Birbank-da m10 QR kodunu çək və ödə, 10%-dək keşbek qazan

posted in: Xəbər | 0

Birbank

Ölkənin ilk rəqəmsal bankı Birbank noyabr ayında müştəriləri üçün möhtəşəm fürsət yaradır. İndi m10 partnyorlarında ödənişi Birbank-dakı “QR” bölməsindən edən hər kəs 10%- dək keşbek qazanır.

Qaydalar olduqca rahat və sadədir. Xərclədiyinin 10%-ni geri almaq istəyən Birbank Cashback kartının istifadəçiləri keşbek kateqoriyaları arasından “Birbank-la m10 QR-nı çək və ödə! 10%” kateqoriyasını seçməli və ödənişlərini QR-la etməlidirlər. Bunun üçün ödəniş nöqtəsində “QR ilə ödə” stikerinin olduğundan əmin olmaq mütləqdir. Daha sonra ödənişin QR ilə ediləcəyini bildirməli və Birbank-da QR bölməsinə keçid edərək kassirin təqdim etdiyi m10 QR kodunu çəkərək ödənişi tamamlamaq lazımdır. Qaydalarla bağlı ətraflı məlumat üçün: https://kbl.az/bmqopr. m10 partnyorları ilə bağlı ətraflı məlumatı https://kbl.az/qrp saytından əldə edə bilərsiniz.

Kapital Bank-ın digər kart istifadəçiləri isə ödənişlərini sadəcə QR-la etməklə bütün xərclərindən 3% keşbek qazanırlar. Toplanan keşbek hesabını Birbank-dakı keşbek kabinetindən izləmək mümkündür.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


Mikro sahibkarların sosial sığorta haqlarının 25 faizi ödəyəcəkləri vergidən çıxılacaq

posted in: Xəbər | 0

sosial sığorta

Mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin özlərinə görə ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması məqsədilə ödənilmiş sosial sığorta haqqı məbləğinin 25 faizinin gəlir vergisi və sadələşdirilmiş vergidən çıxılması təklif olunur.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Qeyd edilib ki, mikro sahibkarlıq subyektlərinin sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına subsidiyalaşdırılması məqsədilə onların özlərinə görə ödədiyi sosial sığorta haqqı məbləğinin 25 faizinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılması sosial iqtisadi siyasət çərçivəsində böyük kütləni əhatə edən mikro sahibkarlıq subyektlərinə dövlət dəstəyinin təzahürü olacaq.

Mənbə: apa.az


Mikro sahibkarlıqdan digər sahibkarlıq kateqoriyasına keçid stimullaşdırılacaq

posted in: Xəbər | 0

Mikro sahibkarlıqdan digər sahibkarlıq kateqoriyasına keçid stimullaşdırılacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Hazırda gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Layihəyə görə, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən ediləcək.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq siyasətindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrdə gəlir vergisi öhdəliyindən çıxılır.

Həmçinin qeyd olunan vergi güzəştinin vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilməməsi təklif olunur.

Layihədə vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə maliyyə sanksiyalarının tətbiqi – təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın dəyərinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə 40 faizi həcmində nəzərdə tutulub.

Mənbə: apa.az


Riskli vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq olunacaq

posted in: Xəbər | 0

Riskli vergi ödəyiciləri üçün aparılmış əmtəəsiz əməliyyatların 40 faizinədək maliyyə sanksiyaları müəyyənləşir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq ediləcək:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10%-i miqdarında
  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20%-i miqdarında
  • təqvim ili ərzində belə hallara üçüncü dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40%-i miqdarında.

Mənbə: apa.az


1 476 477 478 479 480 481 482 2. 691