməlidir. Məlumdur ki, ilk iş ilində işçinin bu hüquqdan istifadəsi üçün 6 ay iş stajının olması zəruridir. Növbəti illərdə isə istənilən vaxt, yəni məzuniyyətlərin növbəlilik cədvəllərində nəzərdə tutulan vaxtda təyini mümkündür. Onun hansı ildə verilməsindən asılı olmayaraq işçilərə məzuniyyət orta əməkhaqqı hesablanır və ödənilir. Orta əməkhaqqı məzuniyyətin hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının əməkhaqqına görə müəyyən edilir. Aşağıdakı səbəblərdən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur:

  • qismən ödənişli sosial məzuniyyətdə olmaq;
  • işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması;
  • işçinin təqsiri olmadan boşdayanma səbəblərindən.

İşçinin işlədiyi müddət 12 aydan az olduqda, hesablama onun faktiki işdə olduğu aylar üzrə aparılır.

Hesablamalar zamanı ilk növbədə məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər müəyyən edilməsi vacibdir. AR ƏM-nin 140-cı maddəsinə əsasən orta əməkhaqqının təyini zamanı aşağıdakı qaydadan istifadə olunur:

Bir günlük əməkhaqqı = ((12 ayın gəliri ) / 12 ay) / 30,4 əmsalı

Məzuniyyət haqqının hesablanması üçün bu üsulla bir günə düşən məbləğ tapılır və məzuniyyət günlərinin sayına vurulur. Beləliklə, məzuniyyət üçün işçilərə verilən orta əməkhaqqı hesablanmış olur.

Nümunə 1: “Merkur” MMC-də çalışan işçi 01.11.2020 tarixdə 30 günlük məzuniyyət götürür. İşçinin aylıq gəliri 700 manatdır. İşçiyə həmin ilin iyul ayında 300 manat mükafat hesablanılıb. Məzuniyyət haqqının hesablanması belə olacaqdır:

((700 x 12 ay) + 300) / 12 = 725 / 30,4 = 23,84 x 30 = 715,2 manat

Yuxarıdakı nümunədə 300 manat mükafat məbləği AR Nazirlər Kabinetinin uyğun qərarına əsasən məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər sırasına aid edilib. Qərarın tam mətni ilə buradan tanış olmaq olar.

Məzuniyyət hesablanmasında istifadə olunan əməkhaqqı növləri

Məzuniyyət vaxtı üçün işçinin orta əməkhaqqısının hesablanmasında istifadə edilən qazanclarını iki qrupa ayırmaq olar (ƏM, maddə 139):

  • hesablamada nəzərə alınanlar;
  • hesablamada nəzərə alınmayanlar.

Hər iki qrupa daxil olan ödənişlərin siyahısı AR NK-nın yuxarıda qeyd edilən qərarına bir saylı əlavə ilə tənzimlənir.

Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması və ödənilməsi qaydası AR ƏM-nin 140-cı maddəsində şərh olunub.

Məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər hansılardır?

Bu qrupa aşağıdakılar aiddir:

  • faktiki işlənən müddətə görə vəzifə maaşı;
  • kollektiv və fərdi mükafatlar;
  • kompensasiyalar, həvəsləndirmə məqsədilə verilən daimi əlavələr;
  • uşaqları yedizdirməyə görə verilmiş fasilənin ödənməsi;
  • susuz, yüksək dağlıq yerlərdə təyin olunan əlavə ödənişlər;
  • iş saatından artıq müddətdə icra olunan işlərin ödənişi;
  • istirahət, səsvermə, bayram, ümumxalq hüzn günlərindəki iş saatına görə ödənişlər;
  • iş qabiliyyəti müvəqqəti itirildikdə təyin edilən müavinətlər;
  • müvəqqəti əvəzetmə üçün ödəmə;
  • işin məcburi buraxılması halında ödəmələr;
  • ədəbi işçilərin qonorarı;
  • fondların təyin etdiyi qonorarlar, müəllifliyə görə qonorar;
  • əmək, təhsil, yaradıcılıq məzuniyyətlərində saxlanan əməkhaqqı və s.

Nəzərə alınmayan ödənişlər

Məzuniyyət haqqının hesablanması prosesində nəzərə alınmayan ödənişlərin tərkibi aşağıdakı kimidir:

  • birdəfəlik əlavə mükafatlar, həvəsləndirici ödənişlər;
  • vəzifədən kənar tapşırıqların icrasına görə ödəmələr;
  • maddi yardımlar;
  • ezamiyyə üçün ödəmələr;
  • yarış, müsabiqə üçün pul mükafatları;
  • işdən ayrılmaqla təhsil üçün göndərilən işçilərə verilən ödəmələr;
  • digər əraziyə iş yerdəyişməsi olduqda daşınma xərcləri, kirayə üçün ödəmələr;
  • məzuniyyətlərə görə kompensasiyalar və s.

Məcəlləsinin 139.2 maddəsində qeyd edilən məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər və nəzərə alınmayan qazancların siyahısını, həmçinin əməkhaqqının əmsallaşdırma qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı AR Nazirlər Kabinetidir.

Məzuniyyətlər və orta əməkhaqqı

posted in: Xəbər | 0

Məzuniyyət vaxtı üçün orta əməkhaqqı

İşçi məzuniyyətdə olarkən işəgötürən onun iş yerini (vəzifəsini), habelə orta əməkhaqqını saxlayır (AR Əmək Məcəlləsinin 111-ci maddəsi). Bu o deməkdir ki, məzuniyyət vaxtı üçün ödəniş işçinin orta əməkhaqqına əsaslanır.

Orta əməkhaqqı – müəyyən bir dövr üçün işçinin əməkhaqqı və ona bərabər tutulan ödənişlərinin orta məbləğidir. Bu anlayışa müxtəlif normativ sənədlərdə rast gəlmək olar, müxtəlif hallarda istifadə olunur və  müxtəlif ödənişlər üçün fərqli hesablanır.

Orta əməkhaqqı AR Əmək Məcəlləsində

AR ƏM-nin 177-ci maddəsi orta əməkhaqqının hesablanması qaydasını şərh edir. Onun müəyyən edilməsi zamanı nəzərə alınan əmək ödənişi üzrə bütün ödənclərin tərkibi Məcəllənin 157-ci maddəsi ilə tənzimlənir. Həmin ödəncləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  • aylıq tarif (vəzifə) maaşı;
  • tarif maaşına əlavələr;
  • işin yekunlarına görə mükafatlar.

Orta əməkhaqqı AR ƏM-nin 177 maddəsinin 5-ci hissəsində müəyyən edilmiş hallarda tətbiq edilir.

Orta əməkhaqqı əsasında hesablanan ödənişlər

Qeyd edək ki, işəgötürən tərəfindən işçiyə ödənilən və orta əməkhaqqı əsasında hesablanan bir çox ödənişlər var. Bunlara aşağıdakı nümunələri göstərmək olarlar daxildir:

  • məzuniyyətin müxtəlif növləri üzrə ödənişlər;
  • əmək müqaviləsinin xitamı zamanı işçilərə ödəmələr;
  • ezamiyyətə göndərilən işçilərin əməkhaqqı təminat;
  • digər ödənişlər.

Orta əməkhaqqının hesablanması metodikası

AR Əmək Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinə əsaslanıb iki hesablama metodikası olduğunu deyə bilərik:

  1. Əmək məzuniyyəti vaxtı verilən orta emek haqqı;
  2. Digər hallarda orta əməkhaqqının hesablanması.

Əmək məzuniyyəti vaxtı üçün orta əməkhaqqı hesablanması haqqında növbəti bölmədə danışacağıq.

Əmək məzuniyyəti istisna olmaqla digər hallarda işçiyə ödəniləcək orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayında qazanılmış əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünür. Tapılmış bir günlük əməkhaqqı orta əməkhaqqı saxlanılacaq iş günlərinin sayına vurulur və orta əməkhaqqı müəyyən edilir.

Əgər işçi iki aydan az işləyibsə hesablamalar faktiki işlənmiş günlər və həmin günlərdə qazandığı əməkhaqqına görə aparılır.

Əmək məzuniyyəti vaxtı orta əməkhaqqının hesablanması

Əmək məzuniyyəti vaxtı verilən orta əməkhaqqı məzuniyyətin başladığı aydan əvvəlki 12 təqvim ayında qazanılmış əməkhaqqına görə müəyyən edilir:

  • həmin dövr üçün orta aylıq əməkhaqqı tapılır;
  • tapılmış məbləğ 30,4-ə bölünür;
  • alınmış məbləğ məzuniyyət günlərinin sayına vurulur.

Nümunə 1: İşçi 04.05.2023-cu il tarixindən 14 təqvim günü davam edən məzuniyyətə gedir. Məzuniyyətdən əvvəlki 12 ayın hər biri üçün ona 3000 manat maaş verilirdi.

İşçiyə ödənilməli olan məzuniyyət haqqının məbləği belə olacaq:

3000 manat x 12 ay : 12 ay : 30,4 x 14 gün = 1381,58 manat.

Əgər işçi 12 aylıq müddəti tam işdə olmayıbsa məzuniyyət vaxtı üçün orta əməkhaqqı necə hesablanır? Nümunəyə baxaq.

Nümunə 2: Əvvəlki nümunənin şərtindən istifadə edək və hesab edək ki, həmin işçi 2022-ci il oktyabrında əmək xəstəlik vərəqi əsasında və özünün təqsiri olmadan boş dayanmaya görə ona həvalə edilmiş əmək funksiyasını tam yerinə yetirə bilməyib. Odur ki, oktyabr ayı üçün işçiyə 1500 manat vəzifə maaşı, 800 manat əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, 400 manat boş dayanmaya görə ödəniş edilib (məbləğlər şərtidir, hesablamanı asanlaşdırmaq uçun belə götürülüb). Bundan əlavə xəstəliyi üçün 500 manat maddi yardım verilib.

AR NK-nın məlum qərarına əsasən oktyabr ayı üçün orta əməkhaqqının hesablanmasında nəzərə alınana ödənişlər belə olacaq:

1500+800+400=2700 manat

Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması aşağıdakı kimi aparılacaq:

(3000 manat x 11 ay+2700manat) : 12 ay : 30,4 x 14 gün = 1370,10 manat.

Təhsil məzuniyyəti üçün orta əməkhaqqının hesablanması

Yuxarıda qeyd etdiyimiz kimi, Əmək Məcəlləsində bir sıra hallar üçün orta əməkhaqqının fərqli hesablanamsı qaydası tətbiq edilir. Bunlardan biri təhsil məzuniyyəti üçün ödənişlərdir.

Nümunə 2: İşçinin 2022-ci ilin noyabr ayında 700, dekabrda isə 900 manat əməkhaqqı alıb. Növbəti ilin yanvar ayının 5-dən 30 günlük ödənişli təhsil məzuniyyəti hüququndan istifadə etmək istəyir. Təhsil məzuniyyəti üçün orta əməkhaqqının hesablanması ardıcıllığına baxaq. 

İstehsalat təqviminə əsasən noyabr ayında 20, dekabr ayında isə 22 iş günü var. 2023-cü ilin yanvar ayından məzuniyyətə çıxan işçi fevral ayının 6-da işdə olmalıdır. Həmin dövr üçün iş günlərinin sayı 21 gündür. Bunları nəzərə alsaq, təhsil məzuniyyəti zamanı orta əməkhaqqı belə hesablanacaq:

((700+900) / (20+22)) *21=(1600/42)*21=800 manat

Qeyd etmək lazımdır ki, əmək məzuniyyəti üçün ödənişlərin hesablanması istisna olmaqla qalan bütün hallarda  hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əməkhaqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqı tətbiq edilir.

Bu qayda 2 aydan az işləmiş işçilər üçün orta aylıq əməkhaqqı hesablanarkən da tətbiq edilir.

Nəzərə almaq lazımdır ki,  məzuniyyət vaxtı üçün orta əməkhaqqı işçiyə məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənməlidir. Əmək müqavilələrində yaxud kollektiv müqavilədə başqa müddətlər müəyyən edilə bilər, bir şərtlə ki, həmin müddət məzuniyyətə çıxan işçiyə növbəti əməkhaqqının (avans və ya qalan hissəsi) verildiyi gündən gec olmasın (ƏM, 140-cı maddəsinin 5-ci hissəsi).

Kirayə haqqı vergisi hesablanarkən kommunal xərclər nəzərə alınırmı?

posted in: Xəbər | 0

Mən fiziki şəxs olaraq mənzilimi yerli fiziki şəxsə, kommunal ödənişlər daxil olmaqla, 600 manata kirayəyə vermişəm. Bilmək istəyirəm ki, ödəmə mənbəyindən vergi hesablanarkən 10% vergi həmin məbləğdən birbaşa hesablanır, yoxsa kommunal xərclər çıxıldıqdan sonra hesablanır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Nəzərdə tutulan ödəmələri həyata keçirən vergi orqanında uçotda olan fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Kirayə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə kirayəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 10 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Sorğuya cavab olaraq bildirilib ki, daşınmaz əmlakın kirayəsindən əldə olunan gəlir üzrə vergi öhdəliyi tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş kirayə haqqı məbləğinə tətbiq olunur. Əgər müqavilədə kirayə haqqı 600 manat qeyd edilibsə, vergi birbaşa həmin məbləğ üzərindən hesablanacaq.

Əsas: Vergi Məcəlləsinin 124, 150.1.6-cı maddələri

Mənbə: vergiler.az

Malların alış sənədi olmadıqda tətbiq edilən sanksiyalar

1 23 24 25 26 27 28 29 2. 700
error: Content is protected !!