Read More9
Read More9

Texnologiyalar parkının rezidentində çalışanların vergi öhdəlikləri necə hesablanır?

posted in: Xəbər | 0

Texnologiyalar parkı, vergi, vergi öhdəlikləriŞirkət texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi üzrə şəhadətnamə alıb və başqa fəaliyyətlə də məşğuldur. Nəzərə alsaq ki, şirkətin başqa fəaliyyət üzrə gəliri də formalaşır, bu halda işçilərlə bağlı muzdlu gəlir və sosial ödənişlər necə hesablanmalıdır? Məsələn, şirkətin maliyyə, insan resursları departamentinin əməkdaşlarına güzəşt hansı şəkildə tətbiq olunmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 101.7-ci maddəsinin müddəalarına əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində isə aylıq gəlirin 5 faizi həcmində hesablanaraq ödənilir.

Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunun 14.8-ci maddəsinə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna edilməklə) üzrə 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir.

Bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işə götürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq edilir.

Qeyd olunanlara əsasən, texnologiyalar parkının rezidenti statusu hüququ əldə etmiş sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərdə bu fəaliyyətin məqsədləri üçün çalışan bütün muzdlu işçilərinə ödənilən əmək haqlarından gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları güzəştli dərəcələrlə hesablanıb ödənilir. Bununla yanaşı, şirkətin sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətindən kənar digər fəaliyyətləri üzrə işləyən fiziki şəxslərin, o cümlədən maliyyə və insan resursları üzrə çalışan işçilərin muzdlu işdən əldə olunan aylıq gəlirlərindən gəlir vergisi və sosial sığorta haqları Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Qanunla müəyyən edilmiş ümumi qaydada hesablanıb ödənilir.

Əsas: Vergi Məcəlləsinin 101.7-ci maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi

Mənbə: vergiler.az


Bir işçinin zəruri əmək şəraitinin təmin edilməsi üçün işəgötürənin xərcləri hansılardır?

posted in: Xəbər | 0

Mövcud qanunvericiliyin tələblərinə görə işəgötürən tərəfindən işçinin zəruri əmək şəraiti və müvafiq təminatlarla təmin edilməsi başlıca vəzifə olaraq müəyyən edilmişdir. Bəs bir işçinin zəruri əmək şəraitinin təmin edilməsi üçün işəgötürənin hansı xərcləri müəyyən edilmişdir?

Yazımızda həmin xərcləri qeyd edəcəyik. Hər bir işəgötürənin işçilərə münasibətdə aşağıdakıları təmin etməsi zəruridir:

  • minimum həddən az olmayaraq əməkhaqqı;
  • icbari tibbi sığorta haqqı;
  • məcburi dövlət sosial sığorta haqqı;
  • işsizlikdən sığorta haqqı;
  • istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta haqqı;
  • online və ya məsafədən işin təşkili halı istisna olmaqla, zəruri iş şəraiti və avadanlıqlar;
  • attestasiyadan keçmiş iş yeri;
  • işçinin əmək müqaviləsinin elektron uçotu sisteminin təşkili.

Mövzu çərçivəsində qeyd etmək mümkündür ki, sosial iş yeri statusu əldə etmiş işəgötürənlər icbari xərclərin 50%-ni 3 aydan az, 12 aydan çox olmayan müddətə Dövlət Məşğulluq Agentliyinin vəsaiti hesabına maliyyələşdirə bilər. Bununla yanaşı əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Video: “Mənfəət vergisi və bəyannamə tərtibatında problemlərin həlli”

posted in: Xəbər | 0

Mənfəət vergisi“Azərbaycan Mühasiblər Məktəbi”nin “Mənfəət vergisi və bəyannamə tərtibatında problemlərin həlli” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 4 Noyabr tarixində təşkil edilən vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2023-cü ildə təşkil etdiyi beşinci ödənişsiz vebinar idi.

Vebinarın təqdimatçısı Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi inzibatçılığı”, “Vergi müqavilələri”, “Vergi auditi”, “Vergi planlaşdırılması”, “Rəqəmsal iqtisadiyyat və vergiqoyma” fənlərini tədris edir.

Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi, SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışır.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. «CİMA və ACCA» üzrə « Diplom Performance Management» və «DİPİFR»  beynəlxalq diplomların sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 2000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. Ödənişsiz təlimləri təşkil etməkdə məqsədimiz mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/

Digər kurslarımız: https://www.muhasibat.az/kurslar/

 

Əlaqə:

Birbank kartı ilə ödəniş et, 2 otaqlı mənzil qazan

posted in: Xəbər | 0

birbank kartı, lotereya, birbank

Ölkənin ilk rəqəmsal bankı Birbank-da  “10 001 hədiyyə” lotereyası davam edir.  15 dekabr tarixinədək davam edən lotereya Birbank kartları ilə ödəniş edən hər kəsə 1 ədəd 2 otaqlı mənzil, 3 ədəd 10 000 AZN-lik pul mükafatı, 7 ədəd səyahət paketi, qazanmaq şansı verir. Həmçinin “Umico Market” dən 500 AZN dəyərində 90 ədəd hədiyyə kuponu, “Umico” bonusları və minlərlə keşbek qazandıran lotereyada iştirak etmək üçün şərtlər çox sadədir.

Birbank debet və taksit kartları ilə 20 AZN və üzəri məbləğdə ödəniş edən hər kəs lotereyanın iştirakçısına çevrilir. Debet kartlarla ödəniş iştirakçılara 1, taksit kartla isə  Birbank tətbiqi ilə edilən köçürmələr, taksit və ninja əməliyyatları, nağdlaşdırma və digər növ maliyyə əməliyyatları istifadəçilərə 5 şans qazandırır. “Umico Market”də debet və taksit kartla alış-veriş isə müştərilərə daha 1 şans yaradır. QR ilə ödəniş isə istifadəçilərə əlavə 10 şans qazandırır. Lotereya haqqında ətraflı məlumat üçün: https://bir.bank/bbltrypr

Gün ərzində maksimum 20 əməliyyata görə şans qazanmaq mümkündür. İstifadəçilər yuxarıdakı linkdən FİN kodu daxil etməklə lotereyada iştirak şanslarını izləyə bilərlər. 3 tirajda baş tutacaq lotereyanın qalibləri hər tirajın sonunda, yəni 13 noyabr, 30 noyabr  və 27 dekabr tarixlərində Kapital Bank-ın sosial media hesablarında və https://birbank.az saytında elan olunacaq.

Xatırladaq ki, lotereyada uduş fonduna daxil olan 2 otaqlı mənzil “Xəzri Rezidens” yaşayış kompleksindəndir. Eyni zamanda dəniz mənzərəli “Xəzri Rezidens” yaşayış kompleksindən mənzil aldıqda  “Birbank” promo kodunu təqdim edən müştərilərə 12 000 AZN-dək endirim ediləcək. Endirim üçün: https://bir.bank/bbxzrpr.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


1 473 474 475 476 477 478 479 2. 691
error: Content is protected !!