Excel 2019 – Yeni data növləri

posted in: Excel, Xəbər | 0

Excel 2019 – Yeni data növləri


Əvvəlki yazıların birində Excel 2019 – dakı yeniliklərdən (keçidə daxil olun) qısaca bəhs etmişdik. Bu yeniliklərdən biri ənənəvi data növlərinə 2 ədəd yenisinin əlavə edilməsi idi. Bunlar – Geography və Stocks data növləridir. Yeni data növlərini Data menusu altında tapa bilərik.

1. Stocks data növü

Bu data növü ilə şirkətlər haqqında kritik əhəmiyyət daşıyan əksər məlumatları Google-dan istifadə etmədən əldə edə bilərik. Fərz edək ki, aşağıdakı şirkətləri analiz etmək istəyirik.

Hal-hazırda bu şirkətlər default olaraq Text olaraq formatlanıb. Biz bu diapazonu aktivləşdirib, Data menusundan stocks data növünü seçdiyimiz anda, həm hər birini rəsmi adları ilə görmüş olacaq, həm də qarşılarında bu data növünə məxsus yeni simvollar ilə rastlaşacağıq.

Yeni formatlanmış datamız aşağıdakı kimi olacaqdır:

Bütün hadisələr bundan sonra başlayır. Ən sağda üstdəki plus işarəli dörtbucaqlının üzərinə kliklədiyimiz anda, o şirkətlər haqqında çəkə biləcəyimiz məlumatın siyahısı ilə qarşılaşırıq.

İstənilən məlumatın üzərinə klikləmək kifayət edəcəkdir. Misal olaraq, şirkətlərin CEO-ları, işçilərinin sayı, qurulduqları il və bazar dəyərlərini aşağıda görə bilərsiniz.

Bundan əlavə, eyni məlumatları formul vasitəsilə də əldə edə bilərik.

Formul vasitəsilə şirkət adına istinad verib, nöqtə yazdıqdan sonra, az öncəki bütün siyahı qarşımıza gələcəkdir. İstədiyimizi seçib, Enter-a basıb, digər xanalara kopyalayıb-yapışdırmaqla da prosesi yekunlaşdırmaq mümkündür.

2. Geography data növü

Eynilə Stocks data növündə olduğu kimi, müvafiq məlumatları ölkələr üçün də əldə etmək mümkündür.

Bu dəfə də, tamamilə eyni məntiqlə Data menusundan Geography data növünü seçirik.

Ölkələrin hər birinin əvvəlinə Geography data növünün simvolunun gəldiyini görürük. Bundan sonrası isə çox daha asandır – istədiyimiz məlumat növünü seçməklə, hər bir ölkənin qarşısına əlavə edirik.

Bütün müvafiq məlumatları formul vasitəsilə də gətirmək mümkündür.

Diqqətimizi çəkən bir məqam isə, #FIELD! xəta mesajıdır. Bu xəta mesajı, məlumat axtarıldığı mənbədə tapılmadığı zaman verilir.

Bütün bu məlumatların hardan gəldiyi sualına gəlincə isə, Microsoft öz veb-səhifəsində bildirir ki, məlumatlar Morningstar Inc. adlı şirkət tərəfindən fərqli ölkələrdəki 60 ədəd birjadakı məlumatlar əsasından formalaşdırılır.

Müəllif: Elçin Xəlilov


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Excel-də layihələrin idarəedilməsində əvəzolunmaz vasitə

posted in: Excel, Xəbər | 0

Gantt chart – dan əsasən layihələrin idarəedilməsi zamanı istifadə olunur. Hər bir layihə, bildiyimiz kimi, bir çox addımdan ibarət olur və bu addımları lazımi şəkildə planlaşdırmaq gərəkir. Hər bir addımın başlanğıc və bitiş tarixi, o addımdan məsul olacaq şəxs və s. kimi nüanslar müəyyən edilir və bir qrafik halında Layihə Rəhbəri üçün əvəzedilməz vasitəyə dönüşdürülür. Ən kobud halıyla aşağıdakı kimi bir formatda olur.

Layihə çərçivəsində atılacaq addımların adı, onların ümumi layihədəki vaciblik baxımından çəkisi, hər bir addımdan məsul olacaq şəxs, və hər bir addımın başlanğıc və bitiş tarixləri müəyyənləşdirilir. Bütün bunları etmək çox vacibdir, lakin yenə də, prezentasiya baxımından yetərli deyil. Belə ki, hər bir uğurlu prezentasiyada olduğu kimi, Gantt chart da vizual olaraq təqdim edilməlidir, adi cədvəl formasında yox. Və məhz bunun üçün, yuxarıdakı cədvəli vizuallaşdırmalıyıq.

Davam etmədən öncə Gantt chart olan faylı əlavədən yükləyin.

Yükləyin: Simple Gantt chart

Tək etməli olduğumuz – lazımi xanaları doldurmaqdır. Digər bütün vizuallıq avtomatik qaydada yenilənəcək. Edilən hər bir dəyişiklik anında chart-da əks olunacaq.

Lakin çox vacib bəzi nüanslara toxunmaq istəyirəm. Layihə ilə bağlı ümumi məlumatlar daxil edildikdən sonra aşağıdakı addımlar izlənməlidir.

  1. Layihəyə aid hər bir addım Steps sütununda müəyyən edilməlidir. Məsələn, layihənin planlaşdırılması, icrası, nəzarət müddəti, analizi və s. hər bir öz özlüyündə bir addımdır.
  2. Daha sonra, Weight % başlıqlı sütunda hər bir addımın ümumi layihə daxilindəki çəkisi mütləq müəyyən edilməlidir. Yəni hər bir addımın vaciblik dərəcəsi. Bu, gələcəkdə layihənin ümumi tamamlanma dərəcəsini ölçməyə kömək edəcək. Addımların hər birinin çəkisinin ümumilikdə 100% etməli olduğunu deməyə ehtiyac görmürəm. Əgər çəkilərin cəmi 100%-i keçərsə, cədvəlin aşağı hissəsində xəta mesajı çıxacaq.
  3. Addımların hər birinin başlanğıc (Start date) və bitiş (End date) tarixləri müəyyən edilməlidir.
  4. Layihə davam etdikcə, mühakimənizdən asılı olaraq hər bir addımın tamamlanma dərəcəsini Progress % sütunu altında yazmaq gərəkəcək. Aşağıdakı kimi. Bu da, layihənin ümumi tamamlanma dərəcəsini hesablamaqda köməkçi olacaqdır.

Excel faylından da gördüyümüz kimi, tarixləri girdiyimiz anda sağda vizual olaraq o tarixlər əmələ gəlir. Boz fon addımın ümumi uzunluğu, göy fon isə gün etibarilə tamamlanmış hissəsidir. Yəni günlər keçdikcə, boz fon daimi qaydada yenilənərək göy fona çevriləcəkdir.

Boydan boya uzanan qırmızı xətt isə, faylı açdığınız günün tarixi olan sütunda olacaqdır. Yəni vizual olaraq gün etibarilə layihənin hansı mərhələsində olduğunu görəcəksiniz.

Diqqət etməli olduğumuz son nüans isə, Progress % sütunundakı addımın tamamlanma dərəcəsini müəyyən etməkdir. Yəni, layihə rəhbəri olaraq, o və ya bu addımın neçə faizinin tamamlandığını düşünürsünüz? Təxmini faiz dərəcəsi. Amma mütləq daxil edilməlidir. 100% tamamlanmış işlər yaşıl, 30%-100% arası tamamlanmış işlər sarı, 30%-dən aşağı görülən işlər isə qırmızı dairə ilə diqqətimizə çatdırılır. Beləliklə, nəyin hansı mərhələdə olduğunu, hansı addımın yubandığını və s. vizual olaraq müşahidə edə biləcəyik.

Layihənin ümumi tamamlanma dərəcəsini isə aşağıdakı screenshot-da görüldüyü kimi track edə biləcəyik.

Hesablanması isə Weight % və Progress % sütunlarındakı faiz dərəcələrinin bir birinə vurulub cəmlənməsi ilə həyata keçirilən sadə SUMPRODUCT əməliyyatıdır. Məhz bu səbəblə, o iki sütuna ciddi şəkildə önəm vermək lazımdır.

Layihə rəhbərləri əlavə dəyişiklik etmə ehtiyacı hiss etmədən fayldan yararlana bilər.

Müəllif: Elçin Xəlilov

Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Microsoft Excel 2019-da 10 mühüm yenilik

posted in: Excel, muhasibat, Xəbər | 0

Microsoft Excel 2019-da 10 mühüm yenilik.

Bildiyiniz kimi, Microsoft, 24 sentyabr 2018-ci il tarixdə yeni Microsoft Office 2019 paketini bazara təqdim etdi. Bütün ofis proqramlarını yeniləmiş, vizual olaraq zənginləşdirmiş və inqilabi dəyişikliklər etmiş oldu. Bu yazıda, Excel-dəki ən əhəmiyyətli yeniliklərdən bəhs edəcəyik. Bu yenilikləri – Menu dizaynı, yeni funksiyalar, diaqramlar, pivot cədvəllər, Power Pivot, Power Query, dinamik silsilələr (dynamic arrays) və yeni Data növləri altında qruplaşdıra bilərik.

Qeyd: Aşağıda qeyd etdiyimiz yeni xüsusiyyətlərin hər biri hələlik Insiders kateqoriyalı istifadəçilərdə aktivdir. Aylıq və ya yarımillik Office 365 abunəçilərində mərhələli olaraq hər biri aktivləşdiriləcəkdir.

1. Menu Dizaynı

Aşağıda, hər menuya aid skrinləri görə bilərsiniz. Yenilənmiş menu dizaynı fantastikdir, çox zövqlü və baxımlıdır.

Home
Insert
Page Layout
Formulas
Data
Review
View
Help
Developer
Power Pivot
2. Funksiyalar

6 ədəd yeni funksiya əlavə edilmişdir. Hər biri haqqında ətraflı yazılar olacaq. Hələlik qısa overview:

  • CONCAT: Tanış olduğumuz CONCATENATE funksiyasının gördüyü işi görür, lakin “adaşından” həm daha qısa və yığcamdır, həm də diapazonlarla işləmə bacarığınıa sahibdir.
  • IFS: Bir-birinin içində onlarla IF yazmaq əvəzinə, IFS ilə 127 ədəd fərqli şərti test edib, hər birinə müvafiq dəyəri daha rahat yazırıq.
  • MAXIFS: Birdən çox kriteriyaya əsasən ən yüksək dəyərin hesablanmasında istifadə ediləcəkdir.
  • MINIFS: Birdən çox kriteriyaya əsasən ən kiçik dəyərin hesablanmasında istifadə ediləcəkdir.
  • SWITCH: DAX-dan sonra, Excel-də də bu funksiya artıq istifadə edilə biləcəkdir. IFS funksiyasının etdiyinə oxşar funksionallıq göstərir.
  • TEXTJOIN: Seçəcəyimiz delimiter ilə, mətnləri birləşdirməyə yarayır.

2019-cu il üçün Net-dən Gross-a əmək haqqı hesablanması

3. Diaqramlar

2 ədəd yeni diaqram növü əlavə edilmişdir:

Map Chart

Funnel Chart

4. Yeni Data Növləri
General, Number, Currency, Date, Time, Text kimi data növlərindən sonra, Excel 2019 modelində 2 ədəd yeni data növünü əlavə edib – Stock və Geography.

Ölkə adlarını bir sütuna yazdıqdan sonra yeni Data menusu altında Data Types bloku var.

Geography data növünü seçdikdən sonra həmin ölkələrə aid istənilən məlumat real-time olaraq çəkə bilərik.

İkinci data növümüz isə Stocks-dur, yəni səhmlər. Bu dəfə, şirkət adlarını daxil edərək, onlara aid bütün məlumatı sadə əməliyyat ilə çəkə bilərik:

5.Power BI ilə inteqrasiya

File >> Publish >> Publish to Power BI adresinə gedib, Excel-inizdə olan məlumatları Power BI platformuna transfer edə bilərsiniz.

6. Dinamik Silsilələr (Dynamic Arrays)

Array formullarında istifadə etdiyimiz Ctrl+Shift+Enter kombinasiyasını unutmaq olar. Yeni dinamik silsilələrlə, formul tək bir xanaya yazılmaqla, seçdiyimiz bütün diapazona aid edilə bilər. Faylın həcmini böyütmədən! Bu yenilik Excel 2019-un ən vacib və ən inqilabi yeniliyidir!

Yeni silsilə funksiyaları ilə tanış olun – UNIQUEFILTERSORTSORTBY.

7. Pivot Cədvəllər

  • İstəyə uyğun dizaynı müəyyən etmək, başqa xanalardan formatı import etmək, default Pivot cədvəl özəlliklərini qeyd etmək.
  • Data Modelində yer alan cədvəllərarası əlaqələrin avtomatik müəyyən edilməsi.
  • Measure-ların PivotTable Fields blokundan daha rahat qurulması, edit edilməsi, silinməsi.
  • Tarix formatlı dəyərlərin avtomatik ay/kvartal/il olaraq qruplaşdırılması. Power BI-dakı mexanizm kimi.

Telegram qrupumuza üzv olun

8. Şəkil formatlı yazıları Excel cədvəlinə çevirmək

Mobil telefonlar vasitəsilə çəkilmiş şəkilləri, mobil telefonunuzdakı Excel proqramında Excel cədvəlinə çevirə bilərik. Yeni şəkil tanıma mexanizmi ilə artıq əllə daxil etmədən qurtuluruq. Çox güman ki, Excel-in sonrakı versiyalarında bunun desktop versiyaları da təqdim ediləcəkdir.

9. İdeyalar

Ən son analitik vasitələrdən biri olan Ideas, datamızı anında analiz edib, vacib məqamlarını ortaya çıxarır. Bunun üçün data – tabular formatda olmalı, cədvəl olaraq formatlanmalı və ümumi xana sayı 250 mini keçməməlidir. Aşağıda, Microsoftun hazırladığı qısa tanıtımla tanış ola bilərsiniz.

10. Daha sürətli LOOKUP və MATCH

Əvvəllər dəqiqələr çəkən hesablamalar, yeni alqoritmlər ilə saniyələrə endirilir və faylın həcminə heç bir mənfi təsir göstərmir.

 

Müəllif: Elçin Xəlilov


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Word faylından kopyaladığımız mətni Excel-də bir neçə sətrə necə bölməli?

posted in: Excel, Xəbər | 0

Sıx rastlaşılan problemlərdən biri də, Word-də yazmış olduğumuz hər hansı bir mətni Excel-ə kopyala / yapışdır edərkən, bütün mətnin tək bir xanaya daxil edilməsidir. Təxminən aşağıdakı kimi Word faylında olan yazını

Excel-ə yapışdırmaq istəsək, belə bir nəticə ilə üzləşəcəyik.

Yəni, bütün paraqraf tək bir xanada tək bir sətir halına dönüşəcəkdir. Bu yazıda bu problemi aradan qaldırmanın yolunu analiz edəcəyik.

Əvvəla, yazını neçə sətir və ya sütuna yerləşdirəcəyimizi müəyyən edirik. Mən yazımı B2:G6 aralığına yerləşdirmək istədiyimi fərz edirəm.

 

Bu aralıq seçildikdən sonra isə, Home >> Editing >> Fill >> Justify seçilərək əməliyyat tamamlanır.

Artıq, seçmiş olduğum paraqraf tək bir xanada yox, müəyyənləşdirmiş olduğum ölçülərə transform edilmiş oldu.

Daha öncə seçmiş olduğumuz B2:G6 aralığı xanalara istinad olmaqdan ziyadə, mətni hansı ölçülərdə bölmək istədiyimizi nümayiş etdirmək üçün mətnin fiziki çərçivəsini müəyyən etmək üçündür. Yəni, Justify edildikdən sonra mətn yenə də əvvəlki kimi B sütununda müvafiq sətirlərdə yer alacaqdır.

Justify etdiyimiz mətnin ölçülərini bəyənməsək, onu istənilən qədər dəyişdirmə imkanına sahibik. Yeni ölçüləri seçib hər dəfə yuxarıdakı addımları izləyərək, mətnin ölçülərini tam razı qalana qədər istəyimizə uyğun dəyişə bilərik.

Müəllif: Elçin Xəlilov

Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

1 486 487 488 489 490 491 492 2. 685